Ardını oxu...
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Vilnüsdə keçiriləcək sammitində Ukrayna ilə bağlı bəyanat qəbul etməyi planlaşdırır.

Bu barədə çərşənbə günü müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander məlumat verib.

"NATO-nun Ukraynanın bir Avropa ölkəsi kimi əhəmiyyəti, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren və müstəqil dövlət kimi mövcud olmaq hüququ ilə bağlı bəyanatı əhəmiyyətli olacaq",- Pentaqonun sözçüsü Nümayəndələr Palatasındakı dinləmələri şərh edərkən deyib.

ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsi Şimali Atlantika Alyansının Vilnüsdə keçirilən sammitinin əsas nəticələrinin nə olacağı məsələsini qaldırıb.

Bu çoxtərəfli sammit iyulun 11-12-nə planlaşdırılıb.
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı müzakirə olunan məsələləri açıqlayıb.

APA-nın UNİAN-a istinadən xəbərinə görə, Zelenski bildirib ki, Si Cinpinlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin həlli müzakirə olunub və o, ərazi kompromisləri ilə sülhün bərqərar olmasını qəbuledilməz hesab etdiyini qeyd edib.

"Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir", - deyə Zelenski vurğulayıb.
Ardını oxu...
ABŞ Prezidenti Cozef Bayden mayın 19-21-də Yaponiyada keçiriləcək G7 sammitində və mayın 24-də Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, ABŞ, Yaponiya) liderlərinin görüşündə iştirak edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

Amerika liderinin rəsmi iqamətgahından verilən məlumata görə, Yaponiyanın Xirosima şəhərində G7 ölkələri başçılarının görüşü zamanı Bayden “Yeddilik qrupunun Ukraynaya sarsılmaz dəstəyini” və ərzaq və iqlim böhranları müzakirə etməyi planlaşdırır.

Ağ Evin məlumatına görə, Sidneydə ABŞ Prezidenti iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcək.
Ardını oxu...
Qırğızıstan Prezidenti Sadır Japarov mayın 8-9-da Rusiyaya səfər etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan dövlət başçısının administrasiyasındakı mənbə bildirib.

“Prezident mayın 8-9-da Rusiya Federasiyasının paytaxtına səfər etməyi planlaşdırır”, - mənbə deyib.

Onun sözlərinə görə, Japarovun Moskvada Qələbə Günü ilə bağlı tədbirlərdə iştirakı, həmçinin bir sıra yüksək səviyyəli görüşləri gözlənilir.

Qırğızıstan liderinin mətbuat xidməti prezidentin Rusiyaya gözlənilən səfəri faktını təsdiqləməsə də, bunu təkzib də etməyib, bu mövzuda rəsmi açıqlamanı gözləməyi tövsiyə edib.
Ardını oxu...
"Mənim missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil".

"Report"un yerli bürosu bildirir ki, bu fikirləri Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç qurumun yaz sessiyası zamanı Ermənistandan olan deputatın Qarabağa niyə getməməyi ilə bağlı ittihamına cavab olaraq deyib.

"Mənim missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil. Mənim işim insan hüquqları pozulduğu zamanı problemlərin həllini tapmaqdır. Mənim vəzifəm itkin düşənlərin, münaqişələr nəticəsində hüquqları pozulan yaşlıların, uşaqların problemləri ilə, minalanmış ərazilərlə bağlı məsələləri araşdırmaqdan ibarətdir".

Komissar Ermənistanı Avropa Şurası ilə əməkaşlıq etməkdən imtina etməkdə suçlayıb:

"Mən müharibə olan bölgələrə gedə bildiyim halda Qarabağa gedə bilmirəm. Burada yalnız bir günahkar varsa, o da Avropa Şurasına üzv dövlətlərdir ki, əməkdaşlıq etməkdən imtina edirlər. Mənim vəzifəmi siyasətləşdirmək düzgün deyil".
Ardını oxu...
23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, “Ermənistan Xarici İşlər Nazirliyinin sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və qəbuledilməzdir. Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır.

Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır. Eyni zamanda, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub.

Azərbaycanın Üçtərəfli bəyanat üzrə öhdəlikləri pozduğu barədə əsassız iddiaya gəldikdə Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Ermənistan rəhbərliyi ən yüksək səviyyədə Laçın yolundan hərəkətin təşkili məsələsində Üçtərəfli bəyanatla bu ölkəyə hər hansı bir funksiya verilmədiyini təsdiq edib. Bu fonda, Ermənistan XİN-in Üçtərəfli bəyanatın tərəfi kimi Ermənistanın Azərbaycan tərəfindən atılan addımı qəbuledilməz adlandırması məntiqsiz və bəyan edilmiş bu mövqeyə ziddir. Üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Həmçinin yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır.

Üçtərəfli bəyanatın əhatə dairəsindən kənar olan sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.

Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə cəfəng iddiası əsassız və qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik.

Sülh danışıqlarını boykot etmiş Ermənistanın XİN-in bu bəyanatı, bu hadisədən yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq üçün bəhanə kimi istifadə etmək niyyətindən xəbər verir.

Ermənistan tərəfinə bu kimi təxribatlardan əl çəkməyi, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplər əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağı, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik əvəzinə konstruktiv mövqe sərgiləməyi tövsiyə edirik. Bununla yanaşı, Ermənistanı beynəlxalq birliyi özünün qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərinə son qoymağa çağırırıq”.
 
Ardını oxu...
Aprelin 17-də Aydınlar Partiyasının növbədənkənar qurultayı keçirilib.
Qurultayda mövcud geosiyasi və siyasi-hüquqi reallıqlar nəzərə alınmaqla partiyanın fəaliyyətinə xitam verilməsi məqsədəuyğun sayılıb.
Gununsesi.ninfo xəbər verir ki, məlumatı Meydan TV-yə partiyanın sədri Qulamhüseyn Əlibəyli verib.
Q. Əlibəyli qurultayın hansı səbəblərdən belə bir qərar verməsi haqda suala konkret cavab verməyib: “Qurultay üzvləri xahiş etdi ki, mediada qərarın səbəbləri barədə geniş izahata ehtiyac görülməsin”.
O, “Siyasi partiyalar haqqında” Qanuna və partiyanın nizamnaməsinə uygun olaraq, Aydınlar Partiyasının ləğv olunması və partiyanın dövlət reyestrindən çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edildiyi barədə qərar qəbul olunduğunu bildirib.
Aydınlar Partiyası 2008-ci ilin dekabrında təsis olunub, bir il sonra Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Partiyanın sədri Qulamhüseyn Əlibəyli idi.
Son iki həftədə Azərbaycan Liberal Demokrat, Müstəqil Xalq, Azərbaycan Milli Demokrat, Yeni Yol partiyaları fəaliyyətlərini dayandırıb.
2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
 
Ardını oxu...
“Azərbaycan və Ermənistanın ABŞ-ın geosiyasi dəstəyinə ehtiyacı var. ABŞ Cənubi Qafqazda daimi sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olunmasında maraqlıdır”.

DİA.AZ bildirir ki, bu sözləri politoloq Xəqani Cəfərli Cebhe.info-ya ABŞ Dövlət Departamentinin rəsmilərinin Azərbaycan və Ermənistana son rəsmi səfərlərini şərh edərkən bildirib:

“ABŞ və dünyanın aparıcı ölkələrində siyasi dairələr çox yaxşı anlayırlar ki, bütün post-sovet məkanında münaqişələr Rusiyanın regionda ənənəvi geosiyasi təsirinin saxlanılmasına xidmət edir. Hətta Rusiyanın xarici siyasət strategiyasında münaqişələr yaratmaq və münaqişələr vasitəsilə regional prosesləri manipulyasiya etmək xüsusi əhəmiyyət daşıyır. Ona görə də ABŞ və Avropa dövlətləri çalışırlar ki, postsovet məkanında, xüsusilə Cənubi Qafqazda münaqişələri həll etsinlər və xalqlararası sülh prosesini nizamlasınlar. Bu da həm Azərbaycan, həm Ermənistanın Rusiyanın təsir dairəsindən xilas olmasına gətirib çıxaracaq. ABŞ-ın Cənubi Qafqazla bağlı strategiyasında Azərbaycan və erməni xalqı arasında münaqişənin həll olunması önəmli prioritet hesab olunur”.

Politoloqun sözlərinə görə, Rusiya daim postsovet bölgələrində münaqişələrin qalmasına çalışacaq:

“Son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatlar səsləndirməsi Moskvada ciddi narahatlıq doğurub. Çünki Kremldəkilər hesab edir ki, əgər münaqişələr həll olunarsa, bütün region onların təsir dairəsindən çıxacaq”.

Xəqani Cəfərli qeyd edib ki, Vaşinqtonun Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə müsbət töhfələri ola bilər:

“Heç şübhəsiz ki, Vaşinqtonun sülh prosesinə böyük geosiyasi təsiri ola bilər. ABŞ Azərbaycan və Ermənistanda siyasi, iqtisadi və mədəni cəhətdən geniş təsir imkanlarına malikdir. Bu baxımdan qlobal qüdrətə malik olan bu dövlətin Bakı və İrəvan arasında sülh prosesinə töhfə verməsi mümkündür. Bununla bərabər, həm Azərbaycan, həm də Ermənistanın öz iqtisadiyyatını inkişaf etdirmək üçün ABŞ-ın sərmayesinə və texnologiyasına ehtiyacı var. Hesab edirəm ki, ABŞ-dan başqa heç bir dövlət Cənubi Qafqaz dövlətlərinin ehtiyaclarını tam qarşılaya bilməz”.
Ardını oxu...
“İstənilən təxribat və ya zorakılıq Ermənistan və Azərbaycan arasında sülh prosesini təhlükə altına qoyur”.

Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçyov İrəvanda İctimai Televiziyaya açıqlamasında belə deyib.

“Avropa Parlamenti bu yaxınlarda qəbul edilmiş qətnamə ilə Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı "təcavüzkar" hərəkətlərini dayandırmalı, insanların hər iki istiqamətdə sərbəst hərəkət edə bilməsi üçün kommunikasiyaların bərpası üçün Laçın dəhlizinin dərhal açılmaslna dair aydın mövqeyini ifadə edib. Bu məsələdə Avropa İttifaqı Ermənistanın suveren ərazisinə qarşı növbəti "təcavüz"ün qarşısını almağa kömək edəcək müşahidə missiyası vasitəsilə bu prosesə töhfə verməyə hazırdır”,-deyə Kovaçyov bildirib. Aİ-nin sərhədlərin demarkasiyası prosesində hansı dəstəyi verə biləcəyi ilə bağlı sualı cavablandıran Andrey Kovaçyov deyib:

“Bildiyiniz kimi, komissarımız bu yaxınlarda Ermənistanda idi. Avropa qurumları ikitərəfli münasibətlərin qurulmasına kömək etməyə və sərhədin demarkasiyası və demarkasiyasına kömək etməyə çalışır. Bu, təbii ki, Ermənistan və Azərbaycanın işçi qrupları tərəfindən həyata keçirilməlidir. Hər hansı təxribatçı bəyanat müsbət qərara gətirib çıxara bilməz. Sərhədlər məsələsində tərəflər gələcəkdə oxşar təxribatlara yol verməmək üçün qərara aydınlıq gətirməlidirlər”. Kovaçyov aprelin 11-də Laçın istiqamətində baş vermiş hərbi təxribatın guya Azərbaycan tərəfindən törədilməsi barədə erməni junalistin yönləndirici sualına cavabında bununla bağlı Avropa İttifaqının mülki missiyasının hesabatını gözlədiyini deyib: "Bu, Avropa Parlamentinə hələ heç bir hesabat təqdim etməyən kifayət qədər yeni mülki missiyadır. Yəni indi bu təxribatla bağlı xəbərləri rəhbər tuturam. Tezliklə müşahidəçilərdən ilk hesabatı gözləyirəm. Sərhədin mümkün qədər çox müxtəlif hissələrində vəziyyət haqqında daha çox sənədləşdirilmiş məlumat əldə edə bilmək üçün müşahidə missiyasının tərkibinin genişlənməsini də alqışlayıram”. Ermənilər Kovaçyova Avropa İttifaqının Azərbaycana qarşı nə üçün sanksiyalar tətbiq etmədiyinə dair növbəti təxribatçı sual ünvanlayıb. Cavabında Ermənistan üzrə məruzəçi belə deyib: “Avropa Şurası sanksiyalar siyasətinə cavabdehdir. Lakin prioritet diplomatik tədbirlərdir. Mən Azərbaycanı bir daha Laçın dəhlizinin blokadasını açmağa, insanların və yüklərin hər iki istiqamətdə sərbəst hərəkətinə təminat verməyə çağırıram. Bu, 2020-ci ildə imzalanmış üçtərəfli sazişin mühüm müddəalarından biridir. Təəssüf ki, Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmirlər və Rusiya Federasiyası heç bir şəraitdə etibarlı tərəfdaş deyil”.

Müsahibə zamanı Ermənistan İctimai Televiziyası məqasədyönlü şəkildə Kovaçyovdən Azərbaycan əleyhinə tənqid və hədə dolu ifadələr almağa çalışıb. Ona görə də suallar Azərbaycana qarşı ittihamlardan ibarət olub. Guya Azərbaycanın müharibəyə hazırlaşdığı və bu halda Avropa İttifaqının hansı addım atacağı barədə sual da eyni məqsəd daşıyıb. Kovaçyov cavabında rəsmi Bakının sülh gündəliyinə və sərhədlərin demarkasiyası prosesinə sadiq qaldıqları barədə bəyanatlarını eşidiyini deyib:

"Bu, vəziyyəti həll etməyin yeganə dinc və sivil yoludur. Biz Avropa Parlamentində nifrət nitqindən çəkinməyə çağırdıq. Aİ sülh prosesinin asanlaşdırılmasına töhfə vermək niyyətindədir. Çünki bu, Azərbaycan və Ermənistan vətəndaşlarının dinc şəraitdə yaşaması, təhsil alması, karyerası, sosial rifahı və ən əsası azad vətəndaş olması üçün zəruri amildir və hər an hücumların baş verə biləcəyindən qorxmamalıdır".

DİA.AZ-ın məlumatına görə, politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, Kovaçyov Avropa Parlamentində erməni lobbisinin genişlənməsində fəal iştiirak edib. Kovaçyovun Avropa Parlamentində erməni lobbisini maliyyəşdirən milyarderlərlə geniş əlaqələri var:

"O, Avropa Parlamenitinin qondarma erməni soyqırımı abidəsini ən çox ziyarət edən üzvlərindən biridir. Kovaçyov bolqarıstanlı olsa da, bu Avropa Parlamentində öz ölkəsi üçün heç bir faydalı iş görməyib. Əksinə, çox təzadlı siyasətçi kimi ad çıxarıb. O, vaxtilə kommunizmdən əziyyət çəkməsi barədə çıxışlar etsə də, Rusiya ilə Avropa Parlamentinin münasibətlərinin formalaşmasında iştirak edib. O, erməni lobbi qrupunun siması hesab edilir. Həmçinin, qeyd etmək lazımdır ki, Kovaçyov həm də Bolqarıstan parlamentindəki Rusiya nüfuz dairəsinin simasıdır. Bu barədə məlumatlar tez-tez eşidilir. Kovaçyovun açıqlamlarının eyni gündə Rusiya Dövlət Dumasının rabitə və informasiya texnologiyaları komitəsinin sədr müavini Oleq Matveytsevlə Azərbaycanın ünvanına söylədiyi təxribatçı fikirlərlə necə üst-üstə düşməsinə fikir vermək lazımdır. Bu, o deməkdir ki, onların hər ikisinə tezis erməni lobbisindən gəlib".
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin “bir ildən çox öncə Ukraynaya müdaxilə zamanı bir sıra ciddi yanlış hesablamalara yol verib”.

“Report” “Sky News”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Almaniyanın Ramştayn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasından sonra bildirib.

“O, Ukraynanın dəf edə bilməyəcəyini düşünürdü, lakin Ukrayna tərəfdaşlarının köməyi ilə möhkəm dayanır. Putin düşünürdü ki, birliyimiz məhv olacaq, lakin Rusiyanın seçdiyi amansız müharibə bizi daha da yaxınlaşdırdı”, - o söyləyib.

Pentaqon başçısı bu təmas qrupunun uzun müddət üzvü olan Finlandiyanın bu gün NATO-nun yeni müttəfiqi kimi iştirak etdiyini qeyd edib və İsveçin tezliklə ona qoşulacağını güman edib.

“Bir qədər aydın olur ki, Putinin müharibəsi NATO-nun genişlənməsinin nəticəsi yox, NATO-nun genişlənməsinin səbəbidir”, - Ostin vurğulayıb.

Dünyapress TV

Xəbər lenti