Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran 2023-ci il üçün qara kürünün ixrac kvotasının müəyyən olunmaması barədə qərar qəbul edib.
"Report"un Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 6-cı iclasında qəbul edilib.
Xatırladaq ki, 1992-ci ildə Xəzər dənizinin su bioloji ehtiyatları üzrə qurumlararası komissiya işə başlayıb, 2014-cü ildə isə Həştərxanda "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” saziş imzalanıb. Komissiya "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 29 sentyabr 2014-cü il tarixli sazişin həyata keçirilməsi məqsədilə yaradılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.
“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.
Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib.
Türkiyə Prezidenti ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini vurğulayıb. O, 2023-cü ildə Aralıq dənizində daha iki kəşfiyyat-axtarış işləri aparılacağını elan edib.
Dərman “biznesinin” daha bir fırıldağı ortaya çıxıb.
Belə ki, dərman biznesi ilə məşğul olan sahibkarlar süni qiymət artımı yaratmaq üçün dərman preparatlarını istehsalçı ölkədən birbaşa ölkəmizə idxal etməyərək öncə ofşor zona olan 3-cü ölkəyə daşıyırlar.
Teref.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu iddia ilə tanınmış həkim-radioloq Aydın Əliyev çıxış edib. Onun sözlərinə görə sahibkar əgər istehsalçıdan dərmanı 1 dollara alıbsa, ofşor zonada onu məsələn, 5 dollara rəsmiləşdirir və ölkəmizə giriş zamanı sənədlərdə 5 dollara aldığı göstərilir, avtomatik olaraq digər xərcləri də üzərinə gələndə o dərman vasitəsinin bizdə pərakəndə satışı ən azı 10 dollara yüksəlir. Halbuki birbaşa gətirilsə, qat-qat ucuz olar. Həkim dərman biznesmenlərinin bu addımını sərt tənqid edib. Son zamanlar ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb. Ölkədə xəstələrin müalicəsi üçün lazım olan dərman preparatlarının çatışmazlığı var. Həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaranıb. Həmçinin gün keçdikcə dərmanların qiymətində bahalaşma müşahidə edilir. Bu il ərizndə dərmanların qiyməti bir neçə də artıb. Üstəlik əlçatan pereparatlar apteklərdən yoxa çıxır. Azərbaycanda dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək Tarif Şurası ilə Səhiyyə Nazirliyi isə hələki susqunluq nümayiş etdirir.Qeyd edək ki, əksər dərman preparatlarının idxalı həm rüsumlardan, həm də idxaldan cəlb edilən ƏDV də daxil bütün vergilərdən azaddır.
Yeni il qabağı bir sıra kənd təsərrüfatı məhsulları bahalaşıb. Artım kənd yumurtasının qiymətində daha çox müşahidə olunur.
Teref.az Baku TV-ə istinadən xəbər verir ki, əməkdaşımız Quba bazarında kənd yumurtasının hazırkı qiyməti ilə maraqlanıb.
Bazarda həm alıcılar, həm də satıcılar qiymətlərin günü-gündən qalxdığını bildiriblər. “Əvvəl yumurtanı 15 qəpiyə satırdıq. İndi yumurta çörək qiymətinə olub, ceyran belinə çıxıb, tutmaq olmur”, – deyə satıcılardan biri qeyd edib. Alıcılar yumurtanın qiymətinin qalxmasını yem tədarükünün bahalaşması ilə əlaqələndirirlər. Qeyd edək ki, Quba ilə yanaşı, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarında da vəziyyət oxşardır. Daha ətraflı Baku TV-nin süjetində:
32gun.az Moskva birjasının məlumatına istinadən xəbər verir ki, dekabrın 22-də dollar 3%, avro isə 4% ucuzlaşıb.
Səhər saatlarında Moskva birjasında dolların məzənnəsi aprel ayından bəri ilk dəfə olaraq 71 rublu keçib. Günün ikinci yarısına olan məlumata görə isə dolların məzənnəsi 72,37 rubla qədər qalxıb. Avro isə aprel ayından bəri ilk dəfə 76 rubl, daha sonra isə 77 rubla qədər yüksəlib.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.
Mülki Aviasiya Komitəsi tərəfindən Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan təyyarələri üçün öz hava məkanını bağlamağı planlaşdırıb-planlaşdırmadığına da münasibət bildirilib. Qeyd olunub ki, bütün beynəlxalq uçuşlar əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.
Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsi proseduru sadələşdirilir.
Bundan sonra proses sadə və ədalətli meyarlara uyğun aparılacaq və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqləndiriləcək.
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov AZTV-yə bildirib ki, sahibkar öz məhsulunu Azərbaycana gətirən zaman gömrük dəyərinin hesablanması və elan edilməsi ən çoxu 24 saat ərzində baş tutacaq.
Argentina milli bankının nümayəndələri əskinaslarda milli komandanın kapitanı Lionel Messinin şəklini çəkmək üçün variantları nəzərdən keçirirlər.
"Unikal" xəbər verir ki, bu barədə El Financiero məlumat yayıb .
Mənbənin sözlərinə görə, bu yolla Argentinada millinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatındakı qələbəsini əbədiləşdirmək istəyirlər. Ehtimal olunur ki, Messi obrazı 1000 pesoya tətbiq olunacaq. Bu, əskinasın nominalının Messinin nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır. Arxa tərəfdə Argentina millisinin baş məşqçisi Lionel Skaloni ləqəbi olan "La Scaloneta" yazısının qoyulması planlaşdırılır.
Xatırladaq ki, Argentina dünya çempionatının finalında Fransa yığmasını məğlub edib.
Argentina millisi üçün mundialdakı bu qələbə tarixdə üçüncü olub. Bundan əvvəl argentinalılar 1978 və 1986-cı illərdə kuboku başlarının üstündə qaldırmışdılar.
“Builki mövsümdə 15 hektarda taxıl əkmişdik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun əməkdaşları dedilər ki, taxılı sığorta etməyən fermerlər subsidiya almayacaqlar. Biz də məcbur qalıb məhsulu sığorta etdirdik. Qəbz olsa da, sığorta müqaviləsi təqdim edilmədi. Fırtına oldu, məhsul yığa bilmədik, indi də sığorta ödənişdən imtina edir”.
DİA.AZ bildirir ki, bunu Meydan TV-yə Qobustan rayonu, Ərəbşahverdi kəndində yaşayan fermer Becan Lətifov deyib. Fermerin sözlərinə görə, hər il taxıl əkini ilə dolanıblar, dövlət tərəfindən subsidiya ödənilib. Bu ildən yeni qayda yaradılıb.
“Martın axırı, aprelin əvvəlində güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu apardı, sahə pis günə düşdü. Tək mənim sahəm deyil, ərazidəki digər sahələrdə də məhsul zay oldu. Aqrar Sığorta Fondunun komissiyası aprelin əvvəlində sahələrə baxış keçirdi və məhsulun fırtınadan məhv olduğunu aktlaşdırdı”, – fermer deyib.
Becan Lətifovun sözlərinə görə, ikici dəfə mayda komissiya gəlib, sahələrə baxış keçirilib və yenidən akt tərtib olunub. İkinci komissiya hesab edib ki, 15 hektar sahənin yalnız 2 hektarı fırtınadan zərər görüb, 13 hektar quraqlıqdan məhsul verməyib:
“Halbuki bu mümkün deyil ki, açıq ərazidə fırtına sahənin yalnız bir tərəfini tutsun. Biz 2 hektar üçün ödəniləcək sığortadan imtina etdik. Qonşu sahələrin sahibləri də şahiddirlər, sahəyə biçilməsi üçün kombayn salmadıq. Çünki əhəmiyyətsiz idi, məhsul tamamilə məhv olmuşdu. Bunu komissiya da gördü. Prokurorluğa şikayət edənlərin sığortası dərhal ödənildi, mənə isə məhkəməyə müraciət etməyimi məsləhət görürlər. Bu fermerlər arasında ayrı-sekçilikdir”.
Fermer deyir ki, birinci aktın dəyişdirilməsi saxtakarlıq olub. Buna görə də məsələnin araşdırılması üçün kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edib. Lakin hələ müraciətinə cavab verilməyib. Kənd Təsərrüfatı Nazirliyindən Meydan TV-yə bildiriblər ki, fermer Aqrar Sığorta Fondunun 1651 Çarğı Mərkəzinə zəng vurub məlumat ala bilər.
“Quraqlığa görə sığorta ödənişi edilmir, müqavilədə sığorta hadisələrinin siyahısı dəqiq verilib”, – nazirlikdən əlavə ediblər.
Aqrar Sığorta Fondunun açıqlamasında isə deyilir ki, Qobustan rayonunda 6400 hektar əkin sahəsi sığorta edilib, bunun bir hissəsi qasırğadan zərər çəkib. Ümumilikdə 400 hektar əkin sahəsi qasırğadan zərər çəkib. İlkin qiymətləndirmələrə görə, hadisə nəticəsində fermerlərə dəyən zərərin məbləği 400 min manat ətrafındadır.
ABŞ Dünya Bankı vasitəsilə Ukraynaya 2 milyard dollar ayırıb. Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu yardım Ukraynanın dövlət büdcəsini dəstəkləmək üçün ayrılıb. "Bu, ABŞ-ın Ukrayanaya ayırdığı 4,5 milyard dollar həcmində qrantın ikinci tranşıdır", - deyə məlumatda qeyd edilib.