Ardını oxu...
“Sülh sazişi imzalanmayana və belə bir saziş iki ölkənin parlamentləri tərəfindən təsdiqlənməyənə qədər təbii ki, Azərbaycanla yeni müharibə ehtimalı böyükdür”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Azərbaycanla yeni müharibə ehtimalını yüksək qiymətləndirən Paşinyan həm Qərbin, həm də Rusiyanın bir-birini günahlandırdığını bildirib:

"Qərbdəki bəzi dairələrin məntiqinə görə, Rusiya öhdəliklərini yerinə yetirmədiyi üçün bütün gözləntilərimizi doğrultmur. Eyni şəkildə Rusiya da Qərblə bağlı bizə eyni sözləri deyir”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla sülh sazişi hazırlamaq üçün ilk addımı atıb və beş bənddən ibarət sülh sazişi təklifi ilə çıxış edib. Ermənistan bu təklifləri qəbul edib sülh danışıqlarına hazır olduğunu bəyan etsə də, hələlik danışıqlar heç bir nəticə verməyib.
 //Teleqraf.com//
 
Ardını oxu...
Bakı Kremlə “qırmızı cizgiləri” işarə edir: Rusiyanın həm Türkiyə, həm də NATO ilə toqquşma riski artır
Üçtərəfli anlaşmalar, 2025-ci ildə müddəti bitdikdən sonra rəsmən hüquqi qüvvəsini itirəcək, rus sülhməramlılar da Azərbaycan ərazisini tərk etməli olacaqlar, prezident Ərdoğanın bu reallığı ifadə etməsi üçün Türkiyənin sənədlərin tərəfi olmasına hər hansı ehtiyac yoxdur... Əgər, Kreml 2025-ci ildə rus sülhməramlıları Qarabağdan çıxartmaq istəməzsə, onda, dərhal Azərbaycan-Türkiyə müttəfiqliyi barədə Şuşa Bəyannaməsinin uyğun maddələri işə düşəcək, Rusiya Türk İttifaqının hərbi-siyasi potensialı ilə üzləşməli olacaq...

Cənubi Qafqazda gərginlik artan xətt üzrə inkişaf edir. Rusiya bu regionda sülhün və sabitliyin bərpa edilməsində qətiyyən maraqlı olmadığını hər imkanda biruzə verir. Kreml regional qarşıdurmanı stimullaşdırmaq üçün bütün imkanlardan yararlanmağa çalışır. Və hələlik Rusiyanın bu cəhdlərinin müəyyən nəticələr verdiyi də inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Kremlin sifarişi ilə Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçular əhalini küçə və meydanlara toplamağa çalışırlar. Düzdür, elə bir ciddi say çoxluğu yarada bilmirlər. Hər halda, bu bölgədə yaşayan erməni azlığının sayı Ermənistan siyasi dairələrinin iddia etdiyindən dəfələrlə azdır. Və erməni azlığının müəyyən qismi də Araik Arutyunyanın terrorçu dəstəsinin “girovu” durumunda qalmaqdan bezib.

Ancaq buna baxmayaraq, Rusiyanın dəstəyini arxasında hiss edən Araik Arutyunyan və onun terrorçuları hansısa radikal planların reallaşdırılmasına başlayacaqları barədə də danışmağa başlayıblar. Erməni separatçı-terrorçuların məhz Kremlin qurduğu ssenarilər əsasında rus sülhməramlıların himayəsinə güvənərək, hərəkət edtdikləri isə qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Rusiyanın Azərbaycanın Xankəndi və ətraf bölgəsində baş verənlərdə əsas katalizator rolunu oynadığına əmin olmaq
Hər halda, bəzi regional hadisələrin birbirinə paralellik təşkil etməsi müəyyən nəticələr çıxartmağa münbit şərait yaradır. Belə ki, Kreml rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasından olduqca narahat və narazıdır. Ona görə də, erməni separatçı-terrorçulara silah sursat daşıyan rus sülhməramlıların nəzarətsiz hərəkət şərtlərinin bərpasına çalışır. Və Qarabağ ermənilərini hərəkətə gətirməklə, situasiyanı gərginləşdirir, Azərbaycana təzyiq göstərməyə cəhd göstərir.

Rəsmi Bakının Qarabağ bölgəsindəki erməni azlığına humanitar yüklərin Bərdə-Ağdam Xankəndi yolu ilə daşınması variantını Brüssel görüşündə əsas gündəm mövzularından birinə çevirməyi bacarması isə Kremli ümumiyyətlə, hövsələdən çıxarıb. Rusiya siyasi dairələri artıq rus sülhməramlılar üçün “çənbər”in sürətlə daraldığını, tezliklə bölgədən çıxmalı olacağını anladığından panik qərarlar qəbul etməyə başlayıblar. Və Rusiya Xarici İşlər Nazirliyinin son absurd açıqlamasını da bu sıraya daxil etmək olar.

Məsələ ondadır ki, rəsmi Bakı “qırmızı cizgiləri” aşan açıqlamaları və tələbləri qətiyyən xoşlamır. Belə hallarda rəsmi Bakı adətən, daha prinsipial və qətiyyətli davranmağa üstünlük verir. Böyük ehtimalla Azərbaycanın siyasi dairələri Kremlin məlum təztiqlərinə daha radikal qarşılıq verməklə, Rusiyaya “qırmızı cizgilər”in keçdiyi trayektoriyaları növbəti dəfə xatırlatmalı olacaqlar.

İndi əsas problem ondan ibarətdir ki, Cənubi Qafqazda, o cümlədən də, Azərbaycanın Xankəndi və ətraf bölgəsində “qırmızı cizgiləri” Kreml məhz özü müəyyən etməyə iddialı olduğunu biruzə verir. Terrorçubaşı Araik Arutyunyanın dili ilə daha “radikal addımlar” mesajı da iddianın ifadə olunmasıdır. Halbuki, Kremldə də, elə Xankəndidə də hər hansı “radikal addım”ın atılmasına ediləcək cəhdin situsiyanı ciddi şəkildə dəyişəcəyini də anlamamış deyillər. Və bu dəyişikliyin məhz rəsmi Bakının siyasi iradəsi ilə Rusiyanın birbaşa əleyhinə olacağı da qətiyyən şübhə doğurmamalıdır.

Hər halda, Kremlin “təxribat emissarı” Ruben Vardanyanı Azərbaycan ərazisinə göndərib, hansısa nəticələr əldə edə biləcəyi dövrlər çox-çox geridə qalıb. İndi Ruben Vardanyanın dəstəsinin vasitəsilə Ağdam-Xankəndi yolunun qapadılmasına göstərilən cəhdlər Rusiyaya elə bir manevr məkanı qazandırmaz. Üstəlik, erməni kriminal milyarderin dili ilə bölgənin gələcyi ilə bağlı yeni şərtlər diqtə etmək cəhdləri də heç bir nəticə verməz.

Kreml bölgəyə tamamilə yad kriminal ünsür olan Ruben Vardanyan vasitəsilə “humanitar hava karidoru” iddiasını gündəmə gətirsə də, buna heç kim əhəmiyyət verməz. Çünki Kremlin “təxribat emissarı”nın xitab etdiyi BMT-də hamıdan yaxşı bilirlər ki, beynəlxalq hüquq normalarına görə Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və rəsmi Bakının razılığı, hətta birbaşa müraciəti olmadan bunun reallaşmasının qeyri-mümkünlüyünü sübuta ehtiyacı yoxdur.

Ruben Vardanyanın rus sülhməramlılara BMT mandatının verilməsini də gündəmə gətirməsi onun Kremldən göndərilən mətni dilə gətirdiyini göstərir. Hər halda, rus sülhməramlıların beynəlxalq mandat qazanmasında yalnız Rusiyanın maraqlı olduğu inkaredilməz reallıqdır. Və prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitindən sonra “Rusiya sülhməramlıları 2025-ci ildə Azərbaycan ərazisindən çıxarılacaq. Çünki üçtərəfli anlaşmaya əsasən, onların müddəti həmin tarixdə sona çatacaq” açıqlaması Kremldə əsl “soyuq duş” effekti yaradıb.

Ona görə də, son günlər Rusiyanın siyasi və diplomatik dairələri Kremli beynəlxalq səviyyədə küncə sıxışdıran bu açıqlamaya alternativ variantlar düşünməyə çalışırlar. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova “Türkiyə üçtərəfli anlaşmanın iştirakçısı deyil” deməkdən uzağa gedəcək əks arqumentlər tapa bilməyib. Halbuki, bu, olduqca zəif arqumentdir.

Məsələ ondadır ki, üçtərəfli anlaşmalar 2025-ci ildə müddəti bitdikdən sonra rəsmən hüquqi qüvvəsini itirmiş olacaq. Yəni, rus sülhməramlılar da Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qalacaqlar. İndi prezident Rəcəb Tayyib Ərdoğanın bu qədər aydın olan reallığı ifadə etməsi üçün Türkiyənin üçtərəfli anlaşmanın iştirakçısı olmasına hər hansı ehtiyac belə, yoxdur.

Digər tərəfdən, Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqidir. Ona görə də, Azərbaycanın suveren hüquqlarına hər hansı problemin Türkiyənin reaksiyasına səbəb olacağı qətiyyən şübhə doğurmur. Yəni, Kreml anlamalıdır ki, Azərbaycanla əvvəlki dövrlərin vərdişləri ilə davrana bilməz. Əgər, Kreml 2025-ci ildə rus sülhməramlıları Qarabağdan çıxartmaq istəməzsə, onda dərhal Azərbaycan-Türkiyə müttəfiqliyi barədə Şuşa Bəyannaməsinin uyğun maddələri işə düşəcək.

Bu baxımdan, Kreml 2025-ci ildə rəsmi Bakının “çıx” tələbinə cavab verərkən, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiq olduğunu mütləq nəzərə almalıdır. Çünki Türkiyə həm də NATO-nun əsas ölkələrindən biridir. Kremlin Azərbaycanla qarşıdurması əvvəlcə Türkiyəni, ardıncasa, dolayısı ilə NATO-nu da Rusiyayla üz-üzə gətirə bilər.\\Musavat.com
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı BMT-ni Şimali Kipr Türk Respublikasını (ŞKTR) tanımağa çağırıb.

“Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Kiprli türklər gələcəyə daha böyük ümidlə baxırlar. Mən Birləşmiş Millətlər Təşkilatına tarixi çağırışımı təkrarlayıram: Adanın reallıqlarından üz döndərməyin və ŞKTR-ni mümkün qədər tez tanıyın.

Kipr türklərinin suveren hüquqları və beynəlxalq hüquq qarşısındakı bərabərliyi məsələsi həll olunmayana qədər yeni danışıqlar prosesi haqqında söhbət belə gedə bilməz”, - dövlət başçısı bölgəyə səfəri zamanı deyib. (Mənbə: Haber Global)
 
Ardını oxu...
Avropa İttifaqı Rusiya və Suriyaya hərbi təchizat səbəbindən İrana qarşı yeni sanksiya rejiminin yaradılması ilə bağlı razılığa gəlib.

Bunu Aİ xarici işlər nazirlərinin görüşünün yekunları üzrə ittifaqın müvafiq sahə üzrə ali komissarı Jozep Borrell deyib.

Bununla yanaşı Aİ Rusiyaya qarşı sanksiya siyahısına beş İran rəsmisi, hərbçi və iş adamını daxil edib.

“İran Rusiyaya hərbi yardım edir. Vəziyyətin ağırlığını nəzərə alaraq, Aİ Şurası hesab edib ki, Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə əlaqəli beş şəxs Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan şəxslər və qurumların qara siyahısına salınmalıdır”, - Avropa İttifaqının “Rəsmi jurnalı”nda dərc olunan Aİ Şurasının qərarında deyilir.

Bildirilir ki, sanksiyalar siyahısına pilotsuz uçuş aparatları üzrə ixtisaslaşan “Paravar Pars” və “Qods Aviation Industries” şirkətlərinin direktorlar şurasının hərbi və mülki üzvlərinin adları əlavə edilib.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək.

“Qafqazinfo” Lenta.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Dəftərxanası məlumat verib.

Bildirilib ki, sammitdə Putini Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Həmçinin, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məsələ ilə bağlı tviter hesabında açıqlama verib.

“Vladimir Putinin BRİKS sammitində şəxsən iştirakdan imtina etməsi beynəlxalq hüququn qüvvədə olduğunu göstərir. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilən şəxs hələ də prezident statusuna malik olmasından asılı olmayaraq, BRİKS sammiti üçün Cənubi Afrikaya getməyəcək. Beynəlxalq hüquq belə işləməlidir”, - deyə Podolyak qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Vladimir Putinin həbsinə order verilib.

Onun Cənubi Afrikaya BRİKS sammitinə gedəcəyi təqdirdə həbs olunması məsələsi müzakirə olunurdu.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə ölkəmizdə siyasi sistemin müasir çağırışlara və milli maraqlara uyğun təkmilləşdirilməsi, partiyalararası dialoq prosesinin dərinləşdirilməsi və bu sahədə münasibətlərin yeni konfiqurasiya şəraitində qurulması ilə bağlı ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu məqsədlə beynəlxalq təcrübə öyrənilməklə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanun layihəsi hazırlanıb və geniş ictimai müzakirələr keçirilməklə qəbul edilib.

“Siyasi partiyalar haqqında” qanun ölkədə həyata keçirilən demokratik islahatların növbəti təzahürü olaraq siyasi partiyaların fəaliyyətinin səmərəli qurulmasına, daha sağlam siyasi mühitin formalaşmasına və siyasi qüvvələr arasında qarşılıqlı faydalı dialoqun genişləndirilməsinə xidmət edir. Yeni qanuna əsasən, partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, qanun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.

Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub.

Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilir.
Ardını oxu...
2023-cü ilin ən mühüm toplantısı olaraq şərh edilən NATO sammiti başa çatıb. Türkiyənin addımları zirvədə öz izini qoyub. Görüş çərçivəsində dünya liderləri ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşü ikitərəfli münasibətlərdə yeni dövrün qapısını açıb.

Sfera.az xəbər verir ki, Yunanıstanın "Kathimerini" qəzeti iki kritik tarixə diqqət çəkib.

Yunanıstan qəzeti iki liderin görüşü ilə bağlı bu qiymətləndirməni edib:

“NATO sammiti çərçivəsində keçirilən bir saatlıq yüksək səviyyəli görüş xarici işlər nazirləri Giorgos Gerapetritis və Hakan Fidan arasında dərin siyasi danışıqlara yaşıl işıq yandırdı”.

Məqalədə ikitərəfli münasibətlərdə müsbət irəliləyiş üçün iki kritik görüşün olacağı qeyd edilib:

“Birincisi iki liderin sentyabr ayında BMT Baş Assambleyasının kənarlarında keçirməsi gözlənilən görüşdür. İkincisi Yunanıstan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının noyabrda Salonikidə keçirilməsinə razılıq verdiyi görüşdür. Aydındır ki, bu mühüm məsələ ilə bağlı yekun qərarı baş nazir və prezidentdən başqa heç kim verməyəcək”.

Sözügedən xəbərə görə, artıq danışıqlar sistemli olacaq və gündəmi Giorgos Gerapetritis və Hakan Fidan idarə edəcək.

Yunanıstanın yeni xarici işlər naziri Yorgos Gerapetritis Kathimeriniyə müsahibəsində diqqətəlayiq mesajlar verib. O, Türkiyə ilə yeni dövrü dəyərləndirib:

“Yunanıstanın baş nazirinin Türkiyə prezidenti ilə Vilnüsdə görüşü qarşılıqlı anlaşma şəraitində keçdi. Biz xoş niyyətlə dialoqa başlayırıq və istəyirik ki, bu yeni səy dürüstlük və inamla yadda qalsın. İlk addım atıldı. Hazırda Egeydə hökm sürən sakitlik bu yeni başlanğıcın məhsuldar olması üçün zəruri şərtdir. Lakin dostluq, sülh və əməkdaşlıq real imkanlarına nail olmaq üçün vaxt və ardıcıllıq lazımdır. Yunan Hökuməti əməkdaşlıq və dialoq mühiti arzulayır. Mən şəxsən birbaşa ünsiyyət kanalına doğru ilk addımları atdığım türk həmkarımla etibarlı və sabit münasibət qurmağı səbirsizliklə gözləyirəm”.

Gerapetritis Türkiyənin Qərb, xüsusilə də Avropa İttifaqı ilə əlaqələri ilə bağlı Yunanıstanın mövqeyinin aydın olduğunu vurğulayıb: “Avropa-Türkiyə əlaqələrində irəliləyiş son dərəcə kövrək bir bölgədə sabitliyə töhfə verəcək. Gərginlikdən uzaq durmaq hər iki tərəfin mənafeyinə uyğundur”. (Musavat.com)
Ardını oxu...
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani sabah Azərbaycana səfərə gələcək.

“Report” xəbər verir ki, bu barədə Kürdüstan hökumətinin Ərbildəki mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlər və əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunacaq.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-də körfəz ölkələrinə 50 milyard dollardan çox investisiya sazişinin imzalanması ilə nəticələnəcək üç günlük səfərə yola düşür.
Modern.az “TRT Haber”ə istinadla bildirir ki, səfərdə Türkiyə Prezidentini 200-ə yaxın iş adamı müşayiət edəcək.
Ərdoğan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlardan əlavə, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda iştirak edəcək. Görüşlərin nəticələrinə əsasən tikinti-podrat sektorunda, səhiyyə, energetika, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində müqavilələrin bağlanması planlaşdırılır. Danışıqlarda, həmçinin müdafiə sənayesində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
“A Haber” telekanalında iyulun 16-da çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz konkret razılaşmalara ümid etdiyini bildirib. "Söhbət həm iki ölkədə, həm də üçüncü ölkədə uzunmüddətli layihələrdən gedir.

Birbaşa sərmayələrin bir hissəsi dərhal, bəziləri isə gələcəkdə yatırılacaq. Biz təsirli rəqəmlər gözləyirik”, - deyə o əlavə edib.
Ardını oxu...
Rusiya ilə Türkiyə arasında müzakirələr gedir, artıq razılaşma var.

“AzPolitika.info” xəbər verir ki, bunu “news.am”-a müsahibəsində Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.

“Ərdoğan öz rolunu yüksəldir. İndi ona Qərbin pulu lazımdır. O, artıq bizdən bütün lazımi dəstəyi alıb. İndi Qərbdən dəstək almağa çalışır”, - ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərində ciddi böhranın başlaya biləcəyi ehtimalı istisna edilir.

“Yəqin ki, bu, ilk növbədə Ermənistan üçün maraqlıdır, lakin belə bir imkan yoxdur” - deyə, Satanovski qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti