FİFA-da yeni baş katib təyinatı rəsmiləşib. Bu barədə qurumun saytı məlumat yayıb. Baş katib vəzifəsi Mattias Qrafströmana həvalə olunub. Mattias Qrafströman 2023-cü ilin oktyabr ayında FİFA-nın müvəqqəti baş katibi vəzifəsində çalışıb.
İngiltərədə ÇL-yə gedən klublar müəyyənləşdi "Tottenhem" Premyer Liqanın 34-cü turunun matçında "Mançester Siti"yə məğlub olaraq (0:1) Çempionlar Liqasının növbəti mövsümündə oynamaq şansını itirib.
Çempionatın başa çatmasına 1 tur qalmış "xoruzlar"ın 63 xalı var və 5-ci yerdədir. 4-cü pillədə qərarlaşan "Aston Villa" isə 68 xal toplayıb.
Beləliklə, "şirlər" Çempionlar Liqasının növbəti mövsümündə İngiltərədən ("Mançester Siti", "Arsenal" və "Liverpul"dan sonra) dördüncü komanda olacaq. \\Offsideplus.az
İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappenin “Real”a transferini təsdiqləyib.
Qol.az “Ole”yə istinadən xəbər verir ki, o deyib: “Bəli, Mbappe yeni mövsüm “Real”da olacaq. O, dünyanın ən yaxşı oyunçularından biridir. Amma “Real”da da Vinisius və Bellinqem var, Madriddə əla komanda olacaq. Amma təbii ki, bu, çempionatda qələbəyə zəmanət vermir”.
Xatırladaq ki, PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsümün sonu Paris təmsilçisindən ayrılacağını açıqlayıb.
“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin nəvələri Arda Gülerin forması ilə görüntüləniblər.
Türkiyəli futbolçuya münasibəti ilə tez-tez gündəmdə olan italyan məşqçi gah Ardanı tərifləyib, gah da tənqid edib.
Ancaq ümumi rəy belədir ki, Ançelotti nə düşünsə də, Güler “Real Madrid” azarkeşləri arasında sevilir. Təkcə klub azarkeşləri deyil, Ançelottinin nəvələri də Arda Gülerin pərəstişkarıdırlar.
İtaliyalı məşqçinin ailəsi ilə çəkilmiş fotosu buna sübutdur. Şəkildə Karlonun nəvələri Arda Gülerin 24 nömrəli formasını geyiniblər. Mənbə: Haber Global
İtaliyanın "Atalanta" klubunun futbolçusu Ademola Lokman UEFA Avropa Liqasında həftənin futbolçusu seçilib.
"Report" xəbər verir ki, "Marsel"lə yarımfinal duelinin cavab matçında (3:0) 1 qol, 1 assist edən nigeriyalı yarımmüdafiəçi həftənin ən yaxşısı adını qazanıb.
Qeyd edək ki, Lokman bu mübarizədə “Roma”nın qapıçısı Mile Sviları üstələyib.
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.
"Cebhe.info" xəbər verir ki, turun açılış matçı tarixi derbi ilə əlamətdar olub. "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib. "Neftçi Arena"da oynanılan görüş "ağ-qaralar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 35 xalla səkkizinci yerdə qalıb.
Qeyd edək ki, turun digər görüşləri mayın 11-12-də keçiriləcək.