Ardını oxu...
Rəfail Becanov: “Bu vəsaitlər medianın inkişafına təsir etmək üçün nəzərdə tutulmur...”

Dünyanın bir çox ölkəsinin hakimiyyətinə qarşı yönəlmiş inqilabların, toqquşmaların və iğtişaşların sponsoru kimi tanınan amerikalı milyarder Corc Soros bütün dünyada 253 media orqanına rüşvət verməkdə şübhəli bilinir. Araşdırmaya Washington Post, Bloomberg, CNN, NBC, CBS və NPR kimi nüfuzlu media orqanları daxildir.

Qeyd edildiyi kimi, məlum olub ki, milyarder bu illər ərzində hadisələrin istədiyi kimi işıqlandırılması üçün 2016-2020-ci illər ərzində 54 nüfuzlu media xadiminə ümumilikdə 131 milyon dollar ödəyib.

Ödənişlər Corc Soros tərəfindən maliyyələşdirilən qruplar vasitəsilə həyata keçirilib:

"Milyarder Corc Sorosun abort, marksist iqtisadiyyat, antiamerikanizm, polisin maliyyələşdirilməsinin dayandırılması, ətraf mühitin ekstremizmi və LGBT təəssübkeşliyi ilə bağlı radikal "açıq cəmiyyət" gündəmini yaymaq üçün öz təşkilatlarına sərmayə qoyduğu 32 milyard dollardan çox vəsait dividend ödəyib".

Qeyd edildiyi kimi, bir çox media xadimləri Sorosun dəstəklədiyi qruplardan 2,7 milyon dollar alan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) vasitəsilə Sorosla əlaqələndirilir.

Böyük media quruluşlarına verilən pulun miqdarını hesabladıqda, hər bur redaksiyaya 40 min dollar pul düşür ki, bu da az məbləğ sayılmır. Bunu etməklə Sorosun əsas hədəfi nə olub?

Bununla bağlı “Cümhuriyət” qəzeti və Cəbhə.info Xəbər Portalının rəhbəri Rəfail Becanov “Bakı-Xəbər”ə bildirib ki, nəzərdə tutulan yardımlar, ayrılan vəsaitlər açıq cəmiyyətlərin formalaşmasına, demokratik dəyərlərin möhkəmlənməsinə xidmət edəcəksə, təbii ki, bu, alqışlanmalı məsələdir: “Amma bu şəxsi maraqlara, hansısa bir fərdin öz dünyagörüşünə, yaxud onun təmsil etdiyi cəmiyyətin, dövlətin dünya görüşünə xidmət edirsə, bu, yolverilməzdir. Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutu adına görə çox maraqlı qurumdur. Ona görə ki, onun adında görünən məqsədlər maraqlıdır. Dünyada açıq cəmiyyətin formalaşmasına, demokratik təsisatların möhkəmlənməsinə xidmət edir. Amma bu, onun zahiri tərəfidir. Daxili tərəfini isə araşdıranda görürük ki, Sorosun maraqlarına, onun təmsil etdiyi cameənin maraqlarına xidmət edən bir fəaliyyətdir. O cümlədən, mediaya ayrılan vəsaitlərin də təyinatı bu qəbildəndir.

Dünyada mediaya bu qədər vəsait ayrılırsa, bu, medianın inkişafına hər hansı bir təsir etmirsə, yenə də həmin medialar müvafiq qurumlardan, o cümlədən Sorosun təmsil etdiyi belə institutlardan, fondlardan asılı olursa, nəticə etibarı ilə heç nə dəyişməmiş olur. Bu məlumatla mən də tanış olmuşam. 253 media orqanına müxtəlif vəsaitlər ödənib. Bunun içində xeyli sayda dünyada tanınmış media orqanı var. Hesab edirik ki, bu media orqanları hər zaman təmsil etdikləri dövlətin, təmsil etdikləri dünyagörüşün, fondların və vəsait aldıqları dairələrin maraqlanrından çıxış edirlər.

Digər tərəfdən, 54 nüfuzlu media xadiminə 131 milyon dollar vəsait ödənməsi faktı da var. Bu 54 nüfuzlu media xadimi kimlərdir? Onlar dünyada medianın inkişafı üçün hansı işləri görüblər? Bunun özü məlum deyil. Amma Sorosun maliyyələşdirdiyi müxtəlif maraq qrupları yerli milli mentalitetlərin əleyhinə olan fəaliyyət növləridir. Məsələn, onların əsas xətlərindən biri LGBT təəssübkeşliyidir. Bu, dünyada çox az və nadir cəmiyyətlərə xas xüsusiyyətlərdir. Bunu bütün dünyaya yaymaq üçün bu qədər vəsaitlərlə cəmiyyətlərin milli mentalitetlərinə müdaxilə etmək istəyirlər. Bununla da öz nəzarətlərini təmin etməyə çalışırlar.

Hesab edirəm ki, bu vəsaitlər medianın inkişafına təsir etmək üçün nəzərdə tutulmur. Medianı idarə etmək, medianın vasitəsi ilə cəmiyyəti idarə etmək üçün yaratdıqları bir mexanizmdir. Əgər bunların maraqları doğrudan da azad söz, azad media qurluşlarının güclənməsi olarsa, fəaliyyətlərə müdaxilə etmək yolverilməzdir. Amma bu zaman biz başqa şeylərin şahidi ola bilərik. Harada onların barmaqları varsa, orada bir müdaxilə var”.

Media rəhbərinin sözlərinə görə, onlar öz maraqlarına uyğun informasiyanı dünyaya elə sırıyırlar ki, hər kəs inanır: “Amma üstündən illər keçəndən sonra məlum olur ki, informasiyanın bu formalarla cəmiyyətlərə ötürülməsi həmin maraq qruplarının, Soros kimi adamların təmsil etdiyi dünyagörüşün maraqlarına uyğun hazırlanıb.

Hesab edirəm ki, Azərbaycanda media orqanları artıq oturuşmuş orqanlardır, bizim milli və dövlət maraqlarlarımızın tələb etdiyi formada fəaliyyət göstərirlər. Xarici təsirlər fonunda maraqlarımızın əleyhinə fəaliyyət mümkün deyil. Çünki bizim üçün önəmli milli maraqlarımızdır. Ola bilsin ki, ayrı-ayrı fərdlər, yaxud qruplar bu prosesdə iştirakçısı, Sorosun düşüncə, maraq dairəsinin təmsilçiləridir. Amma onlar da Azərbaycan cəmiyyətinə böyük təsir elementləri yarada bilməzlər. Bu baxımdan bəzi media orqanlarının, media fəaliyyəti göstərən hər hansı bir şəxsin bu vəsaitlərdən faydalanması ilə nələrsə edə biləcəyi mənə inandırıcı gəlmir. Sadəcə olaraq vəsaiti alır, o vəsaitin müqabilində də vəsait aldığı maraq qrupuna xidmət edir. Ona görə də bu tendensiyanın Azərbaycanda cəmiyyət tərəfindən qəbul edildiyinə inanmıram. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti xarici maraq qruplarından vəsait alan, onların maraqlarını Azərbaycanda reallaşdırmaq istəyən istənilən qruplara qarşı radikal mövqedədir. Onların tamamilə əleyhinədir və onları dəstəkləmir”.

Cebhe.info
 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən banklar 2022-ci il üçün maliyyə hesabatlarını açıqlayır.

Teref.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu günə kimi maliyyə hesabatı açıqlayan 6 bankdan heç biri zərər etməyib.
Ən yüksək mənfəəti “Kapital Bank” əldə edib. Səhmlərinin 99,88%-i “Paşa Holdinq”ə məxsus olan bu bankın 2022-ci ildə xalis mənfəəti – 308 milyon 47 min manat olub.
Digər bankların mənfəətləri (zərər) aşağıdakı kimi olub:

Banklar Mənfəət Zərər
(min manat) (min manat)

2022 2021 2020 2022 2021 2020
“Beynəlxalq Bank” 254 379 208 780 129 391
“Kapital Bank” 308 047 179 963 302 698
“Paşa Bank” 149 394 90 180 84 252
“Yelo Bank” 11 733 – 39 748
“AFB Bank” 9 303 5 388
“Rabitəbank” 11 181 2 725 2 180
“Express Bank” 7 701 6 829
“Naxçıvan Bank” 6 301 7 323
“Bank Melli İran” 1 357 – 784 1 960
“Azər Türk Bank” 546 423
“ASB” 2 228 5 184
“BTB Bank” 546 – 9 130
“Unibank” 4 688 11 021
“Günay Bank” 410 408
“Bank Avrasiya” 793 1 226
“Xalq Bank” 27 215 27 289 25 775
“Ziraat Bank” 7 033 2 111
“Turan Bank” 668 684
“Premium Bank” 1 935 3 964
“Muğan Bank” 1 552 707
“Bank VTB” 4 213 3 860
“Access Bank” 1 106 2 621
“Yapıkredi Bank” – 1 373 931
“Bank of Baku” 23 060 12 673
“Bank Respublika” 19 500 6 021
 
Ardını oxu...
“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsində ayrılır”.

Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edəcək minimum əməkhaqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Minimum pensiyadakı artımı da nəzərə alaraq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş birbaşa faydalana biləcəklər.
 
Ardını oxu...
"Yaşıl enerji ilə bağlı potensial böyükdür". "Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.

"Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə daha 10 qiqavatdır. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur", - Prezident deyib.

Dövlət başçısı bildirib: “Ötən ilin dekabrında biz Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma imzaladıq. Hazırda texniki-iqtisadi əsaslandırma həyata keçirilir. O, hazır olan kimi biz maliyyələşmə üzərində düşünəcəyik və əlbəttə ki, burada Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq”.
 
Ardını oxu...
“Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatmaq üzrədir”.

Bu sözləri amerikalı maliyyəçi, investor, Amerikanın “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi Rey Dalio deyib.

“Dolların dominantlıq etdiyi dünya nizamı və qloballaşan iqtisadiyyat erası sona çatır. İndi böyük dövlətlər və onların müttəfiqləri iqtisadi, maliyyə və hərbi bloklar yaradırlar”, - deyə Dalio qeyd edib.

Maliyyəçinin sözlərinə görə, ABŞ, Avropa və Yaponiyada öz mərkəzi banklarından asılılıq yaranıb və nəticədə “çox böyük borcları yığılıb”.

O, sabit maliyyə sisteminə malik, ciddi daxili münaqişələri olmayan və digərləri ilə müqayisədə beynəlxalq münaqişələrə daha az həssas olan ölkələrin iqtisadiyyatlarına investisiya qoymağı məsləhət görüb. Dalio belə dövlətlərə misal olaraq İndoneziya, Vyetnam və Hindistanı göstərib.

Mənbə: Gazeta.ru
 
 

Ardını oxu...
2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 8,9% artaraq bu il yanvarın 1-nə 49 033,6 milyon ABŞ dolları təşkil edib.

Cebhe.info bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, ötən il ARDNF-in büdcə gəlirləri 9 586 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 699 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 22,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 15,2 milyon manat yönəldilmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 27.9 milyon manat təşkil etmişdir.

2022 il ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 461.3 milyon ABŞ dolları azalma müşahidə olunmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon ABŞ dolları təşkil etmişdir.

4-cü rüb ərzində iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, eləcə də, ABŞ-da inflyasiya göstəricisinin nisbətən aşağı düşməsi mərkəzi bankların növbəti dövrlərdə daha yumşaq monetar siyasətə keçidinə dair ehtimalı artmışdır ki, bu da investorlar tərəfində müsbət siqnal kimi qarşılanmışdır. Belə ki, sonuncu rüb ərzində səhm və istiqraz alətləri bazarlarında ilin digər rüblərinə nisbətən müsbət gəlirlilik müşahidə olunmuşdur.

Eyni zamanda 4-cü rüb ərzində ABŞ-da uçot faiz dərəcələrinin artım tempininin digər rüblərlə müqayisədə nisbətən aşağı olması və növbəti dövrlərdə tempin daha da azalması gözləntiləri, eyni zamanda Avropa Mərkəzi Bankının uçot faiz dərəcələrinin artımının daha uzun müddətdə davam edilməsinə dair planları ötən il ərzində daha çox dəyər qazanan ABŞ dollarının zəifləməsi, avronun və digər əksər valyutaların isə güclənməsi ilə nəticələnmişdir.

2022-ci il ərzində beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. İlin əvvəlindən baş verən geosiyasi gərginlik və bunun enerji qiymətlərinə təsiri, eləcə də, mərkəzi bankların sərt monetar siyasətlərin davamlı olacağına dair bəyanatları maliyyə bazarında artan inflyasiya dərəcəsi fonunda müşahidə olunan dalğalanmaları daha da artırmışdır. İl ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı dövrlər üzrə planlarına dair bəyanatları, eləcə də, buna təsir edən inflyasiya və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas amillər kimi qeydə alınmışdır. Belə ki, ABŞ-da inflyasiya dərəcəsi son aylarda nisbətən düşmə trendini nümayış etdirsə belə, əmək bazarının dayanlıqlı olması və bunun inflyasiya dərəcəsinə adətən müsbət təsir etməsi FED-in sərt monetar siyasətinin 2023-cü ilin əvvəlində də davam etməsinə işarə edir. Avropa və Birləşmiş Krallığa gəldikdə isə, bu regionlarda inflyasiya dərəcəsinə dair gözləntilərin hələ də kifayət qədər yüksək olması, eyni zamanda Birləşmiş Krallıqda əmək bazarında işçi qüvvəsinin çatışmazlığı mərkəzi bankların sərt monetar siyasətinin ABŞ ilə müqayisədə daha yüksək temp ilə davam etməsinə işarə edir.

Yuxarıda qeyd edilən baş vermiş hadisələr səbəbindən il ərzində neft və qaz satışından əldə olunan daxilolmalar artmışdır ki, bu da ARDNF-nin investisiya portfelinin həcmində öz əksini tapmışdır.
 
 
 
Ardını oxu...
“Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq".

Bunu Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində deyib.

"Azərbaycan çox böyük coğrafiyanı əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”, - dövlət başçısı bildirib.
Ardını oxu...
2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsidən (DSK) verilən məlumata görə, 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 faiz təşkil edib. 2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 119,0 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən portağalın, naringinin, limonun, xurmanın, kivinin, kələmin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 111,9 faiz təşkil edib.

Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma mebellərin, xalçaların, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, kondisionerlərin və kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 110,2 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, minik avtomobillərinin təmiri, ictimai iaşə, bərbərxana, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Ardını oxu...
“Azərbaycan Hava Yolları” QSC (AZAL) novruz bayramı ərəfəsində Azərbaycandan Rusiya, Çexiya və Qazaxıstanın şəhərlərinə əlavə reyslər açır.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, bundan başqa, aviaşirkət Bakı-Praqa-Bakı istiqamətində yay cədvəli çərçivəsində də biletlərin satışını elan edir.

Sankt-Peterburq, Mineralnıye Vodı, Həştərxan, Ufa, Praqa və Aktau şəhərlərinə uçuşların cədvəli ilə aviaşirkətin www.azal.az saytında tanış olmaq mümkündür.
 
Ardını oxu...
Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Prezidentin son sərəncamınadək ilk 4 dərəcə üzrə əməkhaqlar 345 manatdan aşağı idi və onlar 300-338 manat arasında dəyişir. Yeni VTC-ə əsasən isə yalnız bir dərəcə üzrə əməkhaqqı minimum səviyyədə olacaq. Digər 18 dərəcə üzrə maaşlar minimum əməkhaqqı məbləğindən artıq yüksəkdir.


Teref.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artımlar aşağıdakı kimidir:

1-ci dərəcə üzrə: 300 manatdan 345 manatadək artım
2-ci dərəcə üzrə: 312 manatdan 359 manatadək artım
3-cü dərəcə üzrə: 325 manatdan 374 manatadək artım
4-cü dərəcə üzrə: 338 manatdan 389 manatadək artım
5-ci dərəcə üzrə: 353 manatdan 406 manatadək artım
6-cı dərəcə üzrə: 367 manatdan 422 manatadək artım
7-ci dərəcə üzrə: 383 manatdan 441 manatadək artım
8-ci dərəcə üzrə: 398 manatdan 458 manatadək artım
9-cu dərəcə üzrə: 415 manatdan 478 manatadək artım
10-cu dərəcə üzrə: 432 manatdan 497 manatadək artım
11-ci dərəcə üzrə: 450 manatdan 518 manatadək artım
12-ci dərəcə üzrə: 468 manatdan 538 manatadək artım
13-cü dərəcə üzrə: 487 manatdan 560 manatadək artım
14-cü dərəcə üzrə: 508 manatdan 584 manatadək artım
15-ci dərəcə üzrə: 528 manatdan 607 manatadək artım
16-cı dərəcə üzrə: 549 manatdan 632 manatadək artım
17-ci dərəcə üzrə: 604 manatdan 694 manatadək artım
18-ci dərəcə üzrə: 725 manatdan 833 manatadək artım
19-cu dərəcə üzrə: 979 manatdan 1125 manatadək artım.

"Yeni qərarla kimlərin əmək haqqları artırıldı?" sualına gəldikdə, deputat qeyd etdi ki,
sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.

"Yəni, əgər vətəndaşımız qeyd olunan sektorda çalışırsa, əməkhaqqısı VTC üzrə müəyyənləşirsə, o zaman onun əməkhaqqısı bu aydan etibarən artırılır", - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının 1 yanvar 2023-cü ildən 345 manata çatdırılması ilə əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da bu Sərəncama uyğunlaşdırılması üçün həmin işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.

Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

19 pillədən ibarət yeni Cədvəldə ilk pillə üzrə əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla digər pillələrdə də maaşlar yeni artımlarla əks olunub.
 

Dünyapress TV

Xəbər lenti