“Sky Sports”un jurnalisti Rob Harris FIFA prezidenti Canni İnfantinonun aldığı maaşın səviyyəsini açıqlayıb.
“Report” xəbər verir ki, FIFA rəhbəri 2023-cü ildə yenidən qurumun prezidenti seçildikdən sonra daha çox qazanmağa başlayıb.
Onun 1,99 milyon avro maaşı 33 % artırılaraq 2,69 milyon avroya yüksəldilib. O həmçinin qadınlar arasında dünya çempionatına görə 1,93 milyon avro məbləğində bonus alıb. İnfantinonun ümumi gəliri 4,21 milyon avro olub
ABŞ futbol liqasında (MSL) “DC Yunayted” “İnter Mayami”ni qəbul edib.
Oyunda hesabı ev sahibləri açsalar da, qonaqlar üç qol vuraraq meydandan qalib ayrılıblar.
Messinin yoxluğunda Suarezin dublu həlledici olub. 72 və 85-ci dəqiqədə məhz uruqvaylının dəqiq zərbələri komandasına üç xalı təmin edib - 1:3.
Hazırda MLS-də beş oyundan sonra “İnter Mayami” on xalla Şərq Konfransında birinci yerdədir. “DC Yunayted” isə dörd oyundan sonra beş xal toplayaraq yeddinci pillədə qərarlaşıb.
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
İlk matçda Praqa “Sparta”sını 1:5 hesabı ilə məğlub edən “Liverpul” Emfilddəki oyunun ilk 14 dəqiqəsində dörd qol vurub. Qarşılaşmanın yekun hesabı isə 6:1 olub və mersisaydlıların növbəti mərhələyə çıxışını rəsmiləşdirib.
“Roma” “Brayton”la səfər matçına 4:0-lıq üstünlüklə çıxıb. “Canavarlar” səfərdə minimal hesabla (1:0) məğlub olsalar da, bu onların 1/4 finala çıxışına mane olmayıb.
“Atalanta” - ”Sportinq” cütlüyündə sevinən tərəf birincilər olublar. Portuqaliyadakı ilk oyunda komandalar sülhlə ayrılsalar (1:1) da, İtaliydakı cavab matçında ev sahibləri üstün olublar - 2:1.
UEFA Konfrans Liqasında çıxış edən “Ayaks” “Aston Villa” ilə dueldən məğlub ayrılıb. Komanda ilk ev oyununda qolsuz sülh bağlasa da, İngiltərədə meydan sahibləri niderlandlıları darmadağın ediblər - 4:0.
Qeyd edək ki, cümə günü hər iki turnirin 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.
“Bütün azarkeşlərə dəstəyə görə, təşəkkür edirəm. Həm Bakıdakı, həm buradakı oyunda yaxşı şans qazanmışdıq”.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Avropa Liqasında 1/8 finalın cavab matçında “Bayer”ə 2:3 hesablı məğlubiyyəti şərh edib. Təcrübəli mütəxəssis “CBC Sport”a açıqlamasında rəqibin gücünü xüsusi vurğulayıb:
“Bu görüşlər komandaya böyük inam verdi. Futbolçular çox əziyyət çəkdilər, sonadək mübarizə apardılar. Sadəcə azlıqda güclü rəqibə qarşı oynamaq asan deyil. Bəsit qollar buraxdıq. Sonda “Bayer” gözlənildiyi kimi, güclü təzyiq yaratdı”.
Qeyd edək ki, səfərdə 2:3 hesabı ilə uduzan “Qarabağ” evdə 2:2 hesablı heç-heçə oynadığından Avropa Liqasının 1/8 finalında mübarizəni dayandırıb.
“Futbolçularıma son ana kimi mübarizə apardıqlarına, azarkeşlərimizə isə bizə dəstək olduqlarına görə təşəkkür edirəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer” klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Elvin Cəfərquliyevin qırmızı kart alaraq meydandan qovulması işlərini daha da çətinləşdirib: “10 nəfərlə meydanda qaldıq. Buna baxmayaraq, komandamız çox yaxşı oyun göstərdi. Rəqib qapımıza gözlənilməz qollar vurdu. Lakin çox çalışdıq. Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik”.
Qeyd edək ki, evdəki ilk matçda “Bayer” ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ” iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.
Dünyaca məşhur “Kicker” nəşri bu gün UEFA Avropa Liqası 1/8 final mərhələsi çərçivəsində Almaniyada “Bayer”lə cavab oyununa (ilk oyun – 2:2) çıxacaq “Qarabağ” haqqında növbəti yazı dərc edib.
Modern.az xəbər verir ki, tanınmış həmyerlimiz Rasim Mövsümzadənin müəllifi olduğu məqalə “Məşqçi Qurbanov gözəl işlər görür” adlanır və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunub:
“Müqayisə qaçılmazdır:
“Qarabağ” 2008-ci ilin yayında o vaxt 36 yaşı olan Qurban Qurbanovu baş məşqçi təyin edəndə Frank Şmidt on ay idi ki, “Haydenhaym”ı çalışdırırdı, Kristian Ştreyx “Frayburq”un gənclər komandası ilə Almaniya çempionu olmuşdu (qeyd: adları çəkilənlər hazırda Almaniyada eyni komandanı ən uzun müddət çalışdıran məşqçilərdir). Azərbaycan millisinin keçmiş oyunçusu da ölkənin ən uğurlu klubu kimi formalaşdırdığı “Qarabağ”a indiyədək meydandan kənarda rəhbərlik edir.
Qurbanovun “Qarabağ”la doqquz çempionluğundan 2014-cü ilə təsadüf edən birincisinə nail olmasına altı il vaxt lazım gəlmişdi. İndi isə klub ardıcıl on mövsümdür Avropa turnirlərinin qrup mərhələsində təmsil olunur. Bakıda keçirilən ilk oyunda Leverkuzen təmsilçiləri yaxşı başa düşdülər ki, beynəlxalq təcrübəyə malik bu komandanı qiymətləndirməmək olmaz.
Vaxtilə hücumçu olan məşqçi komandasına da hücum futbolu oynadır. Onun oyunları kənardan təmkinlə izləməsi və bu özünəinamı futbolçularına da aşılaması xüsusilə diqqəti çəkir. Üstəlik, Qurbanov ölkəsindən kənarda da “Cənab Fair Play” kimi tanınır. O, 2022-ci ildə Konfrans Liqası pley-off mərhələsinin “Marsel”lə cavab matçında oyunçularından biri əllə qol vuranda, qayda pozuntusunu görməyən hakimə bu barədə məlumat verilməsini istəmişdi. Nəticədə “Marsel” 3:0 hesabı ilə qalib gəlmişdi. Ancaq “Bayer” belə alicənablığa bel bağlamamalıdır”.
Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” komandası hesab fərqini artırdı.
Oyunun 67-ci dəqiqəsində Juninyo hesab fərqini iki qola çatdlırıb - 0:2. Patrik Şik Bayerin 2-ci qolunu vurdu... Patrik Şik 3-cü qolu vurdu Və Qarabağ uduzdu...