Ardını oxu...
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
 
Ardını oxu...
UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” – “Bayer” oyunu ilə bağlı paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşımda bildirilib: “UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda cümə axşamı Bakıda görüşəcək”.

Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. “Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
 
Ardını oxu...
Rusiya terrorçu və ekstremistlərin siyahısını yeniləyib. Şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov da siyahıya əlavə edilib. Kasparov əvvəllər "xarici agent" siyahısına salınmışdı.
Kasparovun adı Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına salınıb.
Atası yəhudi, anası erməni olan Rusiya vətəndaşı Kasparov 1985-2000-ci illər arasında şahmat üzrə dünya çempionu olub. 2005-ci ildə şahmat karyerasını başa vuran Kasparov Rusiya prezidenti Vladimir Putinə qarşı siyasi müxalifət hərəkatlarında iştirak edib. Bir müddət sonra xaricdə yaşamağa başlayan Kasparov 2014-cü ildə Xorvatiya vətəndaşlığını alıb.
Rusiya-Ukrayna müharibəsinin başlaması ilə prezident Putini tənqid edən Kasparov “Rusiyaya qarşı Ukraynaya hərbi dəstək verməyə və Rusiya iqtisadiyyatının çökdürülməsinə” çağırış edib. \\Sherg.az
 
Ardını oxu...
Almaniyanın “Bayer” futbol klubunun oyunçuları Bakıya gəliblər.

Bu barədə klubun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” - “Bayer” matçı martın yeddisində Tofiq Bəhramov adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 
Ardını oxu...
PSJ-nin hücumçusu Kilian Mbappenin qolu növbəti dəfə gündəm olub.

Bizim.Media xəbər verir ki, “Real Sosyedad” - PSJ oyununda Kilian Mbappe fərqlənib.

Kilianın qapıya göndərdiyi top toru cırıb.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messini dünyanın ən yaxşısı hesab edir.

Qol.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib. 23 yaşlı oyunçu deyib:

“Messi indiyə qədər oynamış ən yaxşı oyunçudur. Bəlkə də, o, karyerasını başa vurmalıdır ki, başqası ən yaxşı hesab olunsun”.

Xatırladaq ki, “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Messi ötən mövsümün sonunda dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını qazanmışdı. Bu mükafat üçün keçirilən səsvermədə norveçli hücumçu 2-ci yeri tutub.
 
Ardını oxu...
Avropada ən yüksək xal toplayan məşqçilərin ilk beşliyi dərc edilib.

Bu barədə məlumat Türkiyənin “SporX” saytının “X” səhifəsində dərc edilib.

Maraqlıdır ki, Avropanın ən yüksək dəyər verilən futbol mütəxəssisləri sırasında “Qalatasaray” klubunun hazırkı baş məşqçisi Orxan Buruk və “Fənərbağça”nın çalışdırıcısı İsmail Kartal da yer alıblar.

Birinci yerə Fransanın PSV klubunun niderlandlı baş məşqçisi Peter Bos layiq bilinib. O, 2,72 xal toplayıb.

İkinci sırada 50 yaşlı Okan Buruk gəlir (2,67 xal). Siyahıda üçüncü yerdə “Bayer 04”ün (Leverkuzen) baş məşqçisi Xabi Alonso (2,66 xal), dördüncü sırada “İnter”in çalışdırıcısı Simone İnzagi (2,65 xal), beşinci sırada isə “Fənərbağça”nın sükanı başında olan İsmail Kartal (2,60) qərarlaşıblar.
Ardını oxu...
“Neftçi”nin Azərbaycan Premyer Liqasında uğursuz çıxışı davam edir.

“Ağ qaralar” bu dəfə 25-ci tur çərçivəsində “Qarabağ”a məğlub olub – 1:4.

Doğma meydanda əzəli rəqibə darmadağınla uduzmaq fanatların səbr kasasını daşırıb.

Bir qrup azarkeş qarşılaşmadan sonra klubun bazasına hücum çəkib.

Tərəfdarlar yandırdıqları m'.';i bazanın həyətinə atıblar.

Bununla da sakitləşməyən fanatlar “Əgər bu nəticələr davam etsə, daha pis şeylər olacaq” –deyə sərt mesaj veriblər.

 
Ardını oxu...
İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub.

"Report" xəbər verir ki, ikiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Deepak Deepakı (Hindistan) sınağa çəkib. Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

Boksçumuz ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın 6-da baş tutacaq.

Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu rinqə çıxacaq.
 
Ardını oxu...
Çox istəkli komandaya qarşı oynadıq. Bəlkə də tam istədiyimiz kimi matça nəzarət edə bilmədik. Futbolçuları təbrik edirəm. Azarkeşlər üçün də yaxşı görüş oldu. Stadionda yaxşı ab-hava var idi.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis iki qolu son dəqiqələrdə əks hücumlardan vurduqlarını xatırladıb: "Rəqibjn itirəcəyi bir şeyi olmadığı üçün son dəqiqələrdə irəli atılmışdı. Çempionatda xal fərqi 23 olsa da, futbolçu ritmdən düşməli deyil. Hansısa oyunçunun praktikasının azalmasını da istəmərəm. Potensiallı gənclərə irəlidəki qarşılaşmalarda şans verə bilərəm".

Təcrübəli baş məşqçi rəqib azarkeşlərə təşəkkür edib və "Neftçi"yə hər zaman hörmətinin olduğunu söyləyib.

Qurbanov irəlidəki matçlara da daha ciddi şəkildə hazırlaşacaqlarını sözlərinə əlavə edib.

Dünyapress TV

Xəbər lenti