Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşündə 2020-ci il noyabr bəyanatından sonra üç ölkə liderinin razılaşmalarının yerinə yetirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu barədə mayın 19-da axşam Rusiyanın xarici işlər naziri Sergey Lavrov nazirlərin görüşünün yekunlarını şərh edərkən bildirib.
Söhbət Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsindən, üç ölkənin baş nazir müavinlərinin işçi qrupunun rəhbərliyilə nəqliyyat kommunikasiyalarının açılmasından, humanitar məsələlərdən, “lakin ilk hər şeydən öncə sərhədlərin delimitasiyası və demarkasiyası” üzrə razılaşmalardan gedir. Bundan ötrü üç ölkənin iştirakı ilə sərhədlərin delimitasiyası üzrə ayrıca komissiya yaradılıb.
“Əlbəttə ki, danışıqların ayrıca mövzusu hazırda müzakirə olunan, tərəflərin üzərində işləməyə başladığı, Vaşinqton və Brüsseldəki digər vasitəçilərin iştirakı ilə müzakirə olunan sülh müqaviləsi idi”, – Lavrov deyib.
“Bu gün tərəfdaşlarımız təsdiq etdilər ki, sərhədlərin delimitasiyası olmadan, nəqliyyat kommunikasiyaları açılmadan, həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çox çətindir”, – rusiyalı nazir qeyd edib.
Gələn həftə nəqliyyat kommunikasiyalarının açılması məsələsilə bağlı baş nazir müavinlərinin iştirakı ilə işçi qrupunun iclası keçiriləcək. “Konkret nəticəyə ümid edirik, tərəflər artıq yekun razılaşmaya yaxındır və yaxın gələcəkdə Rusiya Federasiyasının iştirakı ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasını keçirməyə razılaşdılar”, – Lavrov davam edib.
Sülh müqaviləsinə gəlincə, “bir sıra maddələr üzrə tərəflərin baxışını ümumi baxışa yaxınlaşdırmaq mümkün olub və hazırda nazirlərin ikitərəfli görüşü başlayıb. Ümid edirəm ki, görüşün yekunları ilə bağlı onlar nəyə nail olduqları barədə məlumat verəcəklər”, – Lavrov deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə barışıq üçün heç bir maneə görmədiyini bildirib. Ərdoğan bu barədə CNN-ə müsahibəsində deyib. “Rusiya Prezidenti Vladimir Putinlə dostluğum sayəsində qərara gəldik ki, Suriyanın şimalında sıx əməkdaşlıq və həmrəylik tələb edən terrorizmlə mübarizəmizdə qapı aça bilərik. Bunu edə bilsək, barışıq üçün heç bir maneə görmürəm”, - deyə Ərdoğan vurğulayıb.
Blinkenin İrəvan və Bakının sülh müqaviləsi imzalamağa yaxın olması barədə bəyanatını eşidəndə düşünürəm ki, belə açıqlamanı Ermənistanın baş naziri və ya Azərbaycan Prezidentindən eşitsək, yaxud birgə bəyanat olsa, buna inanmaq asan olar.
DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, Ermənistanın News.am nəşrinin müxbirinə müsahibəsində almaniyalı politoloq Aleksandr Rar belə deyib.
O, bunu "Amerikanın özünüreklamı" adlandırıb.
Hər halda, ekspertin qeyd etdiyi kimi, sülh həmişə müharibədən yaxşıdır, lakin bir neçə aydır ki, bu və ya digər danışıqlar masası arxasında təklif olunan sülh müqaviləsi imzalanmır.
“Bəli, əgər bu müqavilə ABŞ-ın səyləri ilə imzalansa və sonra ratifikasiya olunarsa, o zaman Vaşinqton Qafqazda uğurlu diplomatiya apardığını deyə bilər. ABŞ-ın da buna həqiqətən ehtiyacı var, çünki onlar Rusiyanın oradakı mövqeyini zəiflətməyə, postsovet məkanında təsirlərini artırmağa çalışırlar.
Amerikalıların əvvəllər, son 30 ildə ATƏT-in Minsk Qrupu formatında vəziyyətə təsir etmək imkanları çox idi, lakin onlar az şey etdilər. Məni indi orada ABŞ-ın öz siyasətini bu qədər ciddi şəkildə intensivləşməsi təəccübləndirir. Digər tərəfdən, bu, tərəflərin razılığa gəlməsinə mane olmasa, müsbət təsir göstərəcək”, - deyə Aleksandr Rar bildirib.
Tərəflərin əsas məsələlərdə irəliləyişə nail ola bilmədiyi haqda bəyanatına gəlincə, onun sözlərinə görə, söhbət Laçın "dəhlizi"ndə xarici qüvvələrin varlığı və ya olmaması ilə bağlı təkliflərdən gedə olar. “Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında ən çətin danışıqlar bu məsələ ətrafında gedir”, - deyə ekspert yekunlaşdırıb.
Rusiya XİN idarəsindən bildirlirb ki, bəzi Mərkəzi Asiya ölkələri anti-Rusiya sanksiyalarına qoşulmağa hazırdır. TASS bildirir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Qaluzin deyib. “Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq riskləri öz üzərlərinə götürmək istəmirlər, onlar Qərbin Rusiyaya sanksiya tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, deyə Rusiya XİN-dən açıqlama verilib.
Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Ittifaqının Ermənistandakı səfiri Andrea Viktorin tərəfindən səsləndirilmiş fikirlərə dair suala cavabında deyib.
Qeyd edək ki, mayın 15-də Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin mətbuat konfransı zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlamasına istinadən bildirib ki, “Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunmalıdır” və bu məqsədlə “beynəlxalq mexanizm” yaradılmalıdır.
"Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.
Azərbaycan tərəfinin erməni sakinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenliyimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır", - Ayxan Hacızadə vurğulayıb.
Rusiya ordusunda xidmət edən xarici ölkə vətəndaşlarının vətəndaşlıq alması qaydaları asanlaşdırılıb.
Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, Rusiya Silahlı Qüvvələri ilə 1 il müddətinə hərbi xidmət haqqında müqavilə imzalamış şəxslər asanlaşdırılmış prosedurlarla vətəndaşlıq üçün müraciət edə bilərlər. \\Ölkə.az
"Seçkilərin ikinci tura gedəcəyi ehtimalının yüksək olduğunu görürük". Bunu Ata alyansının prezidentliyə namizədi Sinan Oğan deyib. "Bu seçkinin açarı türk millətçiləri və kamalistlərdir. Məhərrəm İncə müxtəlif təzyiqlərlə seçkilərdən kənarlaşdırıldıqdan sonra bu siyasi hadisədən çoxlu dərslər çıxarmaq lazımdır. Son iki gündə bizə hücumlar edildi, haqsız yerə günahlandırıldıq. Hər bir nəticə millətimiz üçün xeyirli olacaq!", - deyə Oğan bildirib. O, bildirib ki, qarşıda onları daha çətin 15 gün gözləyir: "Əlimizdən gələni edəcəyik. Deməyəcəyik ki, indi onu-bunu dəstəkləyirik. Biz ittifaqı yaradan tərəflərlə məsləhətləşib, qərar verəcəyik. Bu, sanki sövdələşməyə girəcəkmiş kimi başladıldı".
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 95,4 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,42 faiz səslə öndədir. Ərdoğan Ədalət və İnkişaf Partiyası Baş qərargahının balkonundan xalqa müraciət edib.
“Seçkilərin nəticələri bilinməsə də, çox irəlidə olduğumuzu söyləyə bilərəm. Biriləri mətbəxdə, biz balkondayıq” - deyə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, Türkiyədə demokratiya bayramının tamamlandığını vurğulayıb.
“Türkiyə bu seçkilərlə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu bir daha sübuta yetirib”, - Ərdoğan əlavə edib.
"Bu seçkilərdə vəzifələrini layiqincə yerinə yetirən hər kəsə təşəkkür edirəm. Üstəlik, öz gələcəyi üçün seçiklərdə rekord sayda iştirak edən ölkə vətəndaşlarımıza minnətdaram. Bu seçkilərdə qazanan tərəf ölkəmiz və xalqımız olub", - o vurğuylayıb.
Onun sözlərinə görə, bu gün Türkiyədə keçirilən seçkilərin bənzəri yoxdur: "Şükürlər olsun ki, heç bir acı hadisə yaşanmadan seçkiləri tamamladıq. CHP rəhbərləri və bəzi bələdiyyə sədrlərinin öz maraqlarını güdmələri bu gərçəkləri dəyişmir. Ölkəmiz seçki sisteminin güvənliliyi baxımından dünyaya örnək ola bilər. Heç kimin bunu öz siyasi ambisiyaları üçün pozmağa haqqı yoxdur. Biz hər zaman milli iradənin seçiminə hörmət etmişik və bundan sonra da hörmət edəcəyik".
Kreml: "Üçtərəfli razılaşmaların yerinə yetirilməsi Cənubi Qafqazda nizamlanmaya aparan yoldur" Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sənədlərə tam sadiqdir. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz ondan çıxış edirik ki, üçtərəfli razılaşmalar hələ də nizamlanma üçün mübahisəsiz əsasdır və nizamlanmaya nail olmaq üçün biz üçlüyün əldə etdiyi razılaşmaların həyata keçirilməsi yolu ilə getməliyik", deyə Kremlin sözçüsü vurğulayıb.
Kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər.
APA xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.
“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, - Mişel qeyd edib.