Ardını oxu...
Avropa Liqasında yolunda davam edən “Qarabağ”ın bu mövsüm avrokuboklardakı ümumi qazancı müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan çempionu cari mövsüm 9 milyon 582 min (17 milyon 848 min manat) avroluq gəlir əldə edib.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. “Qarabağ” fevralın 15-22-də keçiriləcək oyunlarda rəqibini üstələyərək 1/8 finala yüksəlsə, daha 1,2 milyon avro büdcəsinə əlavə edəcək.
 
Ardını oxu...
Elxan Məmmədov AFFA prezidenti olmayacaq. Daha doğrusu, ola bilməyəcək.

Aut.az-ın əldə etdiyi məlumata görə, FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktorunun Azərbaycan futboluna geri dönüş etmək istəyi baş tutmayıb. Yüksək dairələr Məmmədova etibar etməyiblər.

Bunun səbəbləri isə olduqca sadədir – 44 yaşlı funksioner nəinki futbol ictimaiyyəti arasında, hətta ölkədə mənfi imicə sahibdir. Elxan Məmmədovun ictimaiyyət arasında mənfi imicə sahib olması yuxarı dairələrin onun namizədliyinə “yox” deməsi üçün həlledici amil olub.

Təfərrüatlara gəlincə, ötən həftə “FİFA Elxan”ın Bakıya gəlişi barədə məlumatlısınız. Məmmədov iş yoldaşı, FIFA-nın baş katibi Fatma Somouranın başqa bir tədbirdə iştirak etmək üçün ölkəmizə səfər etməsindən maksimum yararlanmağa çalışdı. O, xanım funksionerlə bir sıra görüşlər təşkil etdi, çempionat oyununa baxmaq üçün şərait yaratdı. Məqsəd beynəlxalq əlaqələrini nümayiş etdirmək və reklamını gücləndirmək idi.

Elxan Məmmədov müxtəlif variantlarla əlini gücləndirməyə çalışırdı. Bəzi məqamlarda isə qardaşı Emin Məmmədova güvənməyə çalışırdı. Məhz onun əlaqələrindən istifadə edərək yüksək dairələrə özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Ancaq bu plan baş tutmayıb. Elxan Məmmədovun müsbət nüfuza sahib olmaması və onun haqqında müxtəlif iddiaların yayılması AFFA prezidenti olmaq istəyinin reallaşmasına imkan verməyib. Yuxarı dairələr Azərbaycan futbolunu belə mənfi obraza sahib olan şəxsə tapşırmağı məqsədəuyğun görməyiblər.

Yuxarı dairələrdən qətiyyətlə “yox” cavabı alan Məmmədov güya heç vaxt AFFA prezidenti olmaq fikrində olmadığı barədə informasiyalar yayır. Bununla futbol ictimaiyyəti və keçmiş komandası daxilində təsirini qorumağa çalışır. İndi onun yeni məqsədi var: FİFA-dakı kreslosunu itirməmək. Bu, qarşıdakı 4 il ərzində başını qatmaq üçün kifayət qədər tutarlı səbəbdir. Çünki ali futbol qurumundakı vəzifəsini itirəcəyi halda, heç kimə lazım olmayan, sıradan biri olacağını yaxşı anlayır.
Ardını oxu...
“Futbolçuları, azarkeşləri təbrik edirəm. Daha əvvəl bu şans əlimizdən qaçmışdı. Bu gün hər şey gözəl sonluqla başa çatdı”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin “Hakken” komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu cür uğur əldə etmək Azərbaycan futboluna təkan verəcək:

“Yaxşı komandaların Bakıya gəlməsi ancaq ölkə futboluna fayda verə bilər”.

Qurbanov doqquz il əvvəl də Bakıda eyni uğura çox yaxın olduqlarını söyləyib:
“Həmin matç daha yaxşı formalaşmağımıza kömək oldu. Böyümək üçün bunları soyuqqanlı qəbul etməliyik”.

Təcrübəli baş məşqçisi pley-offdakı rəqiblərin ciddi olduğunu vurğulayıb:

“Həmin qarşılaşmalara ciddi hazırlaşmaq və layiqli mübarizə aparmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasında pley-offa yüksəlib.
 
Ardını oxu...
“Rəqibi təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün təcrübə idi”.

“Report” xəbər verir ki, bunu İsveçin “Hakken” komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan sonra mətbuat konfransında deyib.

Norveçli mütəxəssis ilk dəqiqədə buraxdıqları qolun planlarını pozduğunu söyləyib:
“Qarabağ”ın pley-off matçlarını izləyəcəm. “Hakken”lə İsveç çempionu olduq. Buradan yaxşı əhval-ruhiyyə ilə ayrılıram”.
 
Ardını oxu...
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

“Report”un məlumatına görə, Rövnəq Abdullayev “Qarabağ”ın daha bir tarixi uğura imza atdığını bildirib:

“Ardıcıl 10 ildir ölkəmizi avrokuboklarda uğurla təmsil edən “Qarabağ” daha bir tarixi uğura imza atmaqla hamımızı sevindirdi. Təmsilçimiz Avropanın adlı-sanlı, köklü klublarını qabaqlamaqla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. İnanıram ki, “Qarabağ”ın Avropanın ikinci nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanması ölkə futbolunun gələcək inkişafına öz töhfəsini verəcək”.
“Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini, bu uğurda əməyi olan hər kəsi futbol ictimaiyyəti adından təbrik edirəm. UEFA Avropa Liqasının pley-off mərhələsində uğurlar arzulayıram”.
 
 
 
Ardını oxu...
Azərbaycan millisinin üzvü Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qalibi olub.

109 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda bütün rəqiblərini qabaqlayıb.
Dadaşbəyli birdənqaldırmada 176 kq-ı ram edib və bu hərəkətdə birinci olub.
Təkanlaqaldırmada isə 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 388 (176+212) kq nəticə göstərən Dadaş yekun sıralamada da hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.
Qeyd edək ki, II Qran-pri turnirində 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.
 
Ardını oxu...
Portuqaliyalı hücumçu Kriştian Ronaldo "Əl-Nasr"a gec keçməsindən peşman olduğunu bildirib.

Publika.az xəbər verir ki, Bu barədə "Roya News" məlumat yayıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına daha əvvəl köçsəydi, daha xoşbəxt olardı.

""Əl Nəsr"də özümü çox yaxşı hiss edirəm və bu böyük klubda ən yaxşı futbol oynamağı səbirsizliklə gözləyirəm. Daha öncə “Əl-Nəsr”ə qoşulmadığım üçün çox təəssüflənirəm, amma indi komandaya kömək etmək və uğur qazanmaq üçün buradayam.

"Əl-Nəsr"də Avropada etdiyimdən iki dəfə çox əlimdən gələni edəcəyəm və bu gözəl klubda uğur qazanmaq üçün çox çalışacağam", - Ronaldo deyib.

2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu oldu. Ötən mövsüm o, Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib. Avqustun 12-də Ronaldo "Əl-Nəsr" - Ərəb Çempionlar Kuboku çərçivəsində ilk kubokunu qazanıb.

Hüseyn İbadlı
 
Ardını oxu...
FİFA prezidenti Canni İnfantino “Ankaragücü”nün prezidenti Faruk Kocanın “Rizespor”la keçirilən oyundan sonra matçın baş hakimi Halil Umut Meleri vurmasına münasibət bildirib.

Sosial şəbəkə hesabında bu barədə paylaşım edib:

“Futbolda zorakılığa nə meydanda yer var, nə də onun sərhədlərindən kənarda. “Ankaragücü” - “Rizespor” matçından sonra meydanda yaşananlar qəbuledilməzdir. Bizim idmanda və futbolda bu cür hadisələrə yer yoxdur.

Rəsmi simalar olmadan futbol yoxdur. Hakimlər, oyunçular, azarkeşlər təhlükəsizlikdə olmalıdırlar ki, hamı oyunlardan zövq alsın. Aidiyyəti qrumları bu tələbləri bütün səviyyələrdə nəzarətdə saxlamağa çağırıram”.

Qeyd edək ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Faruk Koca isə bu gün saxlanılıb.
 
Ardını oxu...
Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca istefa verib.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

F.Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
 

Türkiyə Superliqasının 15-ci turunda keçirilən “Ankaragücü” – “Rizespor” matçından (1:1) sonra xoşagəlməz hadisə baş verib.

“Ankaragücü” klubunun prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Melerə yumruq vurub. Zərbə nəticəsində referi yıxılaraq yerdə qalıb. Daha sonra Ankara klubunun digər nümayəndələri baş hakimi təpikləyib. Təhlükəsizlik əməkdaşlarının nəzarəti ilə hakimlər paltardəyişmə otağına aparılıb.
Ardını oxu...
Türkiyənin tanınmış hakimlərindən olan Halil Umut gözündən ciddi xəsarət alıb.

 

 

Bütün növ saytların yığılm

Dünyapress TV

Xəbər lenti