Ardını oxu...
Azərbaycanda kələmin bir kilosu 14 qəpiyə satılır.

Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib. Onun sözlərinə görə, kələm biznesində çəkilən xərəc borcunu ödəmir:

“Sahədə 8 qadın çalışır, onların hərəsinə gündəlik 18 manat veririk. Bir qazel kələmdən 360-370 manat pul gəlir. Bizə isə ordan 120 manat pul qalır. Gün ərzində 4 qazel kələm satılır. Biz kələmi ucuz qiymətə satmağa məcburuq. Həm sahə təmizlənir, həm də buradan evinə çörək pulu aparan insanlar var. Qoyduğumuz xərcin heç 30 %-ni çıxara bilmirik”.

Anar Abbasov deyir ki, Azərbaycanda kələm biznesinə bəzi məmurlar mane olur:

“Biz bir neçə il əvvəl ölkəyə İrandan kələm gətirən məmurlara mane olduq. Hər il işbazlar İrandan ölkəyə kələm gətirib, kilosunu 70-80 qəpiyə satırdı. İndi bu yoxdur, qarşısını aldıq. Həmin məmurlar da acığa düşüb bu il Azərbaycandan kənara kələm çıxarmadılar. Məqsəd mənim kimi kələm əkən fermerləri işindən imtina etdirmək və xaricdən bura kələm gətirib baha satmaqdır”.
 
Ardını oxu...
Türkiyə Ermənistanı hava yolu ilə birbaşa yükdaşımalar üçün məhdudiyyəti aradan qaldırması barədə məlumatlandırıb.

Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Vaan Unanyan deyib.

O, hava yolu ilə yükdaşımaların bərpasının iyulda iki ölkənin xüsusi nümayəndələrinin görüşündə əldə olunmuş razılaşmalardan biri olduğunu xatırladıb.

“Biz, üçüncü ölkə vətəndaşlarının iki ölkənin quru sərhədlərini keçməklə bağlı razılaşmanın da yaxın zamanlarda icra olunacağını gözləyirik”, – deyə Ermənistanın XİN rəsmisi bildirib.
 
 
 
Ardını oxu...
"Bir insan il ərzində 78 kq ət yeməlidir, Azərbaycan isə adambaşına 35 kq ət istehsal edilir, qalanı xaricdən gətirilir. Əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır. İşsiz adam ət ala bilmir. Ölkədə ətin qiyməti çox bahadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, məmurlar Ukraynadan, Rusiyadan, Gürcüstandan diri mal gətirirlər:

"Bundan əlavə ölkədə bu biznes oliqarxların əlindədir, bu qiymətdən onlar məmnundur. Xalqın bəzi təbəqəsinin ət ala bilməməsi onları maraqlandırmır. Ölkədə adam başına 35 kq ət yeyilir. Bir məmurun saxladığı it il ərzində 10-12 azərbaycanlı qədər ət yeyir. 20 manata olan əti kasıb necə yesin? Brolyer ətinin qiyməti Türkiyə ilə müqayisədə iki dəfə bahadır".

Vahid Məhərrəmov bir müddət əvvəl ətin qiymətinin bahalaşması ilə bağlı açıqlama verdiyini vurğulayıb:

"Bunun da səbəbləri var, 400 min hektara yaxın örüş ərazisini əkin sahələrinə verilib. Həmin əraziləri oliqarxlar mənimsədilər. Ölkədə ot istehsalı kəskin şəkildə aşağı düşüb, yem istehsalı azalıb. Bundan əlavə, yemin qiyməti bahadır. Ölkədə ən azı 2 milyon 500 min ton yem istehsal olunmalıdır, amma cəmi 100 min ton istehsal edilir. Eyni zamanda, xaricdən gətirilən yem komponentlərinin qiyməti bahadır. Bütün bunlar ətin qiymətinə təsir edir. Türkiyədə ətin qiyməti Azərbaycanla müqayisədə 30% ucuzlaşıb. Bizdə isə məmurlar bu sahəni inhisara alıblar”.
 
Ardını oxu...
Rusiyada 2022-ci ilin yanvar-noyabr aylarında araq satışı ötən ilin analoji dövrü ilə müqayisədə 6% artıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.

Məlumata görə, bu ilin 11 ayı ərzində Rusiyada 68.8 milyon dekalitr araq satılıb. Ötən il bu rəqəm 64.9 milyon dekalitr idi.

Federal və Regional Alkoqol Bazarlarını Araşdırma Mərkəzinin rəhbəri Vadim Drobizin sözlərinə görə, 11 ayda 6% əhəmiyyətli artımdır, adətən bu spirtli içkinin satışı o qədər də dinamik şəkildə artmır.

Drobiza artıma təsir edən amillər arasında Avropaya uçuşların məhdudlaşdırılmasını qeyd edib.
 
Ardını oxu...
Xəbəral.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının vaxtı ilə “Yelo Bank” haqqında təshih tədbirləri barədə məktub göndərdiyini xatırladaraq orada bir sıra qanunsuzluqlarla bağlı məsələlərin əks olunduğunu qeyd edib. “Palatanın fəaliyyətinə xitam verilərkən yəqin ki, rəhbərlik başının üstünü alan problemlərin həll olunduğunu düşünüb sevinib. Amma sevinmək hələ tezdir. Şübhəsiz ki, böhran içində çabalayan bank sektoruna daha bir problemin əlavə olunmasına imkan verilməyəcək. Elə “Yelo Bank”-ın səhmdarları da buna hazır deyil. Yəqin ki, ciddi tədbir görüləcək”

Nəzərinizə çatdıraq ki, “Yelo Bank” vətəndaşlara qarşı öz qəddarlığı ilə seçilir.

Belə ki, bu yaxınlarda Bir ayağını birinci Qarabağ müharibəsi zamanı itirib. Bankdan pul götürüb qızına toy edib, sonra dollar kəskin bahalaşıb, ardıyca müharibə, pandemiya. Banka bir xeyli borcu yaranıb.

İş məhkəməyə gedib, qərara alınıb ki, hər ay 200 manat ödənsin, ödəyir də. Bank razılaşmır, vətəndaşı məcbur edir, evini satsın. Qarabağ qazisi çıılmaz durumdadır.

Xəbəral.az – ın məlumatına görə, “Yelo Bank” 2022- ci ili 39 milyon 748 min manat xalis zərər ilə başa vurmuşdu.

Məhz buna görədə yaxın aylarda “Yelo Bank”ın bağlanacağı gözlənilir. Bankdan nə vətəndaşlar, nədə ki, aidiyyatı qurumlar razıdır.

Qeyd edək ki, “Yelo Bank”ın əsas səhmdarları Rusiyanın “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovdur. Ona məxsus “Topaz Investments” QSC bankın 95.68 faizinə, fiziki şəxslər 4.22 faizinə, “İSR Holdinq” isə 0.10 faizinə sahibdir.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.
 
Ardını oxu...
Dünən sosial şəbəkələrdə məlumat yayıldı ki, unun qiyməti enib. Yayılan məlumatda deyilir ki, “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib. Şirkət həmçinin qeyd edib ki, 2022-ci il Azərbaycanın un sənayesi üçün çətin il olub. Demək olar ki, bütün il ərzində ölkənin un dəyirmanları sıfır rentabelliklə işləyib, hətta bəzi müəssisələr zərər də görüb. Lakin, dünyanın taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat ucuzlaşıb.

Məsələ ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.

O, bildirdi ki, unun bir kisəsində qiymətlər 3 manat yox, cəmi 1 manat aşağı düşüb:

“Birliyimiz yayılan informasiyanı dəqiqləşdirmək üçün araşdırma aparıb. Məlum olub ki, qiymətdə cəmi 1 manat enmə var. Bu da çörəyin qiymətinin aşağı düşməsinə səbəb ola bilməz.

Ən yaxşı halda bu çörəyin keyfiyyətinə təsir edə bilər. Lakin, çörəyin qiymətinin aşağı düşməsi üçün gərəkdir ki, unun bir kisəsinin qiyməti 10-15 faiz aşağı düşsün. Təsadüfi deyil ki, çörəyin qiymətinin aşağı düşməsi faktı hələki qeydə alınmayıb”.
 //Bizim.Media//
Ardını oxu...
Hərbi əməliyyatlar nəticəsində Ukrayna iqtisadiyyatına dəyən ziyan 700 milyard dolları ötüb. Bunu ölkənin Baş naziri Denis Şmıqal çərşənbə axşamı hökumətin iclasında bildirib.

“Dünya Bankı ilə birlikdə biz Ukraynanın sürətli bərpası üçün ehtiyaclarının növbəti yoxlamasını aparmağı planlaşdırırıq. Nəzərinizə çatdırım ki, bizdə iyunun əvvəlində bu rəqəm 350 milyard dollar idi. İnfrastrukturumuza edilən son hücumları nəzərə alsaq, bu gün bu məbləğ 700 milyard dollardan çoxdur”, - baş nazir özünün “Telegram” kanalında yerləşdirdiyi videoda bəyan edib.

Qeyd edək ki, Ukrayna hökumətinin məlumatına görə, ölkənin enerji infrastrukturunun 50%-i məhv edilib.
 

 

Ardını oxu...

Yanvar ayının 1-dən “Vergi Məcəlləsi”ində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır. Artıq bu aydan etibarən plastik kartadan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər.

"DogruXeber.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq:

"Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verildi.

Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir.

ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməs baxımdan vacib idi. Bütövlükdə, bu ildə də “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq".

 

Dünyapress TV

Xəbər lenti