Çinin xarici işlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla Ukraynadakı müharibəni müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Van İ vurğulayıb ki, Ukraynadakı müharibə ilə bağlı Çin müstəqil və qərəzsiz mövqe nümayiş etdirəcək, obyektiv və rasional fikir bildirəcək, “sülh danışıqlarını” fəal şəkildə təşviq edəcək və istənilən beynəlxalq çoxtərəfli hadisənin siyasi həllini axtaracaq.
Lavrov isə bildirib ki, Rusiya Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqe sənədi ilə tam razıdır və Pekinin bu baxımdan konstruktiv rolunu yüksək qiymətləndirir və alqışlayır.