Xəzər dənizi vasitəsi ilə Orta Dəhlizin parçası olan dəhlizlərin önəmi artır və burada türk dünyası xüsusi yer tutur.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Özbəkistan, Türkmənistan və Özbəkistan ilə nəqliyyat layihələri həyata keçirilir. Bundan əlavə, TANAP qaz xətti vasitəsi ilə türkmən qazının Avropaya tədarükünə dair işlər davam edir.
Çavuşoğlu həmçinin regional təhlükəsizlik məsələlərinə toxunaraq, Suriyada dördtərəfli format çərçivəsindəki danışıqlar zamanı ölkəsinin təhlükəsizliklə bağlı güzəştə getməyəycəyini vurğulayıb.
Nazir, Türkiyənin İsraillə münsaibətlərinin normallaşma prosesinin başladılmasına baxmayaraq, Fələstin xalqının hüquqlarının pozulmasına göz yummayacağını da diqqətə çatdırıb.
Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. TEREF.AZ-ın məlumatına görə, Azərbaycanın tələbini "Sherg.az"a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı deyib ki, iki ölkə arasındakı gərginlik ən pik həddinə çatıb. Belə həddə çatmasında Azərbaycan tərəfinin heç bir günahı yoxdur:
"İkinci Qarabağ müharibəsi başlayandan indiyədək İran müxtəlif formada təxribatlara əl atıb. Müharibə dönəmində hərbi təxribatdan tutmuş, ölkə daxilində sabitliyin pozulması, casusluq fəaliyyəti ilə məşğul olub. Azərbaycanın İrandakı səfirliyinə hücum da edildi. Vətəndaşımız terrorun qurbanı oldu. Digər bütün ölkələr kimi Azərbaycan da beynəlxalq hüquqa söykənərək istədiyi xarici hökumət vətəndaşını arzuolunmaz şəxs elan edə bilər. Bunun açıqlamasını vermək məcburiyyətində deyil.
Əminən ki, xüsusi xidmət orqanlarımız həmin 4 nəfərin fıaliyyəti ilə bağlı ölkə rəhbərliyinə və XİN-ə əsaslı faktlar təqdim ediblər. Onların Azərbaycanda qalmaqları təhlükəsizliyimizə zidd olduğu üçün belə bir tələb irəli sürülüb. Hər halda Azərbaycan tərəfinin addımından sonra İrandan reaksiya gələcək.
İran Azərbaycana qarşı pozuculuq fəaliyyətini yürütməsi və müstəqilliyimizi de-fakto tanımadığı müddət ərzindəndə gərginlik davam edəcək. Gərginliyi başladan Azərbaycan deyil, sonlandıran tərəf də olmayacaq, hər şey İrandan asılıdır".
“Avropa İttifaqının (Aİ) mülki missiyası Ermənistanın arzularını reallaşdırmır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, İrəvan Aİ-nin yarı hərbi missiyasını Azərbaycanla sərhəddə - Zəngəzur istiqamətində yerləşdirməklə prosesi lehinə çevirməyi planlaşdırmışdı:
“Nikol Paşinyan missiyanın Azərbaycan əleyhinə hesabat hazırlayacağını, Brüsselin Bakıya təzyiq edəcəyini gözləyirdi. Amma Brüssel İrəvanın bu ümidini doğrultmadı. Azərbaycan Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edərək, İrəvanın Avropa İttifaqından gözləntilərinə son qoydu. Ümumiyyətlə, Brüssel Bakı ilə münasibətlərinin kəskinləşməsində maraqlı deyil.
Missiyanın tərkibindəki Fransanın destruktiv mövqeyi İrəvanı “cəsarət”ləndirmişdi.
Avropa İttifaqının missiyası Azərbaycanla şərti sərhəddən bir neçə kilometr aralıda müşahidə aparır. Bu da Avropa İttifaqının tərəflər arasındakı problemlərin bir hissəsi olmamaq istəyindən irəli gəlir.
Brüssel iki dövlət arasında vasitəçi olmaqda maraqlıdırsa, obyektiv mövqe tutmalı və beynəlxalq hüququ əsas götürməlidir”.
Məhəmməd Əsədullazadə KTMT hərbçilərinin sərhəddə yerləşdirilməsi ehtimalına da toxunub:
“Ermənistan Avropa İttifaqının onun arzusunu reallaşdırmadığına görə, KTMT hərbçilərinin sərhəddə yerləşdirilməsi məsələsini gündəmə gətirmək istədi. Amma iki stulda oturmağa çalışan Paşinyanın bu iki qurumu anti-Azərbaycan siyasətinə daxil etmək səyləri heç bir nəticə vermir. Bu da İrəvanın sülh müqaviləsində maraqlı olmadığını göstərir.
KTMT hərbçilərinin sərhəddə yerləşməsi, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətləri kəskinləşdirəcək”.
Azərbaycan Sosial Demokrat Partiyası ləğv olunduğunu bəyan edib. Elan “Yeni Müsavat” qəzetinin 5 aprel sayında yerləşdirilib.
1989-cu ildə qurulan Azərbaycan Sosial Demokrat Partiyası 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya sədri Araz Əlizadə 2022-ci il oktyabrın 6-da vəfat edib.
2023-cü ildə ölkənin daha 6 partiyası fəaliyyətinə son verdiyini açıqlayıb: Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası.
Birlik Partiyası 1992-ci ildə, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Sosial Rifah Partiyası 1995-ci ildə, Azərbaycan Liberal Demokrat Partiyası 1999-cu ildə, Azərbaycan Azad Respublikaçılar Partiyası 2002-ci ildə, Azərbaycan Təkamül Partiyası 2005-ci ildə dövlət qeydiyyatına götürülüb.
2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 60 siyasi partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.
Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması hansısa ölkəyə qarşı yönəlməyib.
Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö tvitterdə bildirib.
“Finlandiyanın üzvlüyü kiməsə qarşı yönəlməyib. Bu, həmçinin dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə çalışan sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsidir. Finlandiya üçün vacib olan prinsiplər və dəyərlər bundan sonra da xarici siyasətimizi müəyyən edəcək”, - o, bildirib.
Prezidentin sözlərinə görə, Finlandiyanın alyansa qoşulması ölkə tarixində hərbi birləşmələrə qoşulmama dövrünü başa vurub. Bununla belə, S.Niinistö vurğulayıb ki, İsveç olmadan ölkənin bloka üzvlüyü tam deyil.
Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan PKK-nı terrorçu elan etmələrini və 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək giriş prosesini əngəlləmişdi.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən regional proseslər müzakirə edilib.
Nazirlər müqəddəs Ramazan ayı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək ayın bütün İslam dünyasına sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.
C.Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb. Feysəl bin Fərhan Al Səudun ölkəmizə ötən ilki səfəri, və cari ilin fevral ayında XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Nazir Feysəl bin Fərhan Al Səud iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək bu kimi təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.
Finlandiyanın sağçı müxalif Milli Koalisiya Partiyası (NCP) bazar günü keçirilən parlament seçkilərində ilkin nəticələrə görə, 20,8% səslə cüzi üstünlük təşkil edir.
Bu barədə yerli KİV-ə məlumat verib.
Finlandiyanın baş naziri Sanna Marinin Sosial Demokrat Partiyası 20,7% səslə ikinci olub. Ondan sonra 18,6 faizlə millətçi “Əsl Finlər” gəlir.
Ədliyyə Nazirliyinin məlumatına görə, səslərin 40,1 faizi hesablanıb.
İranın Ermənistana təyin etdiyi yeni səfir Azərbaycan, Pakistan, Suriya və Ukraynada diplomatik missiya keçib.
Aktualtv.az xəbər verir ki, İranın Ermənistandakı səfirliyi yeni təyin edilən səfirin keçmiş hərbçi olduğunu bildirib. Bu məlumat İran tərəfindən təkzib olunmur. İran onu “veteran” adlandırıb.
İran tərəfi bildirir ki, Ermənistandakı səfirin dəyişdirilməsinin səbəbi diplomatik missiyanın müddəti ilə bağlıdır.