Ardını oxu...
Zelenski Rusiyaya ultimatum göndərib.

Avqustun 7-də Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam müraciəti edib. Prezident müraciətində faktiki olaraq Rusiyaya ultimatum verib.

O bildirib ki, Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil və əgər Rusiya qondarma “referendum”un köməyi ilə cənubda müvəqqəti işğal olunmuş rayonları ilhaq etməyə cəhd etsə, o zaman ölkəmizlə danışıq söhbəti bağlanacaq.

“İşğalçıların zəbt etdikləri dövlətimizin cənubundakı ərazilərdə psevdoreferendumlara hazırlaşdıqları barədə xəbərlər getdikcə artır. Çox sadə bir şeyi demək istəyirəm: işğalçılara bu niyyətini hansısa yolla həyata keçirməyə kömək edəcək hər kəs cavab verəcək. Onlar Ukrayna qarşısında cavab verəcəklər”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, dövlətin bu məsələdə mövqeyi dəyişməyib. Əgər Rusiya qondarma “referendum” keçirmək qərarına gəlsə, o zaman Ukrayna ilə danışıqlar şansını bağlayır.

“Biz heç bir torpağımızdan imtina etməyəcəyik və əgər işğalçılar bu psevdoreferendumları keçirsələr, o zaman Ukrayna artıq onlarla heç bir danışıq aparmayacaq”, – deyə Zelenski əlavə edib.
 

 
 

Ardını oxu...
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya terrorla mübarizə öhdəliklərini yerinə yetirməyənə qədər ölkəsi NATO üzvlüyünü dəstəkləməyəcək.

Bu barədə “Akit TV” telekanalının efirində deyib.

“Onların sözlərinin üstündə durmayınca Türkiyədən (İsveç və Finlandiyaya – red) dəstək məsələsində müsbət qərar gözləmək lazım deyil”, – nazir deyib.

O, həmçinin bildirib ki, rəsmi Ankara hələ də İsveç və Finlandiyadan terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərə cavab almayıb.

Türkiyə hakimiyyəti bundan əvvəl bəyan edib ki, NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun deyil və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, ölkə parlamenti onu təsdiq etməyə bilər.

Qeyd edək ki, razılaşmadan sonra İsveçdə PKK terror qruplaşması tərəfdarlarının aksiyası keçirilib. Bu da yerli hakimiyyət orqanlarının terrorçulara dəstək verdiyini bir daha sübut edib.
 
 
 
Ardını oxu...
Qərb ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında iqtisadi əməkdaşlığın dərinləşməsindən getdikcə daha çox təşvişə düşüblər.

“Report” xəbər verir ki, bu barədə Qərb dövlətlərinin 6 rəsmisi “Financial Times”a açıqlamasınd bildirib.

Ölkə rəsmiləri qeyd ediblər ki, Türkiyə və Rusiya liderlərinin Soçidə dörd saatlıq görüşündən sonra cümə günü ticarət və enerji əməkdaşlığını genişləndirmək vədindən narahatdırlar.

Aİ rəsmilərindən biri 27 üzv olan İttifaqın Türkiyə-Rusiya əməkdaşlığını “daha yaxından” izlədiyini və Türkiyənin Rusiya ilə ticarət platformasına çevrilməsindən narahatlığını ifadə edib.

Xatırladaq ki, Ərdoğan və Putin avqustun 5-də görüşüblər. Məlumata görə, Türkiyə Rusiyadan aldığı təbii qazının pulunu qismən rublla ödəməyə razılıq verib.

Daha sonra Ərdoğan Kremlin rəhbəri Vladimir Putini yenidən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə dəvət etdiyini bildirib. Onun sözlərinə görə, hazırda vacib olan planın effektiv şəkildə həyata keçirilməsi və müsbət ab-havanın İstanbulda danışıqlara qayıtmaq istiqamətində konkret addımlara çevrilməsidir.

Danışıqlardan sonra Türkiyə Prezidenti köməkçisi Faxrettin Altun bildirib ki, dünya Rusiyanı görməzlikdən gəlməklə Ukraynadakı müharibəni bitirə bilməz.
Ardını oxu...
“Areda Survey”in 2023-cü il seçkiləri üçün keçirdiyi son sorğuda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsvermənin ikinci turuna keçəcəyi təqdirdə 4 namizədi (Kamal Kılıçdaroğlu, Maral Akşənər, Əkrəm İmamoğlu, Mənsur Yavaş) xeyli qabaqlayır.

Teleqraf.com xəbər verir ki, Türkiyədə keçirilən son sorğu maraqlı nəticələr ortaya qoyub.

3872 nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Ərdoğan öz rəqiblərini böyük fərqlə geridə qoyur.

“Areda Survey”in ünvanladığı “Bu gün prezident seçkiləri olsa və aşağıdakı namizədlər ikinci tura getsə, hansı namizədə səs verərdiniz” sualının cavabları belədir:

Ərdoğan - Kılıçdaroğlu

İkinci tura Prezident Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kamal Kılıçdaroğlu qalarsa, Ərdoğan 47.9, Kılıçdaroğlu isə 42.4 faiz alır, hər ikisinə səs verməyəcəyini deyənlərin nisbəti isə 9.7-dir.

Ərdoğan - Akşənər

Ərdoğan və İyi partiya sədri Akşənər ikinci tura vəsiqə qazanarsa, Ərdoğan 48.3, Akşənər isə 40 faiz səs toplayır. Hər ikisinə səs verməyəcəyini deyənlərin nisbəti 11.7-dir.

Ərdoğan - Yavaş

Rəcəb Tayyib Ərdoğan və Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş prezident seçkilərinin ikinci turuna qalarsa, Ərdoğan 47.2, Yavaş isə 42.9 faiz səs alır.

Ərdoğan - İmamoğlu

Türkiyə lideri və İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ikinci tura qalarsa, Ərdoğan 47.8, İmamoğlu isə 40.5 faiz səs toplayır.
 
 
 
Ardını oxu...
İlham Əliyev sülhməramlılarını yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələrinin təxribat törətdiyini bildirib

Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AYNA xəbər verir ki, telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib.

Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycan hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyətli bəyanatlar səsləndirilir.

Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib və vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya olunacaq.

Telefon söhbəti əsnasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
 

Ardını oxu...
Dünən SkyNews telekanalında Böyük Britaniyanın Baş naziri vəzifəsinə namizədlər, sabiq maliyyə naziri Rişı Sunak və Liz Trass arasında növbəri teledebat keçirilib.

"AzPolitika.info" Qərb mediasına istinadən xəbər verir ki, studiyada olanların fikrincə, debatda Rişı Sunak qələbə qazanıb, amma buna baxmayaraq ümumi seçki kampaniyası sorğularında Liz Trass böyük fərqlə öndədir.

"The Times" qəzetinin yaydığı məlumata görə, son 5 gün ərzində keçirilən sorğulara əsasən respondentlərin 60%-i Liz Trassı dəstəkləyir, 26%-i Rişı Sunakı, 14%-i isə seçimini müəyyənləşdirməyib. Liz Trassın qələbə ehtimalı 90% kimi qiymətləndirilir.

2 sentyabrda Mühafizəkarlar Partiyasının daxilində seçkilərin son günü olacaq. Sentyabrın 5-də isə yeni Baş nazirin adı açıqlanacaq. Bir gün sonra partiyanın yeni lideri artıq Boris Consonu əvəzləyəcək.
 
 
 
Ardını oxu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Soçi görüşü Qarabağda vəziyyətin gərginləşdiyi ərəfəyə təsadüf edir. Ermənistanın üçtərəfli bəyanatın bəndlərini icra etməməsi Bakının haqlı narazılığına səbəb olub və gərginliyin əsas məsuliyyəti də İrəvanın üzərindədir.

Türkiyə ilə Rusiyanın gündəm müzakirələri zəngin olsa da, Qarabağda vəziyyətin gərginləşməsi səbəbindən liderlərin bu mövzunu gözardı etməsi mümkünsüz görünür. Yada salaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan bir gün sonra Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzalayılar.

Liderlərin digər gündəminə gəlincə, Türkiyənin Suriyada mümkün əməliyyatı və bu ölkədəki son hadisələr, terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi və Ankaranın səyləri ilə yaradılan taxıl dəhlizi məsələlərinə əlavə olaraq, müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq və Akkuyu Atom Elektrik Stansiyası mövzuları müzakirə masasına yatırılacaq. Kritik qlobal problemlərin müzakirə olunacağı görüşdə Əfqanıstan və Liviyadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq. Kremldən verilən açıqlamada iki liderin Soçi görüşündə taxıl dəhlizi ilə bağlı müsbət prosesin daha da inkişaf etdirilməsi və qorunub saxlanılması üçün görüləcək işlərin müzakirə ediləcəyi bildirilib. Türkiyənin təşəbbüsü ilə açılan taxıl dəhlizi çərçivəsində Ukraynanın Odessa limanından yola düşən “Razoni” gəmisi avqustun 3-ü axşam saatlarında İstanbula gəlib. 27 min ton qarğıdalı yüklü gəmi bu gün səhər yoxlamadan sonra Livana yola düşəcək. Ukraynadan verilən açıqlamada, ilkin olaraq hər gün 3 gəmi ilə daşımaların davam edəcəyi deyilib. Qarabağ məsələsi də daxil liderlərin müzakirələri və Rusiya-Türkiyə yaxınlaşmasının regiona təsirləri bundan sonra necə olacaq? TEREF.AZ bildirir ki, YAP-çı deputat Hikmət Babaoğlu tarixi görüş barədə “Yeni Müsavat”a bunları dedi: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü təkcə region dövlətlərinin deyil, bütün dünyanın diqqət mərkəzində olan tarixi bir görüş kimi qiymətləndirilə bilər. Bu görüş uğurlu alınarsa, Tehranda keçirilən üçtərəfli görüşdə əldə edilə bilinməyənlərin də konkret nəticə ilə sonlanmasına gətirib çıxara bilər ki, bu da özlüyündə Rusiya-Türkiyə münasibətlərində yeni bir səhifə açmış olar. Məsələ ondadır ki, hazırda Rusiya-Türkiyə tandemi yeni dünya nizamının gələcək perspektivləri üçün bir çox strateji məsələləri həll edir. Bunlardan ən vacib olanları sıralasaq, birinci yerə Yaxın Şərqin və Şimali Afrikanın, ikinci yerə Balkanların və Şərqi Avropanın, üçüncü yerə isə Cənubi Qafqazın gələcək strateji şəkillənməsi ilə bağlı siyasi tablonu qoya bilərik. Türkiyə və Rusiya yuxarıda təsvir etdiyimiz geostrateji üçbucaqda gələcək yüzillik üçün öz strateji prioritetlərini uzlaşdırmağa çalışırlar. Ancaq bu uzlaşdırma eyni zamanda həm də ciddi rəqabətdir. Ona görə də proses bəlkə bir qədər ləng, ancaq eyni zamanda pozitiv siyasi iqlimdə ardıcıl və dinamik olaraq davam edir. Nəzərə almaq lazımdır ki, bəhs etdiyimiz geostrateji üçbucaqda baş verənləri idarəetmək həm də ABŞ və Qərbin də maraq dairəsindədir. Eyni zamanda hazırda dünyada baş verən bütün siyasi proseslərdə bir Çin müdaxiləsi, ya da Çin faktoru da axtarmaq lazımdır, elə Yaxın Şərqdə də. Göründüyü kimi, iki qətiyyətli və uzaqgörən siyasi lider çox çətin və mürəkkəb məsələləri müzakirə etməli olacaqlar. Türkiyənin birinci istəyi Astana platformasında Menbic və Tel-rıfatla bağlı əldə edilən razılaşmanın yerinə yetirilməsi ilə bağlı olacaq. Çünki İraq sərhədindən, Məlikiyyədən başlamış Menbicə qədər uzanan sərhəd boyu ərazilərdə 30 kilometrlik təhlükəsizlik zolağının yaradılması Türkiyənin birinci prioritetidir. Əks təqdirdə, Hələbi birdəfəlik unutmaq lazım gələcək ki, bu da Türkiyə üçün qəbul edilən deyil. İkinci prioritet üzrə olan məsələlər də kifayət qədər mürəkkəb və çətindir. Ukrayna-Rusiya müharibəsi bitməmiş Balkanlarda Serbiya-Kosovo müharibəsi təhlükəsi var. Mümkün belə müharibə isə hər şeyin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Hər iki liderin bu mövzuda mövqeləri yenidən nəzərdən keçirmək, yaxınlaşdırmaq cəhdlərinin olması mümkündür. Cənubi Qafqaz mövzusuna gəldikdə isə bu platformada hər iki ölkənin maraqları və mövqeləri son dövrlər tarixində heç olmadığı qədər yaxın və aydındır. Görüş ərəfəsində Azərbaycanın güclü hərbi-siyasi gedişi isə Türkiyə-Azərbaycan və Rusiya-Ermənistan dördbucağında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyini bir daha nümayiş etdirmiş və aktuallaşdırmış oldu. Rəsmi olaraq etiraf edilməsə də, üçtərəfli bəyannamənin qeyri-rəsmi dördüncü tərəfi də var və bu, qardaş Türkiyədir. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməyə başlaması da bunun əyani sübutudur. Ona görə də ən qısa zamanda üçtərəfli bəyannamənin bütün şərtləri yerinə yetirilməlidir ki, qardaş Türkiyə və müttəfiqimiz Rusiya daha mürəkkəb mövzular üçün daha çox enerji sərf edə bilsinlər. Bu hər iki ölkənin strateji maraqlarının lehinə ola bilər”.

BAXCP sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli Türkiyə ilə əlaqələrin bu şəkildə olmasının Rusiya üçün həyati əhəmiyyət daşıdığını qeyd etdi: “Türkiyə və Rusiyanın gündəliyində müzakirə olunacaq məsələlərin sayı kifayət qədər genişdir və yalnız Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki vəziyyəti, Suriya, Liviya, yük daşınmaları da daxil olmaqla Ukrayna, müdafiə, enerji və ərzaq təchizatı, eləcə də Akkuyu Atom Stansiyasını əhatə etmir. Bu sıraya İranın bölgə dövlətlərinin maraqlarına uyğun gəlməyən davranışlarını və Nensi Pelosinin Tayvana səfəri kontekstində ABŞ-Çin münasibətlərinin gərginləşməsini, gərginliyin ekskalasiya və dekskalasiya perspektivini, yaranmış vəziyyətin bölgədə həyata keçirilməsi nəzərdə tutulan və Çinin də maraqlarına xidmət edən layihələrə təsirini də əlavə etmək lazımdır. Qeyd etdiyim məsələlərlə bağlı ortaq məxrəcə gəlmə ehtimallarını nəzərdən keçirməzdən öncə Türkiyə ilə Rusiya arasında bundan öncə əldə edilən razılaşmaların nə dərəcədə yerinə yetirildiyinə diqqət yetirmək lazımdır. Təəssüf ki, Rusiyanın hələlik yalnız Ukraynadan taxılın daşınması ilə bağlı razılaşmaya əməl etdiyini söyləmək mümkündür. Türkiyənin də Rusiya ilə imzaladığı anlaşma nəticəsində dolayısı ilə icrasına təminat aldığı 10 noyabr 2020-ci il bəyanatının müddəaları, məlum olduğu kimi, indiyədək yerinə yetirilməyib. Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılması və Laçın dəhlizinə alternativ yolun açılması ilə bağlı öhdəliklər icra olunmayıb. Rusiya Türkiyənin Suriyada ərazi bütövlüyünü və suverenliyini təhdid edən terror qruplaşmalarına qarşı mübarizəsini də bacardığı qədər sabotaj etməyə çalışır və bu məsələdə İranla sinxron hərəkət edir. Liviyada yaranmış hakimiyyət böhranı ilə bağlı məsələdə də Moskvanın mövqeyi aydın deyil. Liviya parlamentinin nümayəndələr palatasının sədri Aqil Salehin Ankaraya səfərindən sonra da bu ölkədə yaranmış böhranın aradan qaldırılması ilə bağlı rəsmi Moskvanın mövqeyi aydın deyil. Baxmayaraq ki, səlahiyyət müddəti başa çatmış Abdulla əl Lafinin gedişində və Fəthi Başaqinin vəzifələrinin icrasına başlamasında həm Ankara, həm də Moskva maraqlı görünür. İranla bağlı məsələlərdə də Kremlin siyasətində ənənəvi riyakarlıq motivləri nəzərə çarpır. Moskva nəinki Zəngəzur dəhlizi məsələsində aşırı geosiyasi hikkə nümayiş etdirən Tehrana təzyiq göstərmir, əksinə, İrandan Türkiyənin regiona təsir imkanlarının azaldılmasında istifadə etməyə çalışır. Amma bütün bunlarla yanaşı, hazırda Türkiyə ilə münasibətlərin, ən azı indiki səviyyədə qorunub saxlanılması Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, Soçi görüşündə Türkiyə və Rusiya liderlərinin bir neçə məsələdə, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərindəki vəziyyət, Ukraynadan yükdaşınmaların davam etdirilməsi, müdafiə sənayesi, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı uzlaşmaya nail ola biləcəkləri ehtimalı var. Çünki qeyd etdiyim məsələlərin heç biri Rusiya üçün geostrateji önəm daşımır”.
 
 
 
Ardını oxu...
ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşə bilər.

Bu barədə Ağ Ev rəsmisi Con Kirbi məlumat verib.

O, görüşün Kambocada baş tuta biləcəyini vurğulayıb. “Blinkenin Lavrovla söhbət etmək imkanı olarsa, bunu edəcək” ,- deyə Kirbi bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Ukraynadakı müharibənin başlamasından sonra ilk dəfə Blinken və Lavrov telefon danışığı aparıb.
 
Ardını oxu...
Pakistan Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı Çinin mövqeyini dəstəklədiyini bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bilirilir ki, ölkə Vahid Çin siyasətini, suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir.

Dünyapress TV

Xəbər lenti