Ardını oxu...
Ermənistan mətbuatı Nikol Paşinyanı anti-Rusiya təbliğatı aparmaqda ittiham edib.

Belə ki, “Yerkramas” nəşri Paşinyan və ona yaxın dairələrin aqressiv şəkildə anti-Rusiya təbliğatı apardığını və bu istiqamətdə müvafiq addımlar atdığını önə sürüb.

Nəşrin iddiasına görə, Ermənistanın Baş naziri Qərbin planlarını reallaşdırmağa çalışır.

Maraqlıdır, Rusiya ilə Qərb Ukraynadan sonra Ermənistanda müharibə aparacaq?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Ermənistanın Fransanın razılığı və iştirakı ilə atdığı addımlar regionun təhlükəsizliyini təhdid etməkdədir:

“İstər Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) üzvü olmaq, istərsə də Ermənistan daxilində Rusiyanın 102-ci həri bazasının olması bu dövlətin müdafiə və təhlükəsizliyinin vacib elementidir.

Rəsmi İrəvanın nə KTMT-dən ayrılmaq, nə də 102-ci həri bazanı ölkədən çıxarmaq niyyəti yoxdur. Çünki Ermənistan üçün bu müdafiə imkanlarının alternativi mövcud deyil.

Nəzərə almaq lazımdır ki, 102-ci hərbi baza bu iki ölkənin Müdafiə Nazirliklərinin müştərək qoşun bölmələri kimi Ermənistanın dövlət müdafiə və təhlükəsizlik təchizatlarıdır. Paşinyan iqtidarının KTMT və Rusiyadan istəyi Qarabağda baş verən toqquşmalarda onların da iştirak etməsidir”.

Politoloq diqqətə çatdırıb ki, son ildə isə Gümrüdəki 102-ci hərbi baza Ermənistan ərazisində daha da genişlənib və Rusiya ölkənin müxtəlif hissəsində 7 əlavə baza tikib:

“Amma Ermənistan Qərb ölkələrindən, Avropa İttifaqının bir sıra ölkələri və ən əsası da Fransa və Yunanıstanla, qonşu ölkələrdən isə İranla müdafiə potensialını inkişaf etdirməyə çalışır.

Həmçinin, Yunanıstanla da 2023-cü ilin mart ayından başlayaraq regionlar arası hərbi təlimlərdə iştiraka başlayıblar. Eyni zamanda Fransa ilə Ermənistan münasibətlərini hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verib. Bu ilin aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun nümayəndə heyəti İrəvana səfər edib və s. halları da xatırlamaq olar.

Ümumiyyətlə, qlobal konfrantasiyada olan güclərin hərbi mövcudluğunu ölkədə yerləşdirməklə Ermənistana özünü, ümumilikdə isə regiona ciddi təhlükələr və risklər yaradır. Onlar Ukraynadakı müharibədən sonra regionu təhlükəyə atmaq və yaxud da Cənubi Qafqaz regionunda nüfuz bölüşdürülməsi istiqamətində addımlar atırlar.

Yəni burada qlobal konfrantasiyada olan güclərin Ermənistan vasitəsi ilə Cənubi Qafqaza yerləşməsi məqsədilə addımlar atılır”.
 
Ardını oxu...
Serbiya Prezidenti Aleksandr Vuçiç yenidən Kosova lideri Albin Kurti ilə danışıqlar aparmaqdan imtina edib.
Bakupost.az xəbər verir ki, Vuçiç Priştina hakimiyyətinin saxlanılan bütün serbləri azadlığa buraxmayana, alban bələdiyyə başçılarını və bölgənin şimalından olan xüsusi polis qüvvələrini geri çağırmayana qədər danışıqlar aparmayacağını bildirib.
“Saxlanılan hər bir serb azad edilmədiyi, bölgənin şimalından saxta bələdiyyə başçıları geri çağırılmadığı, onların xüsusi təyinatlıları geri çəkilmədiyi və hər gün serbləri saxlamağı dayandırmadığı müddətcə Kurti ilə danışmağa getməyəcəyəm. Və sonra biz imzalanmış müqaviləyə uyğun olaraq serb icmalarının ən sürətli şəkildə necə formalaşdırılması barədə danışacağıq”, – Vuçiç bildirib.
 
Ardını oxu...
Gürcüstan Qərbin vədlərindən bezib və postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrinin XİN başçıları ilə görüşündə deyib.

“Siz onların siyasətində müəyyən dəyişiklik görürsünüz, çünki heç kim sizi süd, ət və ya şərabla öz bazarlarına buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üzərində sərt mübarizə gedir”, - o bildirib.

O qeyd edib ki, Qərbdə nəsə təklif olunarsa, bu, yalnız resurs müqabilində və ya onlar üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq:

“Tələsməyə, bir-birimiz üçün vəziyyəti daha da pisləşdirməyə və uzaqlaşmağa çalışmaq lazım deyil. Xüsusilə də bu çətin zamanda bir yerdə olmalıyıq”.
 
Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinken bazar günü Pekinə gəlib.

Məlumata görə, amerikalı diplomatın səfəri iki gün davam edəcək.

Bildirilir ki, bu, Dövlət Departamenti rəhbərinin 2018-ci ilin oktyabrından bəri Çinə ilk səfəridir.
Xatırladaq ki, ilk öncə səfər fevral ayına planlaşdırılırdı. Daha sonra ABŞ hava məkanında raketlə vurulan Çin şarı ilə bağlı insident səbəbindən təxirə salınmışdı.

Mənbə: TASS
 
Ardını oxu...
Pekində Çin Sədri Si Cinpinlə ABŞ dövlət katibi Entoni Blinkenin görüşünə hazırlıq gedir.

Bu barədə "CBS News" məlumat yayıb.

Qeyd olunub ki, görüşlə bağlı yekun razılaşmanın olmamasına baxmayaraq, Pekində Si Cinpinlə Entoni Blinkenin mümkün görüşünə hazırlıq gedir.

Görüş sabah baş tuta bilər.
 
Ardını oxu...
Tanınmış iqtisadçı Vahid Məhərrəmli AXCP və Milli Şura üzvlüyündən istefa verib.

Ekspert bu barədə sosial şəbəkədə yazıb.

Vahid Məhərrəmli istefasının səbəblərini açıqlamayıb.
Ardını oxu...
“Gürcüstan siyasətində fəal şəkildə iştirak etmək niyyətindəyəm”.

Bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili bu barədə öz “Facebook” hesabında paylaşım edib.

“Dünən Acarıstan Ali Sovetində gördüyüm vətən xainlərinin paradı bardağı daşıran son damla oldu. Səhhətimlə bağlı vəziyyətimə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel Gürcüstan siyasətində də olduqca fəal şəkildə iştirak etmək niyyətindəyəm.

Biz əllərimizi yanımıza salıb Ukraynanın qələbəsini gözləmək yerinə, yenilikçi və cəsarətli addımlarımızla bu qələbəni fəal şəkildə yaxınlaşdırmalıyıq.
Bu gündən fiziki olaraq iştirak edə bildiyim bütün “məhkəmə”lərə qatılmağı düşünürəm.

Həmçinin, həmişə olduğu kimi, Avropanın bütün milli, anti-Rusiya qüvvələrini, o cümlədən ilk növbədə qurucusu olduğum “Milli hərəkat” partiyasını birləşməyə çağırıram”, - Saakaşvili qeyd edib.
Ardını oxu...
 
Ardını oxu...
Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana 15 iyunda baş tutan səfəri çox anlamlı və rəmzidir. İki il öncə, məhz 15 iyunda qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı ilə bərabər Şuşadaydı və bu şəhərin adı ilə bağlı olan tarixi Bəyannaməni imzalayıb, günün anlamına anlam qatmışdı.

Pak qardaşımız Pakistanın Baş nazirinin bu səfəri də qardaşlıq dünyamızdakı ahəngi, nizamı və simmetriyanı göstərir. Bəlli olduğu kimi, əvəzsiz qardaşımız Türkiyənin yenidən seçilmiş dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Baş nazir Məhəmməd Şahbaz Şərifdən 2 gün öncə Azərbaycandaydı. Ərdoğan 12 iyunda Kıprısdan Bakıya gəlmiş, iyunun 13-də rəsmi qarşılanma mərasimi olmuş, dövlət başçımızla təkbətək və geniş tərkibdə görüşmüşdü.

Hər iki vəfalı qardaş ölkənin lideri Azərbaycan lideri ilə birgə dosta da, dost ola bilməyənlərə də Bakıdan önəmli ismarışlarda bulunmuş oldu. Şəriflə Əliyev bu ayın 3-də Ankarada Ərdoğanın andiçmə mərasimində iştirak etmişdi. Azərbaycan, Türkiyə, Pakistan - bu üç dövlətin dərin işbirliyi həm ikitərəfli, həm üçtərəfli formatda davam və inkişafdadır.

Fikir verin: Türkiyə Cümhurbaşqanı ilə Pakistan Baş nazirinin səfərləri arasında Laçına ikinci köç baş tutdu. (Laçın kilid şəhər, kilid bölgənin adıdır. Düşmən Laçını tərk etməyi özünə yaraşdırmır, hətta yaxına belə qoymurdu… - Elə hey, “5+2 formatı”, “status” deyib durmuşdular)…

Bəli, Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycana əsl qardaşlıq diqqət-qayğısı (davamlı mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi) ilə seçilmiş, birgə hərbi təlimlər keçirdiyimiz qardaş ölkələrin liderlərinin ardıcıl səfərləri özü bir birlik ismarışıdır. Anlayan anlar, anlamayan heç anlamasın dursun. Konkret olsaq, dünya erməniliyi, ədalətdən uzaq, erməniliyə yaxın bəzi dövlətlər və beynəlxalq qurumlar gərək, nəhayət qanacaq, urvat göstərsin. Bizim tarixi torpaqlarımızın 29,7 min kv.km.-də bərqərar olmuş, hələlik “Ermənistan” adlanan (baştutmamış) dövlət gərək havadarlarının qazına gəlməsin və gerçəklikləri idrak etsin.

Qabaqlar biz dünyanın dörd tərəfinə Azərbaycan həqiqətlərini yaymaqçün xüsusi səy göstərirdik. İndi Azərbaycanın Dəmir Yumruq gücünə yaratmış olduğu gerçəkliklər önplandadır. Həqiqət həqiqətdir - o həmişə gərəklidir və Günəş şüası kimi üstü torpaqlana bilməz. Həqiqət altun kimidir - hətta torpaq altda qalsa belə, paslanmaz. Bizim qardaşlığımız da, vəfamız da həqiqətin özüdür. Bizim kimi vəfalı, xeyirxah, güvənli, səmimi, ədalətli qonşunu hər kəs diləməliykən, düşmən bizimlə qonşuluğun dəyərini qanmır. Düşmən bizim müharibə apararkən göstərdiyimiz ləyaqətin dəyərini anlamır.

Təsəvvür edin: şəhərləri, qəsəbə və kəndləri viran edilmiş, Xocalı soyqırımına, Ağdaban, Qaradağlı, Malıbəyli, Bağanis-Ayrım soyqırım aktlarına məruz qalmış, minlərlə vətəndaşı itkin düşmüş, əsir, girov alınmış, ömürlük şikəst edilmiş ölkənin hərbçiləri mülki ermənilərə atəş açmadan, mülki infrastrukturu hədəf almadan müharibə aparıb və qalib gəlib! Bu, xarakter, ərdəm, nəcabət məsələsidir; köksüz, mədəniyyətdən yoxsun tayfa nə anlar bu əyardan, dərəcədən?..

İnanılacaq kimi deyil: həm bizim torpaqda (dışgüclər sayəsində) bərqərar ol, həm bizim daha yeni torpaqlarımızı (havadarların hesabına) işğal edib, viran qoy, həm də bizimlə qonşuluğun (yaxud birgə yaşayışın) mümkünsüzlüyünü aləmə car çək.!? - Monoetnikin biri monoetnik!

Bax, biz belə bir zehniyyətsizliklə üz-üzə qaldığımızçün dostlarımız-qardaşlarımızla daha sıx birlik içində olmağa davam etməliyik.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq bağlarının növbəti parlaq təcallasıdır.

Bundan bir cümlə öncə zehniyyətsizlikdən danışarkən, söhbət əslində, ermənilərdən daha çox, onları maşa kimi qullananların çarpaz birliyindən gedir. Çarpaz birlik - yəni ayrı coğrafiyalarda, başqa mövzularda toqquşan güclər bizə münasibətdə, bizim əleyhimizdə həmən birləşə bilir. ATƏT-in andıra qalmış Minsk qrupunun həmsədrləri uzun illər necə anti-sülh fəaliyyətində bulunmuş, bizi (işğala mərzu qalanı) ermənilərlə (işğalçılarla) həncəri bir tutmuşdu - bu da bəlli tarixcədir…

Beləliklə, əlamətdar günlərdə qardaşlarımızın səfərləri - liderlərin bu il ayrı bir ardıcıllıqla səfərləri və möhtəşəm ismarışları fonunda sərhədboyu atəşkəs pozuntularının intensivləşməsi ermənilərin başıpozuqluğunu göstərir. Adama deyərlər nə gününə atəş açırsan? - Ancaq bu sualı adama verərlər, üçonillik vandallıq təcrübəsindən sonra başına dəyən Dəmir Yumruqdan, iti qovan kimi qovulmaqdan, hələ bir də 44 günə 11 min fərari “ürətməsi”ndən dərs çıxarmamış tayfaya nə deyəsən?

Belə bir tayfanın - qullanma müddəti (beynəlxalq çapda) bitməyə doğru gedən ermənilərin üzərindən qırmızı-çizgi-mizgi oyunu oynayan vİran sağına-soluna - Pakistana, Türkiyəyə baxıb utansın da utansın!

Özünü “İslam dünyasının maraqlarının müdafiəçisi” kimi təqdim edən, əslində isə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə hərtərəfli dəstək verən, İslam dini ibadətgahlarına qarşı vandallığa ortaq olan vİran, davranışları ilə özünü tam ifşa edib. Fars-Molla rejimi İslamdan yalnız öz maraqlarını inkişaf etdirməkçün bir vasitə kimi istifadə etmə yolunda (yolsuzluğunda!) olduğunu addımbaşı göstərib…

Dövlətimiz zaval görməsin!
axar.az
 
Ardını oxu...
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıçdaroğlu tərəfindən müşavir və baş məsləhətçilərinin səlahiyyətlərinə xitam verilib.

Bu barədə partiyanın bəyanatında deyilir.

“Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu tərəfindən 4 iyun 2023-cü il tarixindən əvvəl müşavir və baş müşavir kimi təyin edilmiş bütün şəxslərin səlahiyyətlərinə 14 iyun 2023-cü il tarixindən xitam verilib.

Onların hər birinə Cümhuriyyət Xalq Partiyası adından fəaliyyətlərinə görə təşəkkür edirik.

Hörmətlə ictimaiyyətə açıqlanır”-, məlumatda deyilir.

“Haber Qlobal”ın müxbiri Saliha Çolakın əldə etdiyi məlumata görə, CXP-dən çıxarılan adlar arasında Tuncay Özkan, Ünal Çeviköz və Ərdoğan Toprak da var.
 
 
 
Ardını oxu...
“Mənim namizədliyim təsdiqlənərsə, söz verirəm ki, ABŞ-ın Azərbaycanda maraqlarını təmin etmək üçün bu Komitə və Konqresin bütün üzvləri ilə yaxından işləyəcəm”.

ABŞ-ın Azərbaycana təyin olunmuş yeni səfiri Mark Libbi Senatda dinləmələr zamanı belə deyib. Diplomat vurğulayıb ki, o, ABŞ-ın regionda sülhlə bağlı səylərini dəstəkləyəcək:

“Bu posta təsdiqlənsəm, mən də ABŞ-ın Azərbaycan və Ermənistan arasında ədalətli və dayanıqlı sülh sazişinin əldə olunmasına yardım etmək səylərini dəstəkləyəcəm. Bu faciəvi münaqişədən tərəflərə ağrı-acı və inamsızlıq mirası qalıb. Bu komitənin bir çox üzvünün Azərbaycanla bağlı narahatlığı var.

Mən onları başa düşürəm. Hər bir dayanıqlı və ləyaqətli sülh üçün ərazi bütövlüyü, suverenliyi, və bölgədə yaşayan hər kəsin hüquq və təhlükəsizliyi məsələlərinin həlli çox vacibdir. Bu münaqişənin hərbi həlli yoxdur. ABŞ zorakılığı və zorakılıq hədələrini pisləməyə davam etməlidir. Ancaq tərəflər ABŞ və bizim Avropadakı tərəfdaşlarımızın köməyi ilə razılığa gəlməyə həmişəkindən daha yaxındır. Mən təsdiq olunsam, Bakıda fəal və qətiyyətli şəkildə işləyərək onların (tərəflərin - red.) buna nail olmasına kömək etmək öhdəliyi götürürəm.

Lakin sülh sazişinin imzalanması yalnız ilk addımdır. Mən təsdiqlənərəmsə, Bakıdakı səfirliyə rəhbərlik edərək yekun nizamlanmanın həyata keçirilməsini dəstəkləyəcəm, sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə zəmin yaradar. Bu, regionu sabitləşdirəcək və münaqişədən istifadə etməklə öz bədxah təsirlərini genişləndirməyə çalışan rəqibləri sıxışdıracaq. Sülh sazişi bizə Azərbaycanla münasibətlərimizdə uğurlu əməkdaşlığı növbəti səviyyəyə qaldırmağa imkan verəcək.

Azərbaycanla terrorla mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığımız ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edir. Əgər mən bu posta təsdiqlənsəm, bu sahələrdə səylərimizi ikiqat artıracam”.

Mark Libbinin açıqlaması göstərir ki, o, fəaliyyətə başladıqdan sonra, yəni yaxın perspektivdə ABŞ-ın Azərbaycanla bağlı siyasətində Ermənistanla sülh danışıqları və Qarabağ məsələsi əsas prioritet olacaq. Bu baxımdan, ABŞ-ın diplomatik fəallığının artacağı gözlənilir. Libbinin sözlərindən belə qənaətə gəlmək olar ki, rəsmi Vaşinqton sülh sazişinin imzalanmasından sonra da bu istiqamətdə moderatorluğu əldə saxlamaq niyyətindədir.

Belə ki, ABŞ sazişinin həyata keçirilməsində iştirakçı tərəf kimi rol oynamaq, daha doğrusu, sülhün beynəlxalq zəmanətçisi olmağa iddialıdır.

Diplomatın çıxışında diqqəti çəkən digər mühüm məqam Azərbaycanın və Ermənistanın danışıqlarda Vaşinqton və Brüssel formatları çərçivəsində razılığa gəlməyə daha yaxın olması ilə bağlı fikirləridir. Bu, tərəflərin Qərb platformasına üstünlük verdiyini, Rusiyanın vasitəçiliyində maraqlı olmadığını göstərir. Əgər bu yanaşma Ermənistanda daha çox Paşinyan hakimiyyətinin Qərbə yaxın olması ilə bağlıdırsa, Azərbaycanı bu platformalarda qane edən konkret təkliflər var.

Azərbaycanın ərazi bütövlüyünün, eyni zamanda Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının Ermənistan tərəfindən tanınması rəsmi Bakı üçün əlverişlidir. Bu şərtləri qəbul etmək üçün Qərbin Ermənistanın Baş nazirinə təzyiq etdiyini Nikol Paşinyan özü də açıq etiraf edib.

Rusiya isə ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasını, ancaq status-kvonun qeyri-müəyyən müddətə saxlanılmasını və gələcəkdə Qarabağın statusu məsələsinə baxılmasını, sülhməramlıların fəaliyyətinin isə 15-20 il müddətinə uzadılmasını təklif edir. Bunlar isə Azərbaycan tərəfindən heç bir halda qəbul edilə bilməz.

TEREF.AZ-ın məlumatına görə, politoloq Xaqani Cəfərli “Cümhuriyət”ə bildirib ki, beynəlxalq təcrübə münaqişələrin həllində ABŞ-ın çoxsaylı nailiyyətlərə imza atdığını görmək olar. Rusiyanın və Çinin bu istiqamətdə uğurları cəlbedici deyil. Amma Yaxın Şərq, Balkanlar və digər regionlarda ABŞ tərəfləri qane edən sülh razılaşmasına nail olub:

“Bu baxımdan Vaşinqtonun təcrübəsi böyükdür. Digər tərəfdən, ABŞ-ın resursları Rusiyadan fərqlənir. Bu da danışıqlar prosesinə təsir edən amillərdən biridir. Çünki danışıqlarda yalnız münaqişəyə son qoyulması deyil, həm də tərəflərin sülh sazişindən sonrakı taleyi də müzakirə edilir. Bu mənada, Vaşinqtonun təklifləri danışıq aparan tərəflər üçün cəlbedici görünür. Bir sıra sülh müqavilələri belə şərtlər daxilində imzalanıb.

ABŞ-ın münaqişə etmiş tərəfləri bir araya gətirmək imkanları daha çoxdur. Münaqişələrin həllinə verilən iqtisadi dəstək imkanı Rusiyadan xeyli böyükdür. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılması və nəticəyə nail olunması Vaşinqtonun imkanları daha qabarıq görünür. Rusiya isə qlobal iqtisadiyyatdan, beynəlxalq siyasi münasibətlər sistemindən, beynəlxalq hüquqdan təcrid olunub. Belə bir ölkənin vasitəçiliyi ilə sülh sazişi imzalamaq həm Azərbaycana, həm də Ermənistana zərər verə bilər.

Bu baxımdan həm Azərbaycan, həm də Ermənistan sülh sazişinin Rusiyanın vasitəçiliyi ilə deyil, ya Vaşinqton, ya da Brüssel formatı çərçivəsində imzalanmasının vacibliyini yaxşı başa düşür. Rusiya münaqişəyə bölgəni öz təsir dairəsində saxlamaq üçün vasitə kimi baxır. Moskva sülh müqaviləsinin imzalanmasını istəmir və münaqişənin bu və ya digər formada davam etməsində maraqlıdır. Əgər sülh sazişi Rusiyanın vasitəçiliyi ilə imzalanarsa, belə olacaq. Amma Brüsselin vasitəçiliyi Azərbaycanın maraqlarına uyğundur.

Çünki Brüssel bir neçə dövlətin ümumiləşdirilmiş maraqlarını və Avropa İttifaqının iradəsini ifadə edir. ABŞ isə bir ölkədir və Azərbaycana qlobal iqtisadiyyatın tərkib hissəsi kimi yanaşır. Bu baxımdan, Azərbaycan çalışacaq ki, sülh müqaviləsi ABŞ-ın vasitəçiliyi ilə imzalansın. Belə bir sülh sazişinin olması ABŞ-ın Azərbaycan və Ermənistan qarşısında müəyyən öhdəliklərini yarada bilər. Yəni ABŞ hər iki ölkəyə investisiyalar və texnologiyalar verə bilər”.

Xaqani Cəfərlinin sözlərinə görə, Vaşinqton platformasında Azərbaycana və Ermənistana təqdim olunan təkliflərin məzmunu gizli saxlanılır və bu barədə yalnız ümumi məlumatlar verilir. Amma dövlətlərin yanaşması göstərir ki, ABŞ-ın təklifləri daha cəlbedicidir.
 

Dünyapress TV

Xəbər lenti