Ardını oxu...
“Bank VTB-nin Azərbaycanda müştəriləri elə də çox deyil. Bu səbəbdən böyük və uğurlu bank ola bilməyib". "Kommersant.az" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov VTB-nin Krımda filial açmasının Azərbaycanda fəaliyyət göstərən Bank VTB-yə təsiri haqqında danışarkən deyib.
Ekspert bildirib ki, Bank VTB Rusiyanın ikinci iri bankıdır və Rusiya Krımı öz ərazisi saydığı üçün bank orada filialını açıb:

"Azərbaycana gəlincə, bəli, mənim də öz şəxsi müşahidələrimə əsasən əhalimizin əksəriyyəti Ukraynaya dəstək verir. Əlbəttə, Rusiyanın da Azərbaycanda tərəfdarları var. Amma bu bankın Azərbaycandakı fəaliyyətini uğurlu hesab etmək olmaz. Bankın Azərbaycan filialına Rusiyadan kimi təyin edirlərsə, bura oğurlamağa, korrupsiya ilə məşğul olmağa gəlir".

Bankın Azərbaycandakı kredit portfelindən də danışan ekspert bildirib ki, kreditlər "ən uyğunsuz" müştərilərə verilir, buna görə də kredit siyasəti uğursuz olur:

"Özləri də bundan pul qazanır. Bu bankın Azərbaycanda imici həddən artıq mənfidir".

Əkrəm Həsənov qeyd edib ki, Bank VTB-nin Ermənistanda da filialı var:

"Hətta 2008-ci ilə qədər Ermənistan VTB-nin Qarabağda da filialı var idi. Bu səbəbdən Azərbaycan filialın ölkə ərazisində qanunsuz fəaliyyətinə görə bağlanmasını tələb etmişdi".
 
Ardını oxu...
Deyəsən heç kim bahalaşmadan narazı deyil. Cəmiyyətdə artıq qiymət artımına qarşı immunitet yaranıb. Rayonlarda mal və qoyun ətinin qiyməti 2-3 manat artırsa, yaxın günlərdə paytaxtda bu artım özünü göstərəcək. İndiyə qədər niyə rayonlarda mal və qoyun əti bahalaşmırdı? Region əhalisinin alıcılıq qabiliyyəti aşağıdır. Yerli saticilar çalışırdılar ki, qiyməti maksimum aşağı həddə saxlasınlar. Lakin bu bazardır. Paytaxtdan təlabat artdıqca, yerlərdə qiymət artır.
Rəsmilər qiymət artımının səbəbini bilir. Lakin açıqlamağa tələsmirlər.
Mal və qoyun ətinin qiymətinin artmasının həm yerli, həm də regionalkr şərtləri var.
Regional şərtlər ondan ibarətdir ki, Azərbaycan Ukraynadan, Rusiyadan və Gürcüstandan mal əti idxal edən ölkədir. Təkcə 2021-ci ildə idxal olunmuş 4 450 ton dondurulmuş mal ətinin 3 546 tonu və yaxud 79,7 %-i Ukraynadan gətirilib. Azərbaycana idxal olunan 23800 ton mal ətinin 14000 tonu ət çəkisi formasında, qalanları diri heyvan şəklində gətirilir. Ümumilikdə isə Azərbaycan 68 000 ton ətini xaricdən alır. Bu da 140 tona bərabər olan daxili təlabatın yarısı deməkdir.
Ölkə üzrə iri və xırda buynuzlu maldarlıq təsərrüfatlarında tədarük 2022-ci ildə ötən illə müqayisədə 30 faizə qədər azalıb.
Müqayisə üçün Gürcütsanda ət ixracatı 17 faiz artıb. Belarus, Moldavada da ixracat göstəriciləri yüksəkdir.
Və belə olan təqdirdə Azərbaycanda aqrar sektorun nə qədər gerilədiyini iddia etmək o qədər də çətin deyil. Ukraynadan idxalat zinciri qırılıb. aşağı düşüb. Eyni zamanda Rusiyadan idxal edilən ərzaq, qida məhsullarına tətbiq edilən gömrük rüsumları artırılıb.
Daxildə də mal və qoyun ətinin qiymətinin yüksəlməsini şərtlərndirən faktlar var. Fermer ilk növbədə istehlakçıdır və vətəndaşdır. Ərzaq, kommunal bütün istehlakçı xərcləri, müalicə, istirahət və sair bütün yaşam xərcləri bahalaşıb. Bundan başqa dizelin qiymətinin yüksək olması ilə yanaşı, sürtkü yağları, kənd təsərrüfatı üçün texnikaların ehtiyat hisslərinin qiyməti 40-50 faiz bahalaşıb. Bütün bunlar istehsalçı qismində fermelərin mal, qoyun, quş ətini bahalaşdırma səbəb olur. Bu təbii prosses isə davam edəcək. Çünki ətin qiymətinin bahalaşması ümumi infilyasiya göstəriciləri fonunda adekvat deyil.
Razi Abbasbəyli
Teref.az
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə fevralın 18-19-u bu ilin ilk “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirildi. Təxminən ay yarımlıq fasilədən sonra təşkil olunan yarmarkalar cəmi iki ünvanda Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi 5 (“Gənclik” metro stansiyasının yanı), Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 5B (“İnqilab” kinoteatrının yanı) ünvanında idi.

Nazirlik açıqlama yaydı ki, yarmarkaların təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Bizim.Media olaraq fermerlər üçün yaradılan şərait, gətirilən məhsulların keyfiyyəti ilə daha yaxından tanış olmaq üçün “Gənclik” metro stansiyasının yaxınlığında keçirilən yarmarkaya baş çəkdik.

Yarmarkaya daxil olanda ilk gözə çarpan məhsul çeşidlərinin az olması idi. Bəlkə elə buna görə idi ki, müştəri gözə seyrək dəyirdi. Düşündürən məqamlardan bir də burada satılan məhsulların ikinci əl olmadan birbaşa kənddən fermerlər tərəfindən gətirildiyini alıcının necə təyin edəcəyi ilə bağlı oldu. Satılan məhsulların üzərinə vurulan möhürlər təbii görünüşü pozmaqla yanaşı, məhsulun kəndlinin gətirmədiyini deməyə əsas verir. Bir də elə məhsullar da satılır ki, Azərbaycan kəndlisi o malın üzünü də görməyib.

Satıcılardan birinə yaxınlaşırıq. Özünün dediyi kimi, iki universitet bitirən, əslən Saatlı rayonundan olan, amma Bakıda yaşayan Ramin Mürsəlli başqa vaxtlar bazarda, həftəsonları isə buradakı yarmarkada satıcı işlədiyini gizlətmir:

“Kartofu, soğanı birbaşa rayonlardan özüm aldığım üçün nisbətən ucuz verirəm. Amma müştəri elə də çox gəlmir”.

Yaşlı alıcı satıcının bu sözündən əsəbləşir:

“Soğan elə hər yerdə 1 manat 10 qəpikdir. Keyfiyyət də ki, eyni. Kartof da 90 qəpiyə, 1 manata hər yerdən ala bilərəm. Bu uzaq yolu o zaman gələrəm ki, sırf kənddə yetişdirilmiş məhsulun olsun”.

Qeyd etdiyimiz kimi, alıcıların sayı o qədərdə çox deyildi. Kiminlə həmsöhbət olurduqsa baxmağa, qiymətləri bazarla müqayisə etməyə gəldiyini bildirirdi. Alıcılar qiymətlərin bahalığından, satıcılar da müştəri qıtlığından gileylənirdilər.

Yaşı 70-i ötmüş Şamaxının Bəklə kəndindən olduğunu deyən (əslində Qobustan-red.) Mələknisə Eyyubova da müştəri azlığından narahat idi.

“Özüm ədviyyatlar satıram. Səhərdən burada dayanmışam. Cəmi iki manatlıq alverim olub. Onun da birini çörəyə, o birini çaya vermişəm”.

Astara rayonundan olan Mirzə İbrahimov isə öz həyətlərinin məhsulu olan limon, narıngi və bal satır:

“20 manatdan 50 manata qədər bal var. Kefiyyətli bal daha bahadı. Amma nə olsun. Alan yoxdu”.

Qeyd edək ki, alıcılar məhsulun keyfiyyətini ancaq ağız dadına güvənib seçə bilər. Çünki məhsulların üzərində bu barədə heç bir arayış yoxdur. Üstəlik ağzı acıq qablarda satılan bal məhsulunun üzərinə hər alıcının bir dəfə əyilib dadına baxması diqqətli müştərin gözündən yayınmır. Satıcı isə bu vəziyyəti öz baxışı ilə izah edir:

“Bal mikrob götürmür”.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyaları olsa da, alıcıların onlara hər hansı məhsulun keyfiyyəti ilə bağlı müraciət etdiyinin şahidi olmadıq.

Şamaxının Adnalı kəndindən olan yaşlı təsərrüfatçı gətirdiyi kişmişi tərifləyir:

“Heç bir kimyəvi qatqı qatmamışam. 10 manata satıram. Marketlər satdıqları məhsulun üzərinə 18 faiz vergini də gəlirlər. Amma biz o vergidən azadıq”.

Gəncədən olan fermer Zemfira İmanova uzun illərdir ki, arıçılıqla məşğul olduğunu deyir:

“Gəncədə yaşasam da, Samuxda, Göygöldə 200 yeşik arı saxlayıram. Hər cür arıçılıq məhsulu hazırlayıram və satıram. Şəhərə məhsul gətirməyin xərci çox çıxır. Gəlirik, bəzən bir ay qalırıq. Ev tutmalı oluruq. Yolpulu çox çıxır. Bu da bizə o qədər sərf eləmir”.

Qubanın Qonaqkənd kəndindən olan Adil Abbasov deyir ki, məhsulu əsasən Qubanın bazarından alıb gətirir:

“Özümün 100 ağac almam var idi. İndi kəsmişəm. Meyvəni sata bilmirdim, heç bir gəlir əldə edə bilmədiyim üçün ləğv etdim. Əslində, indi bura çıxardığım məhsul bir-iki saatlıqdır, alıcı olsa. Amma bundan ötürü günlərlə burada durmalı oluram”.

Qeyd edək ki, bazarda mal əti cəmi bir yerdə gözə dəyirdi. Sabirabad rayonundan gətirdiyi görünüşü o qədərdə ürəkaçan olmayan ətin qiyməti 11 manat 50 qəpik idi”.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Şöhrət Şıxəmirov isə bizə fermerlər üçün yaradılan şəraitdən danışır:

“Məhsulu yetişdirən kəndli bazara çıxmaq imkanlarından məhrumdur. Biz onlara şərait yaratmağa çalışırıq. Kəndliyə gəlmək sərf emir”.

Nazirlik rəsmisi deyir ki, məhsulların əksəriyyəti yerli olsa da, meyvə qurusunun çoxu xaricdən gətirlir. Alıcıların az olma səbəbini isə belə izah edir:

“Marketlərdə şirnikləndirici endirimlər çoxdur. Həm də yaşayış yerlərinə yaxındır. Alıcılar daha çox merketlərə üz tutur. Amma yarmarkaların bir üstünlüyü var ki, burda qiymətlərdə endirimdə etmək mümkündür”.

Nazirlik rəsmisinin açıqlamasına görə, həftəsonu yarmarkalarında 56 regiondan 70-dən çox fermer iştirak edib. Fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxarıblar. //Bizim.Media//
 
Ardını oxu...
Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

Teref.az Xezerxeber-ə istinadən xəbər verir ki, Cəlilabaddakı satıcılar bilrdirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub.
Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.
Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərinin qismən bağlanması səbəbindən Ermənistana verilən qazın həcmi azalıb.

Teref.Az musavat.com-a istinadən bildirir ki,bu barədə "Qazprom-Armeniya"nın mətbuat xidməti məlumat yayıb.

Vurğulanır ki, idxal olunan qazın həcminin azalması səbəbindən fövqəladə halların qarşısının alınması və istehlakçıların qazla təmin olunması məqsədilə fevralın 18-dən etibarən bir sıra yanacaqdoldurma məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq. Hətta bununla əlaqədar siyahı da saytda təqdim olunub.

Bizim şərh: Bu yerdə qeyd edək ki, Nikol Paşinyanın Münhen səfəri fonunda Rusiyanın qaz vintillərinə əl gəzdirməsi maraqlıdır. Kreml son zamanlar İrəvanın Avropaya meyiillənməsinə açıq şəkildə kəskin reaksiyalar verir. Fevralın 20-sindən etibarən Avropa İttifaqının patrullarının, həmçinin Fransa jandarmalarının Ermənistana gələcəyi anons edilib, bu da Rusiyanın qıcığına səbəb olub. İstisna deyil ki, Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunu təşkil etməyi hədəfləyən Kreml Münhendə Azərbaycan və Ermənistan liderlərinin görüşə biləcəyi, yaxud hansısa anlaşmalar əldə olunacağı ehtimalını da kənara qoymur. Bu mənada qışın ortasında İrəvana qaz xəbərdarlığı edilir.

Qeyd edək ki, Qarabağ ermənilərinə də təbii qaz Ermənistandan ötürülür. Ermənistanda qaz yoxdursa, avtomatik şəkildə Xankəndidə də olmayacaq. Amma Qarabağ separatçıları və Ermənistan qazın kəsilməsinə görə görə nə qədər qəribə də olsa, Azərbaycanı ittiham edirlər və istisna deyil, bundan sonra da eyni şəkildə sərsəmləyəcəklər. Paşinyanın Münhen görüşlərində Laçın yolundakı aksiyaya görə Azərbaycanı ittiham etməsi da bu, anormal siyasətin növbəti dəfə təsdiqidir.
 
Ardını oxu...
Dünya ölkələri üzrə inflyasiya hesabatı dərc olunub. Təəssüf ki, qardaş Türkiyə siyahıda ən yüksək yerlərdən birini tutur.

Pressklub.az visualcapitalist.com saytına istinadla xəbər verir ki, ötən ilin oktyabr ayına Türkiyədə 88,5 faiz illik inflyasiya qeydə alınıb. Statistikaya görə, qonşu İranda 2022-ci ilin avqust ayına 52,2 faiz təşkil edib.

Qiymət artımında Zimbabve birinci göstərilir: 269 faiz (oktyabr ayına olan göstərici).

Avqust ayına Suriyada 139 faiz, sentyabr ayına Livanda 162 faiz, Surinamda 41,4 faiz, oktyabr ayına Venesuelada 156 faiz, Sudanda 103 faiz, Argentinada 88 faiz, Şri-Lankada 66 faiz bahalaşma rəsmiləşib.

Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, 2022-ci ildə Azərbaycanda istehlak qiymətləri 2021-ci ilə nisbətən 13,9 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz, ödənişli xidmətlər 10,4 faiz bahalaşıb
 
 
 

Ardını oxu...

Bu gün Saatlı rayon İcra Hakimiyyəti Dövlət Satınalma Portalında iki tender müqaviləsi bağlandığı barəsində məlumat yerləşdirib.

Biri fiziki şəxs Teymurov Nəriman Lətif oğlu (VÖEN: 6700003712) ilə bağlanan (geyimlərin alınması müqaviləsi - məbləğ 8780.06 (səkkiz min yeddi yüz səksən manat, altı qəpik) AZN, digəri isə daha bir fiziki şəxs İsmayılov Elman Sahib oğlu (VÖEN: ilə bağlanmış "qida məhsullarının alınması" müqaviləsi - məbləğ 4102.7 (dörd min yüz iki manat, yetmiş qəpik) AZN.

Hər iki şəxsin vergi ödəyicisinin elektron nömrəsi (VÖEN) vasitəsilə barələrində ətraflı məlumat əldə etmək istədik. Lakin, hər iki şəxs barəsində əldə etdiyimiz yeganə məlumat, onların qeydiyyatda olduğu Vergi uçotu orqanının ünvanının Şirvan şəhər. Naxçıvan, ev 162 olduğunu öyrənməmiz oldu.

Müqavilələr barəsində isə ətraflı məlumat isə ümumiyyətlə portalda yerləşdirilməyib.
Bunun səbəbini öyrənmək məqsədilə, məlumatı dərc etmədən əvvəl, Saatlı rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlamağa çalışdıq. Təəssüf ki, dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
 
Ardını oxu...
“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” təsdiqlənib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.

Yaxılabilən yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ-su emulsiyası halında olan, formaya salına bilən, yağ tərkibi 10 - 90 % arasında olan yağlar (marqarin və spred), qatı yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ tərkibi 91 - 99 % arasında olan yağlardır. Trans yağ turşuları isə ən azı bir ədəd trans konfiqurasiyada “karbon-karbon” ikiqat əlaqəyə malik yağ turşularıdır.

Qaydaya əsasən, yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2 %-dən çox olmamalıdır.

Bu qayda kərə yağı və süd yağı əsaslı yağlara şamil edilmir.

Qərar 2023-cü il 1 avqust tarixindən qüvvəyə minir.

Qayda qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən sözügedən məhsulların qeyd edilən tələblərə uyğunluğu 6 (altı) ay müddətində təmin edilməlidir.
 
Ardını oxu...
Ehtiyatlar həftə ərzində 12 milyard dollar azalıb

Rusiyanın beynəlxalq valyuta ehtiyatları fevralın 10-na 589 milyard dollar təşkil edib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Bankı açıqlama verib.

“Beynəlxalq ehtiyatların həcmi fevralın 10-na həftə ərzində 12 milyard dollar azalaraq 589,0 dollar təşkil edib”, - məlumatda deyilir.

Dəyişikliklərin mənfi qiymətləndirmənin, eləcə də büdcə qaydası çərçivəsində aparılan əməliyyatların təsiri altında baş verdiyi bildirilib.
 
Ardını oxu...
Rövşən Ağayev: “Neft-qaz sektorundakı azalmanı kompensasiya etməsi üçün qeyri-neft sektoru 10-12 faiz böyüməli idi”

Azərbaycanda iqtisadi artım azalma ilə əvəz olunub. 2022-ci ildə ölkənin ümumi daxili məhsulu 4,6 faiz artım nümayiş etdirsə də, yanvar ayında tamam əks proses qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin Azərbaycanda 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb.

Komitə bildirir ki, ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub.

Xatırladaq ki, 2022-ci ilin yanvar ayında ölkədə 9 milyard 257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 8,8 faiz artmışdı.

Ardını oxu...
Statistikadan aydın olur ki, ÜDM-in azalmasında əsas sənaye müəssisələri və bu paya sənayedəki azalma sahibdir. Belə ki, yanvarda 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman sənayenin neft-qaz sektorunda məhsul istehsalı 4,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2 faiz artıb. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 19 faiz azalaraq 3 milyard 289.53 milyon dollar təşkil edib.

Azərbaycanın ixracı yanvar ayında 39,2 faiz azalaraq 1 milyard 876.84 milyon dollar, idxalı isə 45,4 faiz artaraq 1 milyard 412.69 milyon dollara çatıb. Nəticədə xarici ticarətdə müsbət saldo 4,5 dəfə azalaraq 464.15 milyon dollara bərabər olub.

Yanvar ayında Azərbaycanın qaz ixracı 255 milyon 612.69 min kubmetr təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 84,2 faiz azalma deməkdir - 2022-ci ilin yanvarında qaz ixracımız 1 milyard 613 milyon 199 min kubmetr olmuşdu. Qaz ixracından gəlirlərimiz isə 82,7 faiz azalmaqla 140 milyon 36.77 min dollara düşüb. Ötən ilin yanvarında bu göstərici 803 milyon 301.51 min dollar təşkil etmişdi.

Ay ərzində neft ixracımız 2 milyon 246 min 118.56 ton təşkil edib. Bu, keçən ilin yanvarında qeydə alınan 3 milyon 505 min 551.96 tonluq ixracdan 36 faiz azdır. Neft ixracından əldə olunan gəlir isə 2 milyard 31 milyon 435.60 dollardan 1 milyard 397 milyon 747.32 min dollar düşüb - yəni 31,2 faiz azalıb.

Neft məhsullarının ixracında isə artım olub. Belə ki, bu ilin yanvar ayında Azərbaycandan 45 milyon 932,39 min dollar dəyərində 68 min 643,99 ton neft məhsulları ixrac edilib. Beləliklə, neft məhsullarının ixrac dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 dəfəyə yaxın, həcmi isə 89,2 faiz artıb.

Cari ilin birinci ayında ixracda əsas artım elektrik enerjisində qeydə alınıb. Belə ki, 548 milyon 46.91 min kVt/saat elektrik enerjisi ixrac etmişik ki, bu da ötən ilin eyni dövrü (2 milyon 622 min kVt/saat) ilə müqayisədə 209 dəfə çox deməkdir. Elektrik enerjisi ixracından gəlirimiz isə 74.5 min dollardan 72 milyon 397.35 min dollara yüksəlib.

Bundan əlavə, çay, şəkər, nar, xurma, Tərəvəz və meyvələrin emal məhsullarının ixracında da kəskin artım qeydə alınıb. Lakin bu artımlar neft və qaz ixracındakı azalmanın cüzi bir hissəsini kompensasiya edə bilib.

Rəsmi statistikadan o da aydın olur ki, 2023-cü ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 91,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb. İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529,0 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib.

Bu arada “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycandakı iqtisadi artım proqnozunda dəyişiklik edib. Agentlik analitiklərinə görə, bu il Azərbaycanda real ümumdaxili məhsulda (ÜDM) artımı baş verməyəcək. Bu isə o deməkdir ki, “S&P Global Ratings” aprel proqnozu ilə müqayisədə Azərbaycanda iqtisadi artım proqnozunu 1,5 faiz azaldıb.

Agentlik 2024 və 2025-ci illərdə Azərbaycanda real ÜDM artımını 1,5 faiz civarında proqnozlaşdırıb. Bu isə o deməkdir ki, “S&P” 2024-cü il proqnozu dəyişməsə də, 2025-ci il üzrə proqnozunu 0,5 faiz bəndi artırıb.

Ölkə hökumətinin proqnozuna əsasən, 2027-ci ilə kimi Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə ümumdaxili məhsul (ÜDM) 93 milyard manata çatacaq. 2023-cü ilin dövlət büdcəsi zərfində yer alan proqnoza görə, Azərbaycanın ümumdaxili məhsulu (ÜDM) 2024-cü ildə 108606.2 mln manat (real artım tempi 4,2 faiz), 2025-ci ildə 113182.6 mln. manat (3,7 faiz artım), 2026-cı ildə isə 118580 mln. manata (3,4 faiz artım) yüksələcək. Gələn ilin proqnozu ilə müqayisədə 2026-ci ildə Azərbaycanın neft sektoru üzrə ÜDM-i 8,4 faizə kimi azalacaq.

Belə ki, 2024-cü ildə neft sektoru üzrə ÜDM-in həcmi 29198.3. mln. manat, 2025-ci ildə 27450.9 mln. manat, 2026-cı ildə isə 25932.2 mln. manat təşkil edəcək. Sektor üzrə real artım tempi müvafiq olaraq 2,4 faiz, 0,3 faiz artım və -1,9 faiz azalma olaraq proqnozlaşdırılıb.

Qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 2024-cü ildə 79407.9 mln. manat, 2025-ci ildə 85731.7 mln. manat, 2026-cı ildə isə 92647.9 mln. manat, müvafiq olaraq sektor üzrə ÜDM-in real artım tempi 4,9 faiz, 5.0 faiz və 5,1 faiz təşkil edəcəyi gözlənilir. Qeyri neft-qaz sektorunun ÜDM-də payı 2026-cı ildə 69,2 faiz-dən (2023-cü il proqnozu) 78,1 faizə yüksələcək.

Beynəlxalq Valyuta Fondu 2023-cü ildə Gürcüstan iqtisadiyyatının 4 faiz, Ermənistan iqtisadiyyatının 3.5 faiz, Azərbaycan iqtisadiyyatının isə 2.5 faiz artacağını gözləyir. Fond 2027-ci ildə Ermənistanın iqtisadi böyüməsinin 4.5 faiz, Gürcüstanın iqtisadi böyüməsinin 5.2, Azərbaycan iqtisadiyyatının isə cəmi 2,5 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bundan əlavə, BVF bu il Azərbaycanda 9 faiz illik inflyasiya planlayırsa, Ermənistanla bağlı bu proqnoz 6 faiz, Gürcüstanla bağlı isə 3.8 faizdir.

Ardını oxu...
BVF-dən fərqli olaraq, Dünya Bankı 2023-cü ildə Azərbaycanda daha yüksək iqtisadi artım gözləyir. 2022-ci ilin oktyabrında Bank 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8 faizədək (aprel proqnozu - 2,2 faiz) və 2024-cü il üçün - 2,6 faizə (aprel proqnozu - 2,3 faiz) yaxşılaşdırıb: “Qiymətləndirmələrimizə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4,2 faizə, 2023-2024-cü illərdə - 2,7 faizə çatacaq. Ölkədə neft hasilatının bir qədər azalmasının təbii qaz hasilatının artması ilə kompensasiya olunacağı gözlənilir”.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, yanvarda qeydə alınan iqtisadi daralmadad əsas pay neft-qaz sektoruna aiddir: “Azalma neft sektoru hesabınadır. Bu sektorda 4.9 faiz azalma olub. İqtisadiyyatın az qala yarısı bu sektordan formalaşdığı üçün 4.9 faizlik azalma ÜDM-in azalmasını da qaçılmaz edir. Bu azalmanı kompensasiya etmək üçün qeyri-neft sektorunun azı 10-12 faiz böyüməsi lazım idi. Halbuki qeyri-neft sektorunda artım tempi ötən ilin yanvarı ilə müqayisədə 4 dəfədən çox zəifləyib. Ötən yanvarda bu sektorda 9 faizə yaxın artım qeydə alınmışdı, hazırda 2 faizdən aşağı düşüb. Amma qeyri-neft sektorunda investisiyaların kəskin arıtımı (2,5 dəfə) qeydə alınıb. Əgər yaxın perspektivdə bu qədər investisiya intervensiyası qeyri-neft sektorunu böyüdə bilməsə, bu o demək olacaq ki, sektorun məhsuldarlığı artırmaq potensialı tükənib”.

Dünya SAKİT
musavat.com
 
 
 

Dünyapress TV

Xəbər lenti