BMT Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyası çağırılıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak deyib.
Sözçü bildirib ki, xüsusi sessiyanın bərpası fevralın 10-da Albaniya, Avstraliya, Kanada, Qvatemala, Yaponiya, Moldova, Koreya, Türkiyə, Ukrayna, Böyük Britaniya daimi nümayəndələrinin müraciətindən sonra baş verib.
P.Kubiak deyib ki, fövqəladə xüsusi sessiya fevralın 22-də baş tutacaq.