“Fənərbağça” klubunun rəsmiləri son zamanlarda baş verən hadisələrlə bağlı iclas keçiriblər.
Məlumata görə, klubun prezidenti Ali Koç, komandanın baş məşqçisi İsmail Kartalın və futbolçuların qatıldıqları iclasda Türkiyə Superkubokunun final oyununda baş verənlər müzakirəyə çıxarılıb.
Komandanın aparıcı futbolçularından sayılan Edin Dzeko və Mitçi Batşuayi “Fənərbağça”nın 1-ci liqaya enəcəyi təqdirdə klubdan ayrılacaqlarını bildiriblər. Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbağça” klubunu iki il müddətinə Türkiyə Superkubokundan uzaqlaşdırıb. Həmçinin, klubun aşağı liqaya göndərilməsi təhlükəsi də var.//oxu.az
İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior əzəli rəqib “Barselona”nın sabiq kapitanı Lionel Messinin UEFA Çempionlar Liqasındakı məhsuldar ötürmə rekordunu təkrarlayıb.
Braziliyalı hücumçu 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə görüşdə bunu gerçəkləşdirib.
3:3 hesabı ilə başa çatan matçda komandasının 2 qolunun assistini edən 23 yaşlı oyunçu turnirin pley-off mərhələlərində məhsuldar ötürmə sayını 12-yə çatdırıb. O, bu baxımdan hazırda ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Messi ilə eyni göstəriciyə malikdir. Argentinalı bunun üçün 77 görüş keçirmişdisə, Vinisiusa cəmi 25 oyun kifayət edib.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir.
Fanat.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, “Əl-Hilal” ilə görüşün (1:2) 86-cı dəqiqəsində rəqib oyunçu Renan Lodini dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə alıb.
Daha sonra kapitan sarğısını yerə çırpan 39 yaşlı portuqaliyalı yumruğunu referiyə göstərərək qeyri-idman hərəkəti də edib. O, paltardəyişmə otağına yollanarkən azarkeşlərin “Messi, Messi” sədaları eşidilib.
Təbrizdə “Traktor Azərbaycan” və “Sepahan” komandaları arasında keçirilən futbol yarışında iki azarkeş Azərbaycan Respublikasının bayrağını qaldırdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Tutulan şəxslərin kimliyi, harada olması və onlara qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.
"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır.
TEREF bildirir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub.
Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"sunda forma geyinən 25 yaşlı qolkiper hələ Andrey Lunyovun keçidindən əvvəl də "Qarabağ"ın maraq dairəsində olub. Ağdamlılar yenidən onun transferini nəzərdən keçirməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, Nevistiçin transfer dəyəri 850 min avro ilə dəyərləndirilir. (İdman.biz)
“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.
Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.
Buna qədər “Qalatasaray” Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açmışdı.
“Fənərbağça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.
“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.
xxx
Az sonra Türkiyə Super Kubokunda dünya tarixində nadir görülən hadisə baş verəcək.
22:30-da baş tutacaq “Galatasaray” - “Fenerbahçe” oyununa “Fenerbahçe” 19 yaşlı futbolçuları ilə çıxacaq. Məlumata görə, oyun başlayan kimi futbolçular meydanı tərk edəcək və “Qalatasaray” çempion olacaq.
Bu addıma səbəb “Fenerbahçe” prezidenti Ali Koçun hakim səhvlərinə və Türkiyə Futbol Federasiyasına etirazdır.(azxəbər.com)
Azərbaycanlı cüdoçu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən qadınlar arasında Avropa kubokunda bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı fəxri kürsüdə yer alıb.
Yarışın ilk günündə üç çəkidə üç cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ramilə Əliyeva (48 kq) və Nərgiz Hacıyeva (57 kq) medalçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, bu gün start götürən turnir sabah başa çatacaq.