“Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatmaq üzrədir”.
Bu sözləri amerikalı maliyyəçi, investor, Amerikanın “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi Rey Dalio deyib.
“Dolların dominantlıq etdiyi dünya nizamı və qloballaşan iqtisadiyyat erası sona çatır. İndi böyük dövlətlər və onların müttəfiqləri iqtisadi, maliyyə və hərbi bloklar yaradırlar”, - deyə Dalio qeyd edib.
Maliyyəçinin sözlərinə görə, ABŞ, Avropa və Yaponiyada öz mərkəzi banklarından asılılıq yaranıb və nəticədə “çox böyük borcları yığılıb”.
O, sabit maliyyə sisteminə malik, ciddi daxili münaqişələri olmayan və digərləri ilə müqayisədə beynəlxalq münaqişələrə daha az həssas olan ölkələrin iqtisadiyyatlarına investisiya qoymağı məsləhət görüb. Dalio belə dövlətlərə misal olaraq İndoneziya, Vyetnam və Hindistanı göstərib.