UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin Almaniyada keçirilən ilk oyununda Dortmund "Borussiya"sına uduzan PSJ 2023/2024 mövsümündə ilk dəfə belə yenilgi ilə üzləşib.
"Arılar"ın qapısı istiqamətində endirdiyi 14 zərbədən 3-ü çərçivəyə gedən Fransa nəhəngi cari "futbol ili"ndə birinci dəfə qol vurmadan məğlub olub.
Bu mövsüm bütün turnirlərdə 5 məğlubiyyət acısı dadan parislilər əvvəlki 4 qarşılaşmanın hamısında rəqib qapılarına yol tapmağı bacarıblar. Luis Enrikenin komandası daha öncə Liqa 1-də "Nitsa"ya (2:3), ÇL-də isə "Nyukasl" (1:4), "Milan" (1:2) və "Barselona"ya (2:3) boyun əyib. \\Fanat.Az