Ardını oxu...
Avropa İttifaqında mavi yanacağa tələbat 13% və ya 55 milyard kubmetr azalıb.

Məlumata görə, belə bir həcmlə təxminən 40 milyon evi qızdırmaq mümkündür.

Bildirilir ki, ən çox tələbat Şimali və Şimal-Qərbi Avropa ölkələrində azalıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertləri avropalıların Rusiyadan gələn qazsız qışı necə keçirdiklərini müəyyən ediblər.

Analitiklər qeyd edirlər ki, tələbin rekord dərəcədə azalması ilə belə, Aİ-nin bu növ yanacağın idxalına xərcləri rekord olaraq qalır.

Ümumilikdə, Aİ bu məqsədlər üçün təxminən 400 milyard dollar xərcləyib ki, bunun da 24%-i Rusiya tərəfinin payına düşüb.
Qeyd olunub ki, Finlandiya təbii qaza olan tələbatı ən çox, yəni 47%, Niderland 22%, Almaniya 15%, İtaliya və Fransanın hər biri 10%, İspaniya isə 4% azaldıb.

Həmçinin, bərpa olunan enerji mənbələri hesabına 11 milyard kubmetr qaza qənaət edilib.

Mənbə: bloknot.ru
 
Ardını oxu...
Ukraynadan ərzaq məhsullarının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasını nəzərdə tutan “Taxıl sazişi” növbəti dəfə uzadılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O, vurğulayıb ki,İstanbul razılaşmaları 60 gün müddətinə uzadılıb.

Qeyd edək ki, ötən il iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə çatdırılması problemlərinin həlli üçün iki sənədə əsaslanan “Taxıl sazişi” və ya “Taxıl dəhlizi” adını almış müqavilə imzalanıb. Birinci saziş Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı BMT öhdəliklərini nəzərdə tutur. İkincisi isə Ukraynanın Qara dəniz limanlarından ölkənin kənd təsərrüfatı məhsullarının ixracı rejimini müəyyənləşdirir.
Xatırladaq ki, razılaşma artıq bir dəfə - noyabr ayında 120 gün müddətinə uzadılıb.

Mənbə: news.ru
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi "Agro Best” QSC (VÖEN – 1405235391) olub. Məşğulluq Xidməti qeyd olunan mallarının alınması üçün qalib şirkətə 73 milyon 574 min 800 manat vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, "Agro Best” QSC 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamil oğludur.

Qeyd edək ki, "Agro Best” QSC əvvəllər də Dövlət Məşğulluq Agentliyinin keçirdiyi və dəyəri milyonlarla manat olan analoji tender müsabiqələrində qalib olub.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan "Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.
Ardını oxu...
Avropa Mərkəzi Bankı (ECB) 2023-cü il üçün illik inflyasiya proqnozunu 6,3 %-dən 5,3 %-ə endirib.

Bu barədə tənzimləyicinin məlumatında deyilir.

Proqnoza görə, 2024-cü ildə inflyasiya 2,9 %, 2025-ci ildə isə 2,1 % səviyyəsində gözlənilir.

ECB 2023-cü ildə avrozonanın ÜDM artımı ilə bağlı proqnozunu 1 %-ə qaldırıb.
 
Ardını oxu...
Türkiyə çalışır ki, “taxıl müqaviləsi” Rusiyanın dediyi kimi iki ay deyil, 120 gün uzadılsın.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, dünyanın ərzaq təhlükəsizliyi üçün vacib olan “taxıl dəhlizi” ilə artıq 24 milyon tondan çox Ukrayna ərzaq məhsulları daşınıb: “Möhlətin uzadılması həqiqətən vacibdir.

Danışıqlarımızı iki ay deyil, 120 gün üzərində davam etdirəcəyik. Tərəflər vəziyyəti dəyərləndirəcək. Rusiya və Ukrayna birlikdə qərar verəcək. Birləşmiş Millətlər Təşkilatı (BMT) də bizim kimi düşünür. İnşallah, önümüzdəki günlərdə məsələni həll etməyə çalışacağıq”, – deyə Akar qeyd deyib.
TRT Haber
Ardını oxu...
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

TEREF.AZ xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunub.
 
Ardını oxu...
BMT Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Moskvanın Qara dəniz taxıl təşəbbüsünün müddətinin əvvəlki dəfə olduğu kimi 120 gün əvəzinə 60 gün uzadılmasına razılıq verdiyi barədə sözlərini nəzərə alıb.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ölkəsinin Qara dəniz taxıl təşəbbüsünün uzadılmasına etiraz etmədiyini bildirib.
 
Ardını oxu...
"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
 
Ardını oxu...
Türkiyə sanksiyalar altında olan malların ölkə vasitəsi ilə Rusiyaya tranzitinə qadağa qoyub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə "Bloomberg" agentliyinə açıqlamasında adının çəkilməsini istəməyən Türkiyə hakimiyyətindəki yüksək rütbəli rəsmilərdən biri bildirib.

O qeyd edib ki, sözügedən qərar artıq martın 1-dən tətbiq olunur.

Dünyapress TV

Xəbər lenti