“Neft sektorundan vergi daxilolmaları 2 milyard azalıb...” –
Gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənilir. Buna görə ümumi vergi daxilolmalarında (2023-cü ilin proqnozundan -7,5 %) geriləmə olacaq.

Teref.az "Report" agentliyinə istinadla xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib.

Deputatların iradlarına münasibət bildirən nazir deyib: "Biz maliyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsində dürüstləşdirmə apardıqdan sonra edilən dəyişikliklər nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlarında azalma var. Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb. Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artıb. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik. Prezident əlavə gəlirlərimizi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizə yönəltdi. Gəlirlərin azalmasına təsir edən ikinci faktor neft hasilatının azalmasıdır. Biz bunları tam reallıqla dərk etməliyik. Bizim əsas neft yatağımız olan "Azəri-Çıraq-Günəşli"nin neçə illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Nəticədə hasilatımız azalır".

S.Şərifov vurğulayıb ki, bu gün dünya enerji bazarlarında olduqca müsbət qiymət konyukturası mövcuddur: "Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dollarına qaldırılıb".

Onun sözlərinə görə, neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb: "Bu, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə neftin qiyməti 60 ABŞ dolları təşkil edir, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manat əlavə gəlirdən gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Lakin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vergi daxilolmaları gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq".

Nazirin sözlərinə görə, ən əsası dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar əhəmiyyətli dərəcədə artır: "Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb. Yəni cüzi, 170 milyon manat artımdan söhbət gedir. Bunu təmin etmək üçün biz Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə 1 milyard manat artırmaq məcburiyyətindəyik. Münbit müsbət qiymət konyukturası bizə imkan verir ki, büdcə qaydalarını pozmayaq, Dövlət Neft Fondunun vəsaitlərinin qalığını da saxlayaq".

Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri strukturunda ARDNF-dən transfertlər 12 milyard 781 milyon manat (2023-cü ilin proqnozundan +8,9 %) səviyyəsində proqnozlaşdırılır.

Gələn il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat (2023-cü ilin proqnozundan +1,2 %), xərcləri – 36 milyard 763 milyon manat (+0,5 %) səviyyəsində proqnozlaşdırılır.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti