Ardını oxu...
Çin müdafiə nazirlərinin danışıqları ilə bağlı ABŞ-a ultimatum verib. “Report” xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penyu danışıb.

Onun sözlərinə görə, Amerika tərəfi Çinlə münasibətlərdəki çətinliklərin səbəbini bilir: “Çin iki ölkənin müdafiə nazirləri arasında danışıqları mümkün etmək üçün ABŞ-dan birtərəfli sanksiyaları ləğv etməyi tələb edib. Faktiki olaraq Çinə qarşı birtərəfli sanksiyalar tətbiq edilib. İki ölkə arasında hər hansı mübadilə və əməkdaşlığa başlamazdan əvvəl bu cür maneələr aradan qaldırılmalıdır”.

Qeyd edək ki, 2018-ci ildə ABŞ Rusiyadan 10 ədəd “Su-35” döyüş təyyarəsi və “S-400” zenit-raket kompleksi üçün avadanlıq aldığı üçün Li Şanfuya qarşı sanksiyalar tətbiq edib.
 
 
 
Ardını oxu...
NATO üzvləri baş katib Yens Stoltenberqin mandatını daha bir il uzatmaq razılığa gəlib.

Bizimxeber.az bildirir ki, rəsmi qərarın NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl verilməsi gözlənilir.

Qərbi Avropa diplomatı əlavə edib ki, qərar gələn həftə rəsmiləşdiriləcək. Şərqi Avropadan olan diplomat və NATO-nun yüksək rütbəli rəsmisi konsensusun olduğunu bildirib.
 
Ardını oxu...
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərin müzakirələrinə vasitəçilik etməkdən şaddır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mety Miller bildirib.

Onun sözlərinə görə, dövlət katibi Entoni Blinken bu gün səhər hər iki ölkənin xarici işlər naziləri ilə həm ayrı-ayrılıqda həm də üçtərəfli formatda görüş də keçirdi.

Hər bir görüşdə o vurğuladı ki, məsələlərin həlli, davamlı və ləyaqətli sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir. ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından təsirlənib. Biz bu prosesin inkişafı üçün onlara kömək etməyə davam eədəcəyik. Bu gün görüşün ilk günü idi və müzakirələr 29-dək davam edəcək.
 
Ardını oxu...
Dünyada Rusiyanın “yeni ölçüyə” keçməsi ilə bağlı yekdil rəy var. İndi Rusiya çevrilişlərin mümkün olduğu ölkədir. Hesab edilir ki, bu krizis Prezident Putinin kəskin şəkildə zəiflədiyini göstərdi. Və Putin hansısa məqamda hakimiyyətdən kənarlaşma ərəfəsində idi.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış politoloq Sergey Markov “Vaqner”in 23-24 iyun qiyama cəhdi ilə bağlı bildirib.

O bildirib ki, Rusiyada belə düşünmürlər:

“Qərb Priqojinlə bağlı bütün bu hadisələri Rusiyada Putinin hakimiyyət sisteminin gizli zəifliyinin təzahürü kimi qəbul etdi və belə qənaətə gəldi ki, bu, Qərbin təzyiqinin nəticəsidir. Demək, təzyiqi daha da gücləndirmək lazımdır.

Kopenhagendə Ukrayna münaqişəsinin qapalı müzakirəsi keçirildi. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Sallivanın təmsil etdiyi Qlobal Qərb və AB siyasətçiləri antirusiya sanksiyalarına qoşulmayan əsas ölkələrin diplomatlarının təmsil olunduğu Qlobal Cənubu razı saldılar.

1. Nəticə məlum deyil.

2. Kiyev deyir ki, məhz Ukraynanın təşəbbüsü ilə Zelenskinin “sülh planı” müzakirə olunur. Bu yalandır.

3. ABŞ orada özünün müvəqqəti atəşkəs planını müzakirə edib və Qlobal Cənubu Amerika planı ilə razılaşmaq üçün Moskvaya təzyiq göstərməyə inandırmağa çalışıb. Bu barədə artıq qeyd etdim.

4. Bir az sonra sızmalar olacaq və biz detalları öyrənəcəyik.

5. ABŞ-ın bu görüşdə Ukraynada atəşkəslə bağlı danışıqların iyulda başlaya biləcəyinin müzakirə edildiyi barədə mesajı bütün dünyanı həyəcanlandırdı. Hər kəs bu cür danışıqları ümidlə gözləyir”.
 
 


 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.

Gununsesi.info xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
“VİP “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul edib”, – bəyanatda deyilir.
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev idi.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı “Vaqner”in hərəkətləri fonunda Rusiyadakı vəziyyətin inkişafını müzakirə edib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

“Danışıqlar zamanı Rusiyada baş verən son hadisələr müzakirə edilib. Bildirilib ki, Rusiyada gərginliyin azalması Ukrayna arenasında geri dönüşü olmayan humanitar fəlakətlərin qarşısını alıb”, - Türkiyə liderinin ofisindən jurnalistlərə bildirilib.

Bundan əlavə, tərəflər İsveçin NATO-ya daxil olması məsələsini müzakirə ediblər: “Türkiyənin İsveçin üzvlüyünə müsbət yanaşdığı bildirilib, lakin PKK terror təşkilatının tərəfdarları bu ölkədə sərbəst şəkildə aksiyalar təşkil etdiyi müddətcə dəyişikliyin mənasının olmadığı diqqətə çatdırılıb”.
 
Ardını oxu...
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər Rusiyanın bəzi regionlarındakı vəziyyəti müzakriə ediblər.

İran xarici işlər naziri bütün dövlətlərdə, o cümlədən Rusiyanın qonşusu və dostu olan dövlətlərdə qanunun aliliyini dəstəkləsiyini bildirib. Nazir ölkələrin daxili işlərinə hər hansı xarici müdaxiləni tənqid edib.

Sergey Lavrov Rusiya Prezidentininin bəyanatlarına toxunaraq ölkənin ərazi bütövlüyü ilə bağlı qanunun aliliyinin tam tətbiqini vurğulayıb. Lavrov əlavə edib ki, Rusiya bu vəziyyətdən tez bir zamanda çıxacaq.

Rusiyanın XİN başçısı iki ölkə arsında münasibətləri yüksək qiymətləndib və ikitərəfli razılaşmaların əldə olunmasına çalışıldığını vurğulayıb.
 
Ardını oxu...
Rusiya hakimiyyəti nüvə silahının quldurlar tərəfindən idarə olunmasına imkan verməyəcək.

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, üsyanı ölkədə hakimiyyəti ələ keçirmək üçün planlaşdırılmış əməliyyat adlandırıb və çevrilişin hazırlanmasında xarici mütəxəssislərin iştirak etdiyini iddia edib.

“Biz ən böyük nüvə dövlətində dövlət çevrilişinin nəticələrini başa düşürük. Bəşəriyyət tarixində heç vaxt belə bir şey olmayıb ki, ən böyük nüvə silahı arsenalı quldurların nəzarəti altında olsun. Belə bir böhran təbii ki, bir ölkə ilə məhdudlaşmayacaq. Dünya məhv olmaq həddinə gətiriləcək. ...İşlərin belə getməsinə imkan verməyəcəyik", - Medvedev vurğulayıb.

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
Ardını oxu...
Aİ diplomatiyasının rəhbəri yenidən rəsmi Belqrad və Priştinanın liderlərini əyalətdə vəziyyətin gərginləşməsi ilə bağlı təcili görüşə çağırıb.
Kosovo və Metohiya məsələsində Serbiya hakimiyyəti yalnız kollektiv Qərblə danışır, rəsmi Belqrad böyük xarici təzyiq altındadır. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
Vuçiç Aİ diplomatiyasının rəhbəri Cozep Borrell ilə Brüsseldə görüşə gedəcəyini, lakin "Kosovo" respublikasının "baş naziri" Albin Kurti ilə görüşməyəcəyini bildirib.
Kurti çərşənbə günü Serbiya rəhbərliyi ilə görüşmək üçün Brüsselə gedəcəyini bildirib. Aİ diplomatiyasının rəhbəri yenidən rəsmi Belqrad və Priştinanın liderlərini əyalətdə vəziyyətin gərginləşməsi ilə bağlı təcili görüşə çağırıb.
"Bütün bunlarda biz təkik, öz güclü tərəflərimizi dərk etməliyik. Kimsə ən çətin şəraitdə vətəndaşların adından ağır işi görməlidir. İnsanlardan xahiş edirəm ki, ölkənin çətin vəziyyətdə olduğunu başa düşsünlər. Biz bu vəziyyətdəyik. Ən şiddətli təzyiq altındayıq. Biz Kosovo və Metohiya məsələsindən yalnız kollektiv Qərblə danışırıq", - Vuçiç Serbiya Radio və Televiziyasının efirində deyib.
"Qərb düşünür ki, serblərə qarşı terror davam etdirilə bilər", - Serbiya lideri vurğulayıb.
Bundan əvvəl Borrell Serbiya və Kosovo liderlərini iyunun 22-də Brüsseldə danışıqların yeni raundunu keçirməyə çağırıb. Kurti cavab verdi ki, təklifi nəzərə alacaq. Prezident Vuçiç daha sonra Priştina hakimiyyəti həbs edilmiş bütün serbləri azad edənə qədər özünü elan etmiş "Kosovo" respublikasının "baş naziri" ilə danışmaqdan imtina edib.
Sputnik
 
Ardını oxu...
“Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Əks halda Ankara bu ölkənin alyansına qoşulmağına razı olmayacaq”.

Bunu çərşənbə günü TRT-nin efirində Türkiyə parlamentinin sədri Numan Kurtulmuş bildirib.
“Türkiyə İsveçdən memorandumun öhdəliklərini konkret olaraq yerinə yetirməsini gözləyir. Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik”, - Türkiyə parlamentinin spikeri bəyan edib.
 

Dünyapress TV

Xəbər lenti