“Qarabağ”ın 2023/24 mövsümündə avrokuboklarda qazancı müəyyənləşib.
Azərbaycan çempionu indiyə qədər 9 milyon 582 min avro gəlir əldə edib.
Bunun yalnız 200 mini UEFA Çempionlar Liqasının təsnifat mərhələsində qazanılıb. Qalan məbləğ UEFA Avropa Liqasındakı çıxışdan əldə edilib. İkinci dərəcəli klub turnirinin qrup mərhələsinə adlamaq 3 milyon 630 min avro qazanca səbəb olub. Son 10 ildə avrokuboklardakı reytinqinə görə isə daha 2 milyon 376 min avro klubun büdcəsinə köçürülüb.
Qrupda ikinci yeri tutmaq “Qarabağ”a 550 min, pley-offa yüksəlmək isə 500 min avro qazandırıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropa Liqasında 1/8 finala yüksələrsə, daha 1,2 milyon avro gəlir əldə edəcək. Ağdamlılar bunun üçün pley-offda Portuqaliyanın “Braqa” klubunu üstələməlidirlər. Azərbaycan çempionu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.
İtaliya kubokunun 1/4 final mərhələsində “Latsio” və “Roma” üz-üzə gəlib.
Görüş İtaliyanın paytaxtındakı “Olimpiko” stadionunda baş tutub.
Oyunda yeganə qolu 51-ci dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Mattia Zakkani penalti zərbəsini dəqiq yerinə yetirərək vurub.
90+5 və 90+6-cı dəqiqələrdə meydan sahiblərinin futbolçusu Pedro kobud hərəkətinə görə iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 90+10-cu dəqiqədə Serdar Azmun eyni səbəbdən birbaşa qırmızı vərəqə alıb. Beləliklə də, “Latsio” “Roma”nı tək qolla keçərək İtaliya kubokunun yarımfinalına yüksəlib.
“Bavariya” Palinyanın transferini təxirə salıb “Bavariya” Joao Palinyanın transferindən imtina edib.
İdman.biz xəbər verir ki, Münhen klubu bu planı yaya kimi təxirə salıb.
“Fulhem”də çıxış edən portuqaliyalı yarımmüdafiəçi “Bavariya”nın əsas transfer hədəflərindən biridir. Amma Konrad Laymerin zədələnməsindən sonra münhenlilərin mərkəz müdafiəçisi axtarışına çıxmağa vadar edib. Komanda “Tottenhem”dən Erik Dayeri keçidini həll etmək istəyir.
Qeyd edək ki, Palinyanın “Fulhem”lə 2028-ci ilin yayına kimi müqaviləsi var. Onun transfer qiyməti 60 milyon avro dəyərləndirilir.
İngiltərə Liqa Kubokunun ilk yarımfinal matçı baş tutub.
“Riversayd” stadionunda “Midlsbro” London “Çelsi”si ilə qarşılaşıb.
Oyunda gözləntilərin əksinə olaraq meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Matçın yeganə qolu 37-ci dəqiqədə vurulub. “Midlsbro”nun 21 yaşlı yarımmüdafiəçisi Hayden Ris Hekni fərqlənib.
Bu komandalar arasında cavab oyunu yanvarın 23-də Londonda keçiriləcək. İkinci yarımfinalda isə “Liverpul” və “Fulhem” üz-üzə gələcək.
“Real Madrid”də “Arandina” ilə görüşdə debüt edən Arda Güler üçün Bundesliqa klublarından icarə təklifləri gəlib.
Məşhur italyan insayder Fabrizio Romano başda Bundesliqa olmaqla bəzi klubların Arda Güleri icarəyə götürmək üçün “Real Madrid”ə müraciət etdiyini yazıb. İspaniya mediasında Ardanın icarəyə göndəriləcəyi barədə iddialar dərc edilsə də, “Real”ın təklifləri rədd etdiyi bildirilir.
Məlumata görə, Arda Güler mövsümün sonuna qədər “Real”ın heyətində yer alacaq. Məlumata görə, Arda Gülerə maksimum güvənən “Real Madrid” texniki rəhbərliyi “Uşaq heç yerə getmir” deyə cavab verib.\\Metbuat.Az
“Beşiktaş” klubu Fernandu Santuşun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Qeyd olunur ki, 69 yaşlı məşqçi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.
2023-cü ilin sentyabrında Santuş ötən ilin yanvarından bəri rəhbərlik etdiyi Polşa millisinin baş məşqçi postunu tərk edib. Bundan əvvəl o, 8 ildən çox Portuqaliya millisi ilə işləyib və bu komanda ilə 2016-cı il Avropa Çempionatının və 2018/2019 Millətlər Liqasının qalibi olub. Xatırladaq ki, “Beşiktaş” 18 turdan sonra 29 xal toplayaraq Türkiyə çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir. Modern.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.
Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” görüşü ilə yekun vurulacaq.
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxıb.
Gununsesi.info xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litva ilə qarşılaşıb.
Matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya da eyni hesabla məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.
Qeyd edək ki, yanvarın 7-dək davam edəcək turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.