"Ehtiyatlı olun. "Unibank" sizin xəbəriniz olmadan sizə kredit xətti açır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Tarixçədı heç nə görsənmir. Və sizə borc yazılır. Əlavə 26%lik qəşəng faiz gəlir belinizə. (Hələ həmin kredit xəttindən necə olub istifadə edilib, onu əsaslandıra bilmirlər)
Bunun adına bilmirəm nə demək olar, amma düşünürəm bu cür məsuliyyətsiz, fırıldaqçı formada müştəriyə yanaşmaq yolverilməzdir. Gedirəm filiala. Transcript çıxarıb, bütün vəsaitlərimi çıxarmağı düşünürəm. Operator nə elədi, neynədi sistemdə cəmi 2 gün necəsə kredit xəttindən ödəniş olunduğunu bildirdi. (Ödəniş google pay vasitesi ilə edilib həmişə, mobile bank daxil olmadan default həmişə də əsas kart seçilib)"