Almaniya Kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib.
Bu barədə Almaniya Kanslerinin Ofisi məlumat yayıb.
Bildirlib ki, Olaf Şolts Türkiyə Respublikasının yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün telefonla danışıb və onu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.
"Kansler Almaniya ilə Türkiyə arasında sıx əlaqələri, NATO-da ortaq müttəfiqliyi vurğulayıb. Tərəflər hökumətlər arasında əməkdaşlığa gücləndirmək və ümumi prioritetlər barədə razılığa gəliblər. Digər məsələlərlə yanaşı, onlar Şərqi Aralıq dənizində vəziyyətin müsbət istiqamətində dəyişməsini, NATO-da qəbul edilən qərarlar və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri üzərində birgə işləmək istədiklərini bəyan ediblər. Bu məqsədlə federal kansler yenidən seçilən prezidenti Berlinə səfərə dəvət edib", - deyə Almaniya Kanslerinin Ofisindən bildirilib.