“Barselona”nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike, həmçinin İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiale UEFA-nın vəsaitlərini mənimsəməkdə şübhəli bilinirlər.
Fanat.az xəbər verir ki, şok məlumatı “A Bola” yayıb.
Mənbənin məlumatına görə, koronavirus pandemiyası zamanı ispaniyalı funksioner UEFA rəhbəri ilə əlaqə saxlayıb və ondan Messi ilə digər ulduz futbolçuların maaşlarının ödənilməsinə köməklik göstərməsini istəyib. Hətta Rubialesin UEFA prezidentinə ingilis dilində ünvanladığı audio mesajının mətni də yayımlanıb. O, maliyyə itkilərini kompensasiya etmək üçün “UEFA fondlarından istifadə etməyi” istəyib: “Onlar bilirlər ki, federasiya və UEFA-nın himayəsindədirlər. FIFpro və oyunçular birliyi başqa səviyyədədir. Onlar mənə açıq şəkildə dedilər: “Heç kim bilməsin ki, pulumuzdan danışırıq. Çünki kimsə bunu bilsə, bizi öldürəcəklər. Sizə Messinin mesajını da göndərirəm. Sizdən bu danışığımızın məxfi qalmağını xahiş edirəm”.
Xatırladaq ki, “Barselona” pandemiya dövründə klubun büdcəsinə təsir edən qlobal vəziyyəti nəzərə alaraq Messiyə maaşını 70 faiz azaltmağı təklif etmişdi. Pike danışıqların ilkin mərhələsində iştirak edib. O, mümkün maaş azaldılmasından narahat olan Messiyə mesajlar çatdırıb.