Ardını oxu...
“Bu il dünya iqtisadiyyatının əksəriyyəti üçün çətin olacaq, Avropa İttifaqı ölkələrinin yarısı Ukrayna münaqişəsi səbəbindən tənəzzülə doğru gedəcək”. “Report”un məlumatına görə, bunu “CBS” telekanalına müsahibəsində Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva deyib.

Ondan BVF-nin “qarışıqlıq ili” olacağını proqnozlaşdıran son hesabatlarından birini şərh etməsi istənilib. Kristalina Georgiyeva deyib: “Bunu 2023-cü ildə görəcəyik. Dünya iqtisadiyyatının çox hissəsi üçün bu, geridə qoyduğumuz ildən daha çətin, daha çətin il olacaq. Niyə? Çünki ABŞ, Aİ və Çinin iqtisadiyyatının artım templəri yavaşlayır”.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatdan çox ciddi zərər çəkiblər: “Gələn il Avropa İttifaqının yarısı tənəzzülə uğrayacaq”.

Kristalina Georgiyeva əlavə edib ki, Avropa hökumətləri çətin şəraitdə mükəmməl işləyir: “Xeyr, onlar dağılmayacaq. Və başqa bir diqqətəlayiq hal odur ki, dünya əslində bir il əvvəl düşündüyümüzdən daha möhkəm olub. Biz Avropada baş verən enerji şoklarına reaksiyanı izləyirik və Avropa qətiyyətlə Rusiyadan müstəqilliyə doğru irəliləyir. Bəli, sərt qış olacaq, bəlkə də növbəti qış daha da çətin olacaq, amma qarşıdan Rusiyadan asılılıqdan azad olmaq gəlir”.
 
Ardını oxu...
2022-ci il dünyada olduğu kimi, Azərbaycanda da bahalaşma və infliyasiya ilə yadda qaldı.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı Rəşad Həsənov ilin iqtisadi yekunları barədə danışarkən deyib.
Onun sözlərinə görə, 2022-ci il dünya və Azərbaycan iqtisadiyyatında mühüm hadisələrlə yadda qaldı:
"Pandemiyadan sonra sürətli bərpa prosesinin müşahidə olunması ehtimalı yüksək idi. Lakin təəssüf ki, Rusiya-Ukrayna konflikti iqtisadi tempi zəiflətdi. Azərbaycan istisadiyyatı da bundan təsirləndi".
R. Həsənov bildirib ki, enerji qiymətlərinin bahalaşması ölkənin son 4-5 ildə müşahidə etmədiyi böyük resurs gəlirlərinin axınını təmin etdi:
"Bu eyni zamanda imkan yaratdı ki, manatın məzənnəsi sabit saxlanılsın. Sabit məzənnə qismən də olsa, xaricdən yaranan qiymət artımını zəiflədir. İkinci müsbət hadisə isə gözlənilənlərin əksinə olaraq, Rusiyadan Azərbaycana pul baratlarının artmasıdır. Hesablamalara görə, bu istiqamətdə azalmalar qeydə alınmalı idi. Amma Azərbaycana Rusiyadan daxil olan vəsait 6 dəfəyə yaxın artıb. Bu, Azərbaycanın qeyri-neft məhsullarının ixracından gələn gəlirinə bərabər bir rəqəmdir. Amma eyni zamanda təbii ki, bunun orta və uzun müddətli dövrdə mənfi təsirləri ilə müşahidə olunacaq.
Bununla belə, 2022-ilin əvvəlində açıqlanan sosial paketlər, yəni əmək haqlarının, təqaüdlərin, sosial müvainətlərin artması infliyasiyanın qurbanına çevrildi. 2022-ci ildə Azərbaycan hökuməti də bu istiqamətdə heç bir iş görmədi. Sadəcə əhalinin bəxti gətirdi ki, manatın məzənnəsi sabit saxlanıldı".
R.Həsənovun fikrincə, gələn il iqtisadiyyatda artım olacaq:
"İqtisadiyyat böyüyəcək. Ancaq quru sərhədləri açılmasa, turizm sektorunun tam bərpası ehtimalı çox aşağıdır. Sərhəd bölgələrində ailə təsərrüfatlarının yoxsullaşması prosesi daha da dərinləşəcək.
Hər hansı bir kəskin dəyişiklik baş verməsə, 2023-cü ildə manatın məzənnəsi sabit qalacaq. Eyni zamanda hökumət büdcə prosesində ortaya qoyduğu mövqeni davam etdirəcəksə, 2023-cü ildə böyük bir sosial dəstək paketləri gəlməyəcək. Çünki bu istiqamətdə sənədlərdə hər hansı mesaj yoxdur. Neftin qiyməti hökumətin büdcədə nəzərdə tutduğunun üzərində olacaqdır. Bu da büdcə kəsrinin olmamasına imkan yaradacaq. İşğaldan azad olunmuş ərazilərlə bağlı hələlik sülh sazişi gözlənilmədiyi üçün, böyük xarici infestisiyaların və yerli infestisiyarın axını çox aşağıdır. Növbəti ildə bura yalnız dövlət xərcləmələri yönələcək. Bunlar infrastruktur layihələrin icrasına sərf olunacaq. Məşğulluqla bağlı böyük bir dəyişiklik baş verməyəcək. Əmək bazarında ciddi bir tələbin formalaşmasını da gözləmirəm. Təxminən 2022-cilin ilin tempi 2023-cü ildə də özünü göstərəcək. Təəssüf ki, inflyasiya artıq xroniki xarakter alıbr. 2023-cü ildə də infliyasinanın davam etməsi istiqamətində proseslər müşahidə olunacaq".
 
 
 
Ardını oxu...
Ukraynaya hərbi müdaxilə başlayandan zəngin rusiyalılar azı 93 milyard dollar itiriblər.

Gununsesi.info xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

Agentliyin hesablamasına görə, fevralın 24-də – müharibə başlanan gün Rusiyanın ən zənginləri 46.6 milyard dollardan məhrum olublar.

Sonrakı aylar Qərbin ağır sanksiyaları isə onların daha 47 milyard dollar itirməsinə səbəb olub.

Noyabrın əvvəlində zəngin rusiyalıların itkiləri 83 milyard dollar olub. Bu məlumatlar “Bloomberg Billionaires Index”ində, dünyanın 500 zənginin aktivlərinin dəyərləndirməsində yer alıb. Həmin indeksə 25 rusiyalı daxildir.

Ən böyük itkini “Novatek”in sahibləri, Prezident Vladimir Putinə yaxın sahibkarlar Gennadi Timçenko və Leonid Mixelson verib – hər biri 8 milyard dollardan artıq vəsait itirib.

Faiz göstəricisilə itkilər üzrə lider “Renova” şirkət qrupunun direktorlar şurasının sədri Viktor Vekselberqdir. Onun varidatı 60%-dən çox azalaraq 11.2 milyard dollara düşüb. Roman Abrampoviç də sərvətinin demək olar yarısını itirib: 18 milyarddan 9.7 milyarda düşüb.

Ukraynanın ən zəngin biznesmenlərinin cəmi varidatı isə fevraldan bəri 20 milyard dollardan çox azalıb – 40 milyarddan 22.5 milyard dollara düşüb. Bunu Ukraynanın “Forbes” jurnalı hesablayıb.

“Bloomberg” qeyd edir ki. milyarderlərin aktivlərinin azalması ümumi tendensiyadır. Buna inflyasiyanın artımı, mərkəzi bankların siyasətlərini sərtləşdirməsi, Rusiyanın Ukraynaya qarşı müharibəsi və sanksiyalar səbəb olur. Bir il ərzində dünyanın ən zənginlərinin siyahısından ilk 500 biznesmen təxminən bir trilyon 400 milyard dollar itirib.
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, aşağıdakı məzmunda 35.4-1-ci maddə əlavə edilib:
“Banklar apardıqları valyuta əməliyyatları barədə məlumatları “Valyuta tənzimi haqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər”.
Dəyişikliklə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13-4.2-1-ci maddə əlavə edilib:
“Milli operator apardığı valyuta əməliyyatları barədə məlumatı “Valyuta tənzimi haqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edir”.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 439-1-ci maddə əlavə edilib:
“Valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması
Valyuta nəzarəti agentləri tərəfindən apardıqları valyuta əməliyyatları barədə məlumatların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir”.
 
Ardını oxu...
Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.

Teref.az xəbər verir ki, baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edib.

Bundan başqa, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat olan aksiz dərəcəsinə güzəşt tətbiq edilib və 2023-cü il dekabrın 31-dək 1 manat müəyyənləşdirilib. Bu qərar həmçinin reaktiv mühərriklər üçün digər yanacaq növlərinə də şamil edilib.
 
Ardını oxu...
Sabiq deputat Hacı Salayevə məxsus “Trust-S.S.” MMC-nin (VÖEN – 1300271661) dövlət büdcəsinə böyük həcmdə – 465 min 651 manat 30 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, “Trust-S.S.” MMC 29.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Yasamal rayonu, Şəhriyar, ev 51, mərtəbə 6, m. 2”də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.
Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan “Trust-S.S.” MMC-yə daha əvvəl Hacı Salayevin özü rəhbərlik edib. Hacı Salayev deputat olmazdan əvvəl SOCAR prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində də çalışıb.

2010 və 2015-ci illərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat seçilən Hacı Saleyev eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı “Az Kommunal Servis” ASC-nin (VÖEN – 1401752761) İdarə heyətinin sədri olub.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Hacı Salayevin qardaşı – general-mayor Baba Salayev FHN Akademiyasınn rəisidir.
 
Ardını oxu...
"Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulub.

TEREF.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Əhəd Əsgərovun ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılaraq, onun ölkədən çıxışına "stop” qoyulub.

Əldə etdiyimiz digər məlumata görə, iş adamının təsisçisi olduğu "Stentor" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 23 min 752 manat 6 qəpik borcunu ödəsə də, yerli və xarici şirkətlərə olan milyonlara manat borcu aylardır ödəyə bilmir.
Ətraflı

Son bir ildə 82 filialından 39-u bağlanan "Optimal Elektronika” MMC-nin aylardır işçiləri də maaşların ala bilmir. Əməkdaşların 70 faizi işdən çıxsa da, bir neçəsi əmək haqqlarının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Bəzi işçilər isə məcburi qaydada öz hesablarına məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı "Optimal Elektronika” MMC-yə müraciət etdik. Şirkətdən məhkəmə işlərinin olduğu təsdiqlənsə də, sorğumuza daha ətraflı yaxın vaxtlarda cavab verəcəklərini bildirdilər.
 
Ardını oxu...
Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanıb.

Bu barədə iqtisadiyyyat naziri Mikayıl Cabbarov məlumat verib.

O bildirib ki, konvensiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək.
Ardını oxu...
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar effektlidir və əminəm ki, onların fəaliyyəti zamanla daha effektli olacaq.

Bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

“Hərbi dəstək, beynəlxalq təzyiq və dilpomatik səylərlə birlikdə sanksiyalar öz bəhrəsini verir. Və nə qədər çox vaxt keçsə, onlar Kreml rəhbərliyi və Rusiya iqtisadiyyatı üçün bir o qədər ağrılı olacaqlar”, – Borrell bildirib.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub. "Report" xəbər verir ki, bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb.

Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.

Prezident, həmçinin müqavilədə qiymət həddi mexanizmindən istifadə ediləcəyi təqdirdə neftin xarici alıcılara tədarükünü qadağan edib.

Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Putinin xüsusi qərarı əsasında mümkün olacaq.

Dünyapress TV

Xəbər lenti