Ardını oxu...
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

"Cebhe.info"nun məlumatına görə, XXXVI turun sonuncu matçında çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

Naxçıvan klubunda 3-cü dəqiqəsə Elvis Maşike fərqlənib. "Köhlən atlar"da Olavio Juninyo 27-ci dəqiqədə tarazlığı bərpa edib. 32-ci dəqiqədə "Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev avtoqol müəllifi olub. 58-ci dəqiqədə onun komanda yoldaşı Abdulla Rzayev hesabı bərabərləşdirib.

Çempion "Qarabağ" xallarının sayını 83-ə çatdırıb. "Araz-Naxçıvan" mövsümü 36 xalla 8-ci sırada bitirib.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i bir qolla üstələyib. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
 
 
 
Ardını oxu...
Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.

"Cebhe.info"nun məlumatına görə, Cəbrayıl Qadjiyev (74 kq) qızıl

Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar. Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.
 
Ardını oxu...
Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri başa çatıb.

Gununsesi.info xəbər verir ki, prezidentlik uğrunda mübarizədə Dursun Özbək qalib gəlib.

O, bu yarışda Süheyl Batuma böyük fərqlə qalib gəlib.

Qeyd edək ki, D.Özbək üçüncü dəfədir İstanbul təmsilçisinə prezident seçilir.
 
Ardını oxu...
Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib.

"Report"un məlumatına görə, buna sonuncu - XXXVI turun ilk qarşılaşmalarından sonra aydınlıq gəlib.

"Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Neftçi"ni minimal hesabla üstələyib - 1:0.

Xallarının sayını 58-ə çatdıran "Zirə" həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik "Sabah" üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.

Rəqiblərindən bir xal az toplayan "Sumqayıt" dördüncü pillə ilə kifayətlənib və Konfrans Liqasında mübarizə aparacaq. "Neftçi" isə avrokuboklardan kənarda qalıb.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.
 
Ardını oxu...
Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub.

Finalda “Mançester Siti” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə Alexandro Qarnaço açıb. Kobi Maino 39-cu dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Ceremi Doku müəyyənləşdirib.

Bununla da "Mançester Yunayted" tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.
 
 
 
Ardını oxu...
Rusiya Premyer Liqasında mövsümün çempionu müəyyənləşib.

Sonuncu turda evdə "Rostov"u 2:1 məğlub edən "Zenit" tarixində 10-cu dəfə ölkə çempionu olub.

Qeyd edək ki, Peterburq klubu 30 turdan sonra 57 xal toplayıb.
 

Ardını oxu...
Kriştiano Ronaldo "Yuventus"dan maaşın ödənilməsi iddiasını qazanıb. Buna baxmayaraq, İtaliya klubu tələsmir və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.
 
Moderator.az xarici mediaya istinadla bildirir ki, Kriştiano Ronaldonun "Yuventus"dakı fəaliyyətinin bir hissəsi COVID-19 pandemiyası ilə üst-üstə düşüb. Daha sonra Portuqaliya təmsilçisi qazancının bir hissəsini təxirə salmağa razılaşıb. Həmin vaxt klub maliyyə problemləri ilə mübarizə aparıb.
 
2021-ci ildə veteran "Mançester Yunayted"ə keçsə də, məsələ yaddan çıxmayıb. “Qoca sinyora” keçmiş futbolçuya borcunu gecikdirdiyi üçün tərəflər məhkəmədə görüşüb.
 

Hələ aprel ayında arbitraj məhkəməsi Kriştiano Ronaldonun şikayətini təmin edib. Beləliklə, "Yuventus" 9,8 milyon avro və faiz ödəməli olub. Ümumi məbləğin 10 milyon avronu əhəmiyyətli dərəcədə keçməsi nəzərdə tutulub.

Ancaq indi, insayder Fabrizio Romanonun dediyi kimi, İtaliya klubunun menecerləri çəkilir. Üstəlik, apelyasiya şikayəti vermək qərarına gəliblər. “Yuventus” Ronaldoya yuxarıda qeyd olunan xərcləri ödəməmək üçün qanunla mümkün olan hər şeyi edəcək.

Portuqaliyalı oyunçunun A Seriyasında ümumi göstəriciləri 134 oyun, 101 qol və 22 məhsuldar ötürmədir. Ronaldo üç il İtaliyada oynayı

Ardını oxu...
  

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən "Challenge" seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, sərbəst hərəkətlərdə həlledici mərhələyə vəsiqə qazanıb.

Dünən start götürən Dünya Kuboku mayın 26-da başa çatacaq.

Ardını oxu...
Türkiyə Kubokunun qalibi bəlli olub.

Oxu.Az xəbər verir ki, 34 il sonra finalda ilk dəfə "Beşiktaş" və "Trabzonspor" üz-üzə gəlib.

Gərgin mübarizədə "qara qartallar" 3:2 hesabı ilə qalib gələrək kuboka yiyələniblər. Qələbə sayəsində İstanbul klubu növbəti mövsüm UEFA Avropa Liqasında çıxış etmək hüququ əldə edib.

Qeyd edək ki, "Beşiktaş" tarixində 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.

"Trabzonspor" isə sonuncu dəfə 2019/20 mövsümündə bu mükafatı qazanıb.
 
 
Ardını oxu...
“Barselona”nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike, həmçinin İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiale UEFA-nın vəsaitlərini mənimsəməkdə şübhəli bilinirlər.

Fanat.az xəbər verir ki, şok məlumatı “A Bola” yayıb.

Mənbənin məlumatına görə, koronavirus pandemiyası zamanı ispaniyalı funksioner UEFA rəhbəri ilə əlaqə saxlayıb və ondan Messi ilə digər ulduz futbolçuların maaşlarının ödənilməsinə köməklik göstərməsini istəyib. Hətta Rubialesin UEFA prezidentinə ingilis dilində ünvanladığı audio mesajının mətni də yayımlanıb. O, ​​maliyyə itkilərini kompensasiya etmək üçün “UEFA fondlarından istifadə etməyi” istəyib: “Onlar bilirlər ki, federasiya və UEFA-nın himayəsindədirlər. FIFpro və oyunçular birliyi başqa səviyyədədir. Onlar mənə açıq şəkildə dedilər: “Heç kim bilməsin ki, pulumuzdan danışırıq. Çünki kimsə bunu bilsə, bizi öldürəcəklər. Sizə Messinin mesajını da göndərirəm. Sizdən bu danışığımızın məxfi qalmağını xahiş edirəm”.

Xatırladaq ki, “Barselona” pandemiya dövründə klubun büdcəsinə təsir edən qlobal vəziyyəti nəzərə alaraq Messiyə maaşını 70 faiz azaltmağı təklif etmişdi. Pike danışıqların ilkin mərhələsində iştirak edib. O, mümkün maaş azaldılmasından narahat olan Messiyə mesajlar çatdırıb.
 

Dünyapress TV

Xəbər lenti