Fransa prezidenti Emmanuel Makron Tayvan mövzusunda mübahisəli müsahibəsinin ardınca ABŞ-ın müttəfiqi olmağın "vassal" olmaq anlamına gəlmədiyini söyləyib. Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Hollandiyaya dövlət səfərinin sonunda Amsterdamda keçirilən mətbuat konfransında deyib. "Müttəfiq olmaq vassal olmaq demək deyil... bu, bizim özümüz haqqında düşünməl haqqımızın olmadığı anlamına gəlmir", - Makron bildirib. Makron həmçinin deyib ki, “Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır” və “vəziyyətin sülh yolu ilə həllinə” çalışır.
ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniya və Yaponiyaya səfər edəcək.
Bu barədə Blinken "Twitter"də bildirib.
"ABŞ Prezidenti Co Bayden ilə Böyük Britaniyaya və İrlandiyaya səfər etməyi səbirsizliklə gözləyirəm.
Daha sonra isə vyetnamlı tərəfdaşlarımızla görüşmək üçün Vyetnama və G7 həmkarlarımızla əsas regional və qlobal məsələləri müzakirə etmək üçün Yaponiyaya gedəcəyəm", - Blinken qeyd edib.
Onu da qeyd etmək istərdim ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik.
Cebhe.info xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib.
"Biz həm də, xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir" - dövlətimizin başçısı vurğulayıb.
Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko bu həftə Rusiya liderinin Kremldəki rəsmi mənzilində “ən qapalı mövzuları” müzakirə ediblər.
Pressklub.az xəbər verir ki, bu barədə bazar günü Belarus liderinin mətbuat xidmətinə yaxın “Pul Perveqo” Telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Belarus lideri Aleksandr Lukaşenkonu Kremldəki mənzilinə dəvət etməsi barədə bir qədər əvvəl prezidentin mətbuat katibi Dmitri Peskova istinadən jurnalist Pavel Zarubinin Telegram kanalında məlumat vermişdi.
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlığa namizədlərinin göstərildiyi proporsional siyahı Ali Seçki Komissiyasına təqdim olunub.
Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq tam siyahı dərc olunub.
AKP-nin deputatlığa namizədləri ilə buradan tanış olmaq mümkündür. https://www.diken.com.tr/wp-content/uploads/2023/04/AK-PARTI-ADAY-LISTESI-.pdf Qeyd edək ki, həmçinin Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiya, o cümlədən Milliyyətçi Hərəkat Partiyası namizədlərin siyahısını Ali Seçki Komissiyasına təqdim edib. Bu gün siyahıların təqdim edilməsi üçün son gündür.
Türkiyədə prezident seçkisindən öncə keçirilən daha bir sorğunun nəticələri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, sorğunu hakimiyyətə yaxınlığı ilə seçilən “Areda” şirkəti keçirib.
Sorğuya əsasən, gələn bazar günü ölkədə seçki olarsa, respondentlərin 50,6%-i hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduqlarını bildiriblər. Ondan sonrakı yerdə 41,8% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Muharrem İnce (5,5%), Sinan Oğan (2,1%) qərarlaşıb.
Bununla belə, sorğu iştirakçılarının 40%-i növbəti seçkidə hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyəcəklərini bildiriblər. Ondan sonrakı yerləri CHP (23,7%), HDP (10,6%), MHP(8,1%), İYİ Partiyası (7,5%), Məmləkət Partiyası (3,6%), Yenidən Refah Partiyası (1,9%) və digərləri tutub.
Qeyd edək ki, bundan öncə “Metropol” şirkətinin keçirdiyi sorğuda Ərdoğanın 41,1%, Kılıçdaroğlunun isə 42,6% səs toplayacağı vurğulanmışdı. “Optimar” şirkəti isə namizədlərin müvafiq olar 45,9% və 43,9% olaraq səs toplayacağını bildirmişdi.
“Avropa son illərdə ABŞ-dan daha çox asılı vəziyyətə düşüb, lakin o, strateji muxtariyyətini gücləndirməlidir, dolların ekstraterritoriallığından asılı olmamalıdır. Bu gün bizim ABŞ, Qətər və başqalarından daha çox asılı olduğumuz faktdır”.
"Report" xəbər verir ki, bunu “Les Echos” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron deyib.
“Bu gün aparılacaq döyüşlər, bir tərəfdən, strateji muxtariyyətimizi sürətləndirmək, digər tərəfdən isə iqtisadiyyatlarımıza maliyyə təmin etmək üçündür. Fürsətdən istifadə edib bir məqamda təkid edirəm: biz dolların ekstraterritoriallığından asılı olmamalıyıq.
Təbii ki, biz enerji baxımından ABŞ-dan asılılığımızı artırdıq, lakin diversifikasiya məntiqində, çünki Rusiya qazından həddən artıq asılı idik. Bu gün bizim ABŞ, Qətər və başqalarından daha çox asılı olduğumuz faktdır”-deyə, o bildirib.
Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası ilə bağlı razılıq əldə edilib.
Bu barədə razılıq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı ifadə olunub.
Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin İrana səfər edib.
Teref.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Levitin Şimal-Cənub dəmir yolu layihəsini müzakirə etmək üçün İrana gedib.
Onun İran paytaxtına iki günlük səfəri çərçivəsində İran rəsmiləri, o cümlədən ölkənin birinci vitse-prezidenti Məhəmməd Mohber və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş ilə görüşlər keçirəcəyi bildirilib. (Axar.az)