Gələn il regionlara pul ayrılsa da, bu vəsait icra hakimiyyətlərinə verilməyəcək
İqtisadçı ekspert: “İndi nazirliklər özləri birbaşa yerlərdə mərkəzi büdcə hesabına işləri həyata keçirirlər”

2024-cü ildə 59 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq. Bu haqda Report-a Maliyyə Nazirliyindən məlumat verilib.

“Cəbrayıla, Xocalıya, Xocavəndə, Kəlbəcərə, Laçına, Yardımlıya və Zəngilana isə yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 9,35 milyon manat vəsait ayrılacaq”, – deyə xəbərdə qeyd olunub.

Regionların özünü maliyyələşdirmək imkanlarının kasadlığı Azərbaycanda uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. Ölkə müstəqillik əldə edəndən bu günə qədər regionlarda həyata keçirilən layihələrin demək olar ki, əksəriyyəti üçün vəsait dövlət büdcəsindən və ya Prezidentin Ehtiyat Fondundan ayrılıb.

Oktyabrın 14-də iqtisadiyyat naziri Mikayıl Cabbarov İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub. Onun sözlərinə görə, bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat olub.

Gələn ildən Azərbaycanın əksər şəhər və rayonlarının büdcədən maliyyələşməsinin dayandırılması rəsmi dairələr tərəfindən regionların inkişafı kimi təqdim olunur.

İqtisadçı ekspert Fərid Mehralızadə isə deyir ki, son illər Azərbaycanda özünü maliyyələşdirən rayonların və şəhərlərin sayı ona görə artır ki, hökumət büdcə təsnifatını dəyişib.

Onun sözlərinə görə, əvvəl yerli xərclər hesab olunan bəzi xərc maddələri indi mərkəzi büdcə hesabına qarşılanır.

“Yəni, əvvəl büdcə bölüşdürüləndə təhsil, mədəniyyət, səhiyyə xərcləri yerli xərc kimi icra hakimiyyətinə ayrılırdı və oradan bölüşdürülürdü. Ancaq indi nazirliklər özləri birbaşa yerlərdə mərkəzi büdcə hesabına işləri həyata keçirirlər. Regionlardakı infrastruktur layihələri də yenə dövlət büdcəsi hesabına həyata keçiriləcək.

Təəssüf ki, özünü maliyyələşdirən rayonların sayının artıması regionların inkişafı və ya daha çox gəlir əldə etmələrilə bağlı deyil. Bu, hökumətin büdcədəki münasibətlər sistemini dəyişməsilə bağlıdır”, – deyə o, bildirib.

Ekspertin sözlərinə görə, rəsmi rəqəmlər göstərir ki, hələ də regionların ölkənin iqtisadi aktivliyində rolu çox azdır:

“Məsələn, əmək bazarında muzdlu işçilərin 60 faizindən çoxu təkcə Bakıda işləyir, regionlarda işləyənlərin isə 70 faizi dövlət sektorundadır. Regionlarda dövlət sektorundan kənar iş yerləri imkanı çox azdır. Biz o vaxt regionların öz daxili resursları hesabına maliyyələşməsindən danışa bilərik ki, orada özəl sektor inkişaf etmiş olsun, vergi ödəsin, nəticədə yerli gəlirlər artsın”, – deyə o, bildirib.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti