Oxu.Az xəbər verir ki, 34 il sonra finalda ilk dəfə "Beşiktaş" və "Trabzonspor" üz-üzə gəlib.
Gərgin mübarizədə "qara qartallar" 3:2 hesabı ilə qalib gələrək kuboka yiyələniblər. Qələbə sayəsində İstanbul klubu növbəti mövsüm UEFA Avropa Liqasında çıxış etmək hüququ əldə edib.
Qeyd edək ki, "Beşiktaş" tarixində 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.
"Trabzonspor" isə sonuncu dəfə 2019/20 mövsümündə bu mükafatı qazanıb.