ABŞ dövlət katibi Entoni Blinken bazar günü Pekinə gəlib.
Məlumata görə, amerikalı diplomatın səfəri iki gün davam edəcək.
Bildirilir ki, bu, Dövlət Departamenti rəhbərinin 2018-ci ilin oktyabrından bəri Çinə ilk səfəridir. Xatırladaq ki, ilk öncə səfər fevral ayına planlaşdırılırdı. Daha sonra ABŞ hava məkanında raketlə vurulan Çin şarı ilə bağlı insident səbəbindən təxirə salınmışdı.