Ardını oxu...
"Bayer Leverkuzen" klubu "Qarabağ"la keçiriləcək oyundan əvvəl sosial şəbəkə hesablarında paylaşım edib.

TEREF xəbər verir ki, "Oyun günü" başlığı ilə edilən paylaşımda hər iki klubun loqosu və leverkuzenli futbolçular yer alıblar. Fotoda əl çantası və onun üzərində Avroliqa Liqasının kubokunun əks olunması diqqət çəkib. Bununla "Bayer Leverkuzen"in çamadanını hazırladığını, həm “Qarabağ”ı keçəcəyi, həm də liqanın qalibi olacağı mesajını verib.

Qeyd edək ki, ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandaların Tofiq Bəhramov adına Respblika Stadionunda keçirilən ilk görüşü 2:2 hesabı ilə yekunlaşıb.
Ardını oxu...
 
 
 

Ardını oxu...
Bütün fikrimizi bu matça yönəltmişik.
Bakupost.az -ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04"ə qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis onları vacib qarşılaşmanın gözlədiyini söyləyib: "Son dönəmlərin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu stadionda çıxış etmək xoşdur. Sabah 90 dəqiqə diqqətli olmalıyıq".
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
 
 
 
Ardını oxu...
“Bakıdakından daha yaxşı oynamağa çalışacağıq”.

Qaynarinfo “İdman və biz”ə istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer” ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, şanslarından maksimum istifadə edəcəklər:

“Mütləq şəkildə çalışmalıyıq ki, Bakıdakından daha yaxşı oynayıb, daha çox güc sərf edək. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sona kimi mübarizə aparacağıq”.

“Qarabağ”ın zədəli və cəzalı futbolçuları barədə də danışan Qurban Qurbanovun sözlərinə görə, oyunun gedişatından asılı olaraq Kevin Medina da meydana çıxa bilər:

“Təbii ki, ehtiyac yaransa, bu addımı atacağıq. Amma o, hələ də öz formasında deyil. Bu cür sürətli matçlarda əziyyət çəkə bilər. Digərlərinin də qayıtması isə əlavə üstünlükdür. İstənilən an bəzi rotasiyalar edə bilərik. Juninyoda vəziyyət ümumi olaraq pis deyil. Dünən və bu gün fərdi məşqlər edib. Yenə də sabah oyun gününə kimi gözləyəcəyik. Həkimlərlə məsləhətləşib, qərar verəcəyik”.

Qeyd edəki, “Bayer” – “Qarabağ “qarşılaşması Bakı vaxtı ilə 00:00-da Liverkuzendə “BayArena”da start götürəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.
 

        

Ardını oxu...
Almaniya Bundesliqasının 25-ci turunun “Bayer” - “Volfsburq” qarşılaşması başa çatıb. Komandalar Leverkuzen şəhərinin BayArena stadionunda qarşılaşıblar. Görüşün baş hakimi Daniel Siebert olub.

Artıq 28-ci dəqiqədə “canavarlar”ın müdafiəçisi Moritz Jenz meydandan qovulub. Doqquz dəqiqə sonra “Bayer” bu boşluqdan məharətlə yararlanıb - Natan Tella meydan sahiblərini hesabda irəli çıxarıb. 86-cı dəqiqədə “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virtz matçda son nöqtəni qoyub - 2:0.

“Bayer” bu mövsüm Bundesliqada şəriksiz liderdir. Komanda 25 matçda 67 xal toplayıb. Xabi Alonsonun yetirmələri ikinci yerdə qərarlaşan “Bavariya”nı 10 xal qabaqlayırlar. “Volfsburq” isə 25 xalla 13-cü yerdədir.

Leverkuzenlilər bütün turnirlərdə bugünkü oyun daxil 35 oyundur uduzmurlar. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 31-də qalib gəlib, 4 oyunda heç-heçə edib.
Qeyd edək ki, bu il Avropanın məğlubedilməzi sayılan “Bayer” UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibidir. Bakıda keçirilən ilk oyunda “Köhlən atlar” güclü rəqibi ilə heç-heçə etmişdi. Cavab qarşılaşması isə martın 14-də Leverkuzendə keçiriləcək.
Ardını oxu...
UFC-nin rəhbəri Dana Uayt keçmiş dünya çempionu Entoni Coşua ilə keçmiş UFC çempionu Frensis Nqannu arasında keçirilən ağır çəkidə boks döyüşünün nəticəsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Coşua ikinci raundda Nqannonu nokaut edib. Daha əvvəl isə Nqannu dünya çempionu Tayson Fyuriyə uduzsa da, britaniyalı boksçunu nokauta salaraq ciddi müqavimət göstərmişdi.

“Mən bunu sosial şəbəkələrdə gördüm. Fyuri döyüşə hazırlaşsaydı və yemiş kimi görünməsəydi, Coşua kimi qalib gələcəkdi.

Çarpaz döyüşlər haqqında mənim fikrimi bilirsiniz. Onların sonu belə olur”, – “talkSPORT” Uaytdan sitat gətirib.
 
Ardını oxu...
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisində qalib olub.

Onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü “Ferrari”dən monakolu Çarlz Lekler bağlayıb.

“Ferrari”nin ispan pilotu Karlos Sayns yarışı buraxıb. Cümə günü məlum olub ki, idmançı əməliyyat olunub. Onu 18 yaş 305 gündə “Formula-1”də debüt edən britaniyalı Oliver Berman əvəzləyib.
Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.

Mənbə: TASS
 
Ardını oxu...
Türkiyə Super Liqasında 29-cu turun oyunları davam edir.

Gununsesi.info xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə “Konyaspor”un qonağı olub.

Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. 29 yaşlı qolkiper 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb

29 turdan sonra 36 xal toplayan “Adana Demirspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Ardını oxu...
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu, Kilian Mbappe (PSJ) olub. Hücumçu Villi Orban ("Leyptsiq"), Harri Keyn ("Bavariya") və Manuel Akanjini ("Mançester Siti") qabaqlayıb.

Mbappe ÇL-in 1/8 final mərhələsində "Real Sosyedad"la cavab görüşündə (1:2) dubl edib.
 
 
 
Ardını oxu...
Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.

"Unikal" xəbər verir ki, 57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Ü.Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.


O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.
 
Ardını oxu...
 

"Qarabağ" UEFA reytinqində Azərbaycana növbəti əmsalları qazandırıb.

Ağdam klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bayer Leverkuzen"lə 2:2 hesablı heç-heçə etməklə buna nail olub.

Təmsilçimiz məhsuldar bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki qazancı 5,875-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 20,125-ə bərabərdir. Ölkəmiz UEFA reytinqində 27-ci pillədəki mövqeyini qoruyub. Sıralamada bir pillə öndə olan Bolqarıstanla əmsal fərqi 0,250-yə düşüb. "Alt mərtəbə"dəki Slovakiyadan isə 0,500 qədər aralanmışıq.

Reytinqə 101,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,864) ikinci, İtaliya (85.855) isə üçüncü pillədə qərarlaşıb. (fanat.az)

 

Dünyapress TV

Xəbər lenti