“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.
Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.
Buna qədər “Qalatasaray” Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açmışdı.
“Fənərbağça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.
“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.
xxx
Az sonra Türkiyə Super Kubokunda dünya tarixində nadir görülən hadisə baş verəcək.
22:30-da baş tutacaq “Galatasaray” - “Fenerbahçe” oyununa “Fenerbahçe” 19 yaşlı futbolçuları ilə çıxacaq. Məlumata görə, oyun başlayan kimi futbolçular meydanı tərk edəcək və “Qalatasaray” çempion olacaq.
Bu addıma səbəb “Fenerbahçe” prezidenti Ali Koçun hakim səhvlərinə və Türkiyə Futbol Federasiyasına etirazdır.(azxəbər.com)