Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.
Gununsesi.info xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. “VİP “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul edib”, – bəyanatda deyilir. Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev idi.