Avropa İttifaqı Azərbaycanla əlaqələri genişləndirməyə hazırdır –
“Biz Azərbaycanla daha çox əməkdaşlığa hazırıq”. Bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi “X” hesabında qeyd edib.

“Strateji nəqliyyat və enerji layihələrimizi müzakirə etmək üçün Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayarmovla görüşmək xoş oldu. Biz daha çox əməkdaşlığa hazırıq”, deyə o bildirib.

Öz növbəsində, Azərbaycan Xarici işlər Nazirliyinin məlumatına görə, sentyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Aİ arasında çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələrdə münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Azərbaycan və Aİ arasında imzalanması nəzərdə tutulan yeni hərtərəfli saziş layihəsinin əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynaya biləcəyi diqqətə çatdırılıb.

Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ekspertlər qeyd edirlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edirlər ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artıb.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...

Dünyapress TV

Xəbər lenti