Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə o, “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, bu danışıq Türkiyənin təşəbbüsü ilə baş tutacaq və o rusiyalı həmkarı ilə Ukraynadakı son vəziyyəti, xüsusən də Ukrayna regionlarında baş tutan “referendum”ları müzakirə edəcək:

“Mən sülh mövzüsünda ümidsiz deyiləm. Dərhal belə nəticə əldə edəcəyimizi söyləmək xəyal olardı. 4 şəhərdə keçirilən referendum hadisəsi bəla gətirir. Kaş belə bir referendum keçirilməyəydi. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik. Cənab Putinə “Krımda yoldaşlarımız var, atdığınız addım düzgün deyil” dedik, amma alınmadı. Cənab Zelenski də 4 regionda referendumla bağlı dəstəyimizi istəyir. Dostlarım əlaqə saxlayacaq və mən sabah Putinlə bu məsələləri ətraflı müzakirə etmək istərdim”,- deyə Ərdoğan bildirib.
 
Ardını oxu...
"Ukrayna ərazilərində keçirilən referendum diplomatik səyləri çətinləşdirir".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk"ə müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, nüvə müharibəsi fəlakətə gətirib çıxara bilər:

"Bu haqda danışmağı ağlına belə gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı. Ukraynanın bəzi işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üçün keçirilən referendum, hətta Rusiyanın səfərbərlik qərarı da narahatlıq doğurur. Bu, sabitliyi çətinləşdirir. Cənab Putin, əgər ağlına nəyisə qoyursa, elə də edir".

Türkiyə lideri sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da əlavə edib.
 
       
Ardını oxu...
Xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm, revizionist siyasətiniz uğursuz olacaq".

Teref.az konkret.az-aistinadən xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ermənistana səfər edib. Nikos Dendias erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

O, Azərbaycan-Ermənistan münaqişəsində İrəvanı dəstəkləyib.

"Mən xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm. Mesajım budur ki, revizionist siyasət uğursuz olacaq", - Dendias deyib.

Dendias bu bəyanatı ilə Azərbaycana meydan oxuyub və Ermənistana dəstək mesajı verib.

O, İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri A.Mirzoyan və XİN S.Papikyanın iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşüb.

Dendias sosial mediada verdiyi açıqlamada "Yunanıstanın Ermənistanla tam həmrəy olduğunu vurğuladım", - deyib.
Ardını oxu...
 
Ardını oxu...
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə təxirə salındı
Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkədə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olur və qanun layihəsi üzərində iş davam edir.

Həmçinin, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.
 
Ardını oxu...
Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdə Ermənistanın Azərbaycan dövlət sərhədində törətdiyi son hərbi təxribatlarla bağlı, eləcə də dialoqun bərpasına, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına dair fikirlər səsləndirilib.
 

Ardını oxu...
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalla görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Bu barədə “Report”a Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələsi müzakirə olunub.
 
 
 
Ardını oxu...
Tehranla danışıqlar lazım gəldikdə İrana qarşı istifadə oluna biləcək hərbi potensialı nümayiş etdirməklə aparılmalıdır.

Bunu İsrailin baş naziri Yair Lapid deyib.

“2015-ci ildə ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək məqsədilə İrana təzyiq etmək üçün ABŞ-ın hazırladığı anti-bunker bombaları haqqında məlumatları açıqladı. İranlılar həmişə böyük güc qarşısında geri çəkilirlər”, – baş nazir bildirib.

O vurğulayıb ki, gündəmdə məqbul hərbi həll olarsa, İranla Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) daha yaxşı razılığa nail olmaq mümkündür.

“Mən sadə bir şey demək istəyirəm: İsrailin hətta ABŞ-ın belə bəzən qorxduğu imkanları var. İsrail müharibəni alovlandıran deyil. Biz müharibə istəmirik. Axı bizim İranla heç bir tarixi münaqişəmiz yoxdur. Amma hər kəsə aydın olmalıdır ki, İsrail İranın nüvə gücünə çevrilməsinə imkan verməyəcək”, – Lapid bəyan edib./oxu.az

 
Ardını oxu...
İran Böyük Britaniyaya nota verib.

Böyük Britaniyanın Tehrandakı səfiri Simon Shercliffe İran xarici işlər Nazirliyinə çağırılıb.

Britaniyanın fars dilli kanallarında İranla bağlı mövqe ilə əlaqədar səfirə etiraz notası təqdim olunub.
 
Ardını oxu...
Asiya ilə əlaqələrimizdə paradiqmatik dəyişikliklər var.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın müsahibəsində deyib.

“Türkiyənin Avropa Birliyinə (AB) üzvlüklə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda, AB-nin fəsilləri açmaması uzaqlaşdırmaq təəssüratı yaradır. Biz AB-nin üzvlük prosesinin davam etməsini istəyirik. Türkiyə AB üzvü olmasa da, Avropa ölkələri ilə ticarətini davam etdirir və etdirəcək. AB-nin konstruktiv mövqedə olması gərəkdir. Biz ikili standartlarda qalmaq istəmirik. AB üzvlüyü Türkiyənin strateji seçimidir”, - deyə Kalın bildirib.
 
Ardını oxu...
ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı açıqlamalarına çox ciddi yanaşır, lakin öz nüvə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına ehtiyac görmür.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Biz, əlbəttə ki, bu təhdidləri çox ciddi qəbul edirik. Lakin hazırda öz nüvə hazırlığı səviyyəmizi dəyişmək üçün heç bir səbəb görmürük", - sözçü bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ərazi bütövlüyünə təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə ediləcəyini söyləmişdi.
 

Dünyapress TV

Xəbər lenti