Ardını oxu...
Ötən dəfə Namibiyadakı qiymətlər barədə məlumat verəndə Afrikanın digər 10 ən varlı ölkəsi barədə informasiya yayacağımızı söz vermişdik.

https://konkret.az/namibiyada-qiymetler-azerbaycanla-ozunuz-muqayise-edin-siyahi/
KONKRET.az bu dəfə Ekvatorial Qvineyadakı qiymətlər barədə araşdırma aparıb. Hazırda qeyd olunacaq tariflər turizm şirkətlərinin 2022-ci il iyulun 15-nə olan məlumatıdır:

Restoran-kafe

Bahalı olmayan restoranda qidalanmaq 26AZN
2 nəfərlik xörək 120AZN
BigMac 30AZN
Ev pivəsi 3.60AZN
Xarici pivə 10AZN
Kapuçino 7AZN

Ərzaq

0.33 içməli su 2.70AZN
1 litr süd 3.80AZN
0.5 kq çörək 6AZN
12 ədəd yumurta 4AZN
1 kq ağ düyü 3.60AZN
1 kq yerli pendir 23AZN
1 kq toyuğun döş əti 7AZN
1 kq mal əti 12AZN
1 kq alma 3.60AZN
1 kq banan 1.80AZN

Ölkədə iki növ yanacaq satılır: dizel və benzin. Benzinin Aİ növləri yoxdur. Dizelin litri 1.37, benzin isə 1.42 manatadır. İşlək valyutaları Mərkəzi Afrika frankıdır.

Qeyd edək ki, bu ölkə ən varlı Afrika ölkələri arasında göstərilir, ancaq minimum əmək haqqı barədə informasiya əldə edə bilmədik.
 
 
 
Ardını oxu...
2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111,0 milyon manatlıq, o cümlədən 25354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin yanvarnoyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb.

2022-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
 
 
 
Ardını oxu...
Dekabr ayında havaların soyuq keçməsi əhalinin təbii qaza olan tələbatını artırıb.

İlin sonuna bir aydan az müddət qalıb, əhalinin qaz sərfinə tətbiq edilən limit qalmaqdadır. Qazın istehlakına tətbiq edilən limit hər il yanvar ayında sıfırlanır.

Qeyd edək ki, 2021-ci il oktyabr ayından Tarif (qiymət) Şurasının qərarına əsasən, əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Yəni əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1200-2500 kubmetrə görə 20 qəpik, 2500 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 25 qəpik ödənilir.

Cari ildə nə qədər abonent ilkin limiti keçib?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, abonentlərin təxminən yarısı aşağı tariflə qaz alıb:

“On bir ayın nəticəsinə görə, 48 faiz abonent ilk limiti keçməyib. Ötən ilin eyni dövründə isə 44, 8 faiz limiti keçən abonent qeydə alınmışdı”.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya silah tədarükünü ödəyən Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılmasını təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilir.

“Aİ ölkələrinin xarici işlər nazirləri Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılması barədə siyasi qərara gəliblər”, - bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, bununla bağlı yekun qərar 2023-cü ilin əvvəlində təsdiqlənəcək.
 
 
 
Ardını oxu...
Tarixinin ən bahalı iPhone olacağı gözlənilən “iPhone 15 Ultra”nın qiyməti sızdırılıb.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, yeni seriyanın top modeli olacağı gözlənilən “iPhone 15 Ultra” 1199 dollar və ya 1299 dollardan başlayan qiymətə satışa çıxarılacaq.

Beləliklə, telefon indiki “iPhone 14 Pro Max”dan 100-200 dollar baha satılacaq.
 
Ardını oxu...
İran valyutası olan rialının (1 sıfır çıxıldıqda tümən) dəyər itirməsi xəbəri doğrudur. Hazırda 1 dollar 370500 rial və ya 37050 tümən təşkil edir. Lakin bu rəqəm qara bazarın müəyyən etdiyi məzənnədir.
İran dövləti idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkət və müəssisələrə (xüsusən xammal alanlar) 1 dolları 4270 tümənə və ya 42700 riala satır. Məqsəd xaricdən alınan zəruri ərzaq məhsulları və digər xammalların qiymətini sabit saxlamaq, daxili bazarda həmin alınan xammal hesabına istehsal edilmiş məhsulun satış qiymətinin bahalaşmamasına imkan verməməkdir.
Lakin bu əməliyyatların özü də molla rejiminin əsas qazanc mənbələrindən biridir. Belə ki, mollalar özləri idxal-ixrac şirkətləri ilə əllərindəki rialları (tümən) dəyərindən ucuz qiymətə (rəsmi məzənnə ilə) alaraq, onu xaricdəki hesablarına ötürürlər.
Hələ bir neçə il bundan əvvəl İranda "dollar oyunbazlığı" ilə bağlı qalmaqallar yaşanmışdı. Həmin qalmaqallardan məlum olmuşdu ki, İranda hökumətdə təmsil olunan əksər nazirlərin və dövlətə bağlı bankların hamısı rəsmi məzənnə ilə dollar alaraq, onu ya daxili bazarda tümənə (rial) çevirib, böyük qazanclar əldə edirmişlər. Bütün bunların da hamısı "idxal-ixrac" şirkətlərinin əliylə edilirmiş.
Amma bu heç də o demək deyil ki, İranda bahalaşma yoxdur. Əksinə qonşu ölkədə infliyasiya artıq aylıq 15-20 faiz təşkil etməyə başlayıb. Buna səbəb də əksər sahibkarların rəsmi məzənnə ilə dollar almaq imkanından məhrum olması və məcburiyyətdən baha qiymətə ABŞ valyutası əldə etməsidir. Bu da nəticə etibarı ilə idxal olunan bütün məhsulların bahalaşmasına gətirib çıxarır.
Fikrət Fəraməzoğlu
Teref.az
 
 

Ardını oxu...
2023-cü ildə Almaniyanın dövlət büdcəsinin kəsiri ÜDM-in 4,5 %-ni təşkil edəcək ki, bu da öncə təxmin ediləndən iki dəfə çox olacaq.

“Report” xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin hazırladığı sənədə istinadən “Der Spiegel” nəşri məlumat yayıb.

Bildirilib ki, kəsirin artmasına səbəb qaz və elektrik enerjisinin bahalaşmasının qarşısını almaq üçün dövlət tərəfindən əhaliyə və iqtisadiyyata dəstək tədbirləridir. Büdcə kəsirinin 2024-cü ildə 2 %-ə, növbəti iki ildə isə 1,5 %-ə düşəcəyi gözlənilir. “Der Spiegel” yazıb ki, bu, dövlət yardımının məhdud xarakter daşıması və hazırkı planlara görə, 2024-cü ildə başa çatması ilə əlaqədardır.

Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, söhbət federal hökumətin büdcə kəsirindən gedir. “Der Spiegel”ə görə, federal əyalətlərin, bələdiyyələrin və sosial müdafiə fondlarının büdcələri ya balanslaşdırılıb ya da artıqlıdır. Gələn il borcun ÜDM-ə nisbəti 70 %-ə yüksələcək, 2024-cü ildə isə 68,5 %-ə düşəcək. 2025-ci ildə bu rəqəmin 67,5 %, bir ildən sonra isə 67 %-dən bir qədər çox olacağı gözlənilir.
 
Ardını oxu...
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,8 % artaraq 79,49 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 76,10 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
 
 

Ardını oxu...
“Ümumiyyətlə, qış turizmi dünyanın hər yerində bahalı turizm növü sayılır”.

Bu fikirləri açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçının sözlərinə görə, bu turizm sahəsində qoymətlərin baha olması normaldır.

“Bu, orta sinif və daha yuxarı insanların əylənmək və dincəlmək məkanları kimi sayılır. Ona görə də, bu sahədə qiymətlərin baha olması normaldır. Azərbaycanda ciddi rəqabət mühiti olmadığına görə, qiymətlər də yüksəkdir. Problem odur ki, hətta varlı insanların istirahət növü kimi qəbul olunmuş qış turizm obyektlərinə belə dövlət büdcəsindən dotasiyalar verilir. Gələn il məsələn Şahdağ Turizm Mərkəzinə dövlət büdcəsindən 12 milyon manat dotasiya veriləcək. Bu, anlaşılan deyil və anormallıqdır. Ən azından bu yanaşma doğru deyil. Ona görə də, bu sahədə qiymətlərin tənzimlənməsi üçün ciddi bir rəqabətli mühit lazımdır. Gələcəkdə işğaldan azad olunmuş torpaqların təhlükəsizliyi ilə bağlı problemlər həll ediləndən sonra Kəlbəcərdə də, Laçında da belə mərkəzlərin yaradılması mümkündür. Nə qədər çox mərkəzlər olacaqsa, bir o qədər seçim imkanları genişlənəcək. Seçim imkanların genişlənməsi qiymətlərin tənzimlənməsində də rol oynayacaq. Amma, qış turim növü heç vaxt ucuz olmayacaq. Çünki xərci çoxdur, spesifik istirahət növüdür, bu sahədə istirahət edənlərin bəyəndiyi və sevdiyi istirahət növü olduğuna görə, insanlar öz vəsaitlərinə uyğun olaraq qış turizm növünü seçirlər”.
 
Ardını oxu...
Mərkəzi Bank tərəfindən Azərbaycanda idmanın inkişafında və müasir gəncliyin formalaşmasında müstəsna rola malik olan Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, yubiley pul nişanı “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2022-ci il tarixli sərəncamından irəli gələrək hazırlanmış və buraxılış limiti 200 ədəd olmaqla Milli Olimpiya Komitəsinin sifarişi əsasında müəyyən edilib.

Bu pul nişanlarının Milli Olimpiya Komitəsinə satışı təmin edilib.

Yubiley pul nişanının çəkisi 1 troy unsiya – 31,1 qram, diametri 38,61 mm təşkil edir. Pul nişanı Almaniyanın “Bavarian Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Bildiririk ki, yubiley pul nişanının əsas dizayn elementləri kimi ön tərəfində “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi”, “30”, “1992-2022” yazıları, olimpiya məşəlinin və eləcə də digər idman simvollarının təsviri, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri və nominalın rəqəmi əks olunmuşdur.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti