Ardını oxu...
Forbes jurnalı ilk dəfə Eurochem və SUEK- in yaradıcısı Andrey Melniçenkonu Rusiyanın ən varlı adamı adlandırıb.

KONKRET.az xəbər verir ki, nəşrin məlumatına görə, iş adamının sərvəti 25,2 milyard dollar qiymətləndirilir.

Ən zəngin ruslar siyahısında ikinci yerdə 23,7 milyard dollar sərvətlə Norilsk Nikel şirkətinin rəhbəri Vladimir Potanin, üçüncü yerdə 22,1 milyard dollarla NLMK direktorlar şurasının sədri Vladimir Lisin qərarlaşıb.

Rusiyanın ən varlı adamlarının ilk beşliyini “Novatek”in rəhbəri Leonid Mixelson (21,6 milyard dollar) və “Severstal”ın direktorlar şurasının sədri Aleksey Mordaşov (20,9 milyard dollar) tamamlayır.

Forbes-in məlumatına görə, Rusiya milyarderlərinin ümumi sərvəti il ​​ərzində 353 milyard dollardan 505 milyard dollara yüksəlib, onların sayı 2021-ci ildəki 123-dən 2023-cü ildə 110 nəfərə qədər azalıb.
Ardını oxu...
Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb.
Mərkəzi Bankın açıqladığı hesabata əsasən, bu ilin fevralında problemli kreditlərin həcmi 22 milyon manat artaraq 606 milyon manata yüksəlib. Yanvarın sonunda isə bu məbləğ 584 milyon manat olub.
İqtisadçı Rəşad Həsənovun “Xəbər Ertəsi”nə deyib ki, problem 2023-cü ilin yanvar və fevral aylarında deyil, ötən ilin sonuncu rübündədir. Çünki qanunvericilikdə 90 gündən çox gecikmə olduğu halda, kredit vaxtı keçmiş hesab edilir.
Ekspert deyir ki, Azərbaycanda problemli kreditlərin həcmi 3 faiz ətrafındadır.
Qəbul edilən hədd olmasına baxmayaraq, bu sayı da azaltmaq üçün müəyyən işlər görülməlidir.
Qeyd edək ki, 2022-ci il martın 1-də problemli kreditlərin məbləği 690 milyon manat olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ardını oxu...
“Ət olmayanda, elə bilirəm heç nə yeməmişəm”. Bu cümləni ətrafımızdakı çox adamdan eşidirik, ya da elə özümüz deyirik. Çünki ət yeməyi sevirik. Elə bu səbəbdən ölkədə ətin qiymətində 50 qəpik də artım olsa, bizi narahat edir. 2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır.
“Ət olmayanda, elə bilirəm heç nə yeməmişəm”. Bu cümləni ətrafımızdakı çox adamdan eşidirik, ya da elə özümüz deyirik. Çünki ət yeməyi sevirik. Elə bu səbəbdən ölkədə ətin qiymətində 50 qəpik də artım olsa, bizi narahat edir. 2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır.
İnsanları iki sual düşündürür: 1 kiloqram ət üçün 15 manat yüksək rəqəm deyil? Mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Sahibkar Ağaəli İmanov deyir ki, əvvəllər bu sahə sahibkarlar üçün yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib. Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdir:
“Mal ətini rayondan 13,2-13,5 manata alırıq, 14,5 manata satırıq. Çox yerdə artıq 15 manatdır. 50-60 qəpik xərcimiz, 50 qəpik xeyrimiz olur. Biz də ciddi qazanc görmürük”.
A.İmanov deyir ki, ətin qiyməti səbəbsiz yerə artmayıb:
“Hər bir məhsulun qiymətində artım var. Heyvan yemi bahalaşdıqca, biz də qiymətləri yüksəltməyə məcbur oluruq. Əvvəllər Rusiya və Ukraynadan yem məhsulları gəlirdi, daxildə də yem məhsulları vardı. Bolluq idi. Ancaq indi Rusiya və Ukraynadan məhsul gəlmir, yerli bazarda da yem bahadır. Məsələn, 2 il əvvəl qışda 1 yonca presini 3-4 manata, yayda isə 2 manata alırdıq. Ətin qiyməti də 11 manat idi. İndi presi 8 manata alırıq. Ətin qiymətini daha ucuz təyin edə bilmirik”.
Sahibkar bildirdi ki, qarşıdakı dövrdə ətin qiymətində azalma deyil, artım ola bilər:
“Hələ ki qiymətlərdə hansısa azalma gözlənilmir. Proses göstərir ki, 50 qəpik, 1 manat artım yenə ola bilər. Arpanın, yoncanın qiyməti artdıqca, ətin də qiyməti yüksələcək. Sabit qalsa, yəqin ki ətin qiymətində dəyişiklik olmayacaq”.
Qəssab Elbrus Fərəcov deyir ki, sonuncu dəfə bazardan kəsim üçün heyvan ala bilməyib:
“Çünki çox baha idi. Mən əti 14 manata satırdım. Ancaq sonuncu dəfə bazarda mal ətini 15 manatdan aşağı vermədilər. Ətin kiloqramını 15 manata alsam, necə ucuz sata bilərəm?”.
E.Fərəcov deyir ki, ətin qiyməti artdıqca əhalinin alıcılıq qabiliyyəti də aşağı düşür:
“Qiymətlərin artması nə bizə sərf edir, nə də xalqa. 2 il əvvəl günə 150 kiloqram ət satırdım. Qiymətlər artdıqca bu çəki azalmağa doğru getdi. Bu gün 50-80 kiloqram ancaq satıram. Əvvəl 3 kiloqram ət almağa gəlirdilər, amma 5 kiloqram alıb gedirdilər. İndi 3 kq 100 qram verəndə, deyir 100 qramı götür”.
Qəssab Şahsuvar Əliyev deyir ki, qiymətləri artıran bir səbəb kəndli ilə qəssablar arasında alverçilərin çox olmasıdır:
“Əvvəllər bütün rayonlarda mal bazarı eyni gün olurdu. İndi rayonlarda mal bazarları fərqli günlərdə təşkil edilir. Bu da ona gətirib çıxarır ki, bir rayonda bazar olanda, digər rayonların alverçiləri də o bazara axışır. Heyvanı sahibindən almağa imkan vermirlər. Alverçilər bu yolla böyük qiymət artımı yaradırlar”.
Ş.Əliyev deyir ki, əvvəllər Rusiyadan kəsim üçün heyvanlar gətirilirdi, o da qiymətlərə təsir edirdi:
“İndi Rusiyadan heyvan gətirilmir. Əvvəl bazarda rəqabət yaranırdı, yerli heyvanların qiymətini çox yüksək təyin edə bilmirdilər. İndi vəziyyət dəyişib”.
Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov bildirdi ki, dünyada insan sayı sürətlə artır və bunun fonunda adambaşına düşən ət nisbəti də azalır:
“2021-ci illə müqayisədə 2022-ci ildə ölkədə diri çəkidə ət istehsalı 3 faiz artıb. Bununla paralel insan sayı da artır. Bu proses tək bizdə yox, dünyada gedir. Almaniyada 2021-ci ildə adambaşına 65 kiloqram ət istehlakı var idisə, 2022-ci ildə bu rəqəm 53 kiloqram olub. Tələb çoxdur, təklif də zamanla azalır. Bu qiymətlərə təsir edir. İnflyasiya fonunda da qiymətlərdə artım gedir”.
Aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, ətin qiymətinin 15 manat olmasını şərtləndirən amillər var, qiymətlər süni artırılmayıb:
“6-7 il əvvəllə bu günü müqayisə etsək, respublikada həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qaranın baş sayında 1 milyona yaxın azalma var. Bu, tələb-təklifə təsir göstərir. Tələb çox, təklif az olanda, qiymətlər artır. Heyvandarlıqda maya dəyərinin əsas hissəsini yem məhsulları təşkil edir. Ona görə hazırda qiymətlər bu səviyyəyə çatıb”.
R.Orucovun qənaətincə, qarşıdakı aylarda ətin qiymətində sürətli artım ehtimalı yoxdur:
“Qışda heyvanlar bağlı şəraitdə saxlanılır. Bu zaman onların yetişdirilməsinə daha çox zəhmət və xərc sərf edilir. Yazın gəlişi ilə bəzi təsərrüfatlarda açıq şəraitə keçilir. Maya dəyəri azalır. Bu da qiymətlərə öz təsirini göstərəcək. Ən azından, indiki qiymət sabit qalacaq. Ətin qiymətinin artma ehtimalı çoxdur, azalma gözlənilmir”.
R.Orucov bundan sonra qiymətlərdə artım olmaması üçün müəyyən addımların atılmasının vacibliyini bildirdi:
“İntensiv heyvandarlığın inkişafı mütləqdir. Bu istiqamətdə onsuz da dövlət tərəfindən ciddi təşviqlər var. Elmi yanaşmada belədir ki, heyvandarlıqla bitkiçilik sahəsinin balansı qorunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi subsidiya məsələsində yem bitkilərinə üstünlük verməlidir. Bu gün ən aşağı subsidiya yonca sahələrinə verilir. Ətlə təminat cəhətdən real potensialımız var. Sadəcə, qiymətin artmasına səbəb olan amilləri real şəkildə müzakirə edib həlli istiqamətində ciddi addımlar atmaq lazımdır”.
R.Orucov qeyd etdi ki, ətin qiymətindəki artımlar əhalinin ətdən istifadə əmsalını aşağı salır. Ətdən istifadə əmsalının aşağı düşməsi ölkə iqtisadiyyatı və istehlak bazarımız üçün heç də uğurlu hal sayılmır.
 
Ardını oxu...
İddiaya görə, bölgələrdə kənd yumurtasının qiyməti 5 qəpik artaraq 30 qəpik olub. Bakı bazarlarında isə yumurtanın 40 qəpik, iri quşların qiymətində bir manat artım var.

Mövzu ilə bağlı Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Mürvət Həsənli "MediaPost"a açıqlama verib.

DİA.AZ həmin açıqlamanı təqdim edir:

 
Ardını oxu...
Taxıl müqaviləsinin bütün iştirakçıları sazişin 120 gün uzadılmasına razılıq verdilər. Yalnız Rusiya müqaviləni 60 gün uzatmaq istəyir.

Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib.

"Rusiya tərəfindən fərziyyələr var ki, müqavilənin yalnız 60 gün uzadılmasını istəyib-istəmədiyinə yenidən baxmaq istəyir. Bunlar təcavüzkar ölkənin manipulyasiya cəhdləridir", - səfir deyib.

Səfir qeyd edib ki, BMT baş katibi və Türkiyənin mövqeyi taxil müqaviləsinin 120 gün uzadılmasıdır.
 
Ardını oxu...
Macarıstan gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışıb.

Nazir qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
Ardını oxu...
Martın 30-da İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

İclasın gündəliyində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması”, həmçinin qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı üçün strateji investisiya layihələrinin istiqamətləri və təşviq mexanizmləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda gündəlikdəki məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Ardını oxu...
Mən Azərbaycanla İsrail hökumətini və xalqını bu tarixi gün, bu mərhələyə çatmaq münasibətilə təbrik edirəm.

Bunu APA-nın İsrailə ezam olunmuş xüsusi müxbirinin sualına cavab olaraq bu ölkənin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İsraildə ilk dəfə səfirliyi münasibətlərimizdə vacib dönüş nöqtələrindən biridir.

"Səfirliyin açılması bizim indiyə qədər quruduğumuz bu dərin münasibətlərə də uyğun olacaq. Biz stateji, iqtisadi, mədəni sahələrdə və hökumətlər səviyyəsində bu əlaqəlıri qurmuşuq. Səfirliyin açılması münasibətlərimizdə yeni səhifənin başlanğıcıdır. Bu gün nazirlərimizin səmərəli görüşləri oldu. Onlar hədəflər müəyyənləşdirdi. Bizim nazirimiz cənab Kohen də vurğuladı ki, o İsraildən Azərbaycana səfər edən turistlərin sayının artmasını görmək istəyir. Bu gün bu rəqəm 50 mindirsə, gələcək illərdə bunun 150 minə çatmasını istəyirik", - deyə səfir bildirib.

Diplomat qeyd edib ki, biz həmçinin ölkələrimiz arasında nazirliklər səviyyəsində müxətlif məsələlər barədə, strateji məsələlər barədə strukturlaşdırılmış dialoqun fomalaşmasını istəyirik.

"Gələn ay, yaxın iki həftədə cənab Kohen Bakıya səfər edəcək və hökumətlərarası birgə komissiyanın iclasında nazir Cabbarovla birgə iştirak edəcək. Bu iclasda iqtisadi əməkdaşlıq müzakirə olunacaq. Bu gün sizə açıqlamaq istəyirəm ki, imzalanacaq sənədlərdən biri maliyyə ilə bağlıdır ki, bu 200 milyon dollar İsrail investisyasının Azərbaycana gəlişini təmin edəcək. Bütün buunlar göstərir ki, biz münasibətlərimizdə sonu deyil, başlanğıcı qeyd edirik. Biz ortaq çətinliklər və təhlükələrlə üzləşirik ki onların bəziləri təhlükəsizlik sahəsi ilə bağlıdır. Mən bu tarixi gündə iştirakdan çox qürur duyuram və inanıram ki, gələcəkdə birgə uğurlar əldə edəcəyik", - deyə Corc Dik bildirib.
Ardını oxu...
Çinin inkişaf etməkdə olan çox sayda ölkəyə “qeyri-şəffaf şəkildə” irihəcmli kreditlər verdiyi açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Çinin 22 ölkəyə ayırdığı ümumilikdə 240 milyard dollar kreditin məqsədi “Tək qütb, tək yol” adlı logistik infrastrukturun qurulmasıdır.

Məlumata görə, Çinin bu “əliaçıqlığı” haqda informasiya Dünya Bankı, Harvard Kemmedi Məktəbi, “AidData” və Kil İnstitutu tədqiqatçılarının birgə hesabatında yer alıb.

Qeyd olunur ki, 2016-21-ci illərdə ayrılan 240 milyardlıq kreditin əsas hissəsi Argentinaya çatıb: 111,8 milyard dollar. Ondan sonra qərarlaşan Pakistan Çindən 48,5 milyard, Misir isə 15,6 milyard dollar kredit götürüb. Qalan ölkələrdən 9-na çatan kreditin həcmi 1 milyard dollar civarında olub.

Hesabatda bildirilib ki, nəzərdə tutulan ölkələrin bir çoxunun Mərkəzi Bankı bu kreditlərdən özlərinin valyuta ehtiyatlarını süni şəkildə “şişirtmək” məqsədilə yararlana bilər.

Dünyapress TV

Xəbər lenti