Səudiyyə Ərəbistanı Kral Kubokunun ikinci yarımfinalında “Ən-Nəsr” “Əl-Halic”lə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Ər-Riyadda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 17-ci dəqiqədə “Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu vurub. 37-ci dəqiqədə onun komanda yoldaşı Sadio Mane penaltidən fərqlənərək hesabı artırıb. 57-ci dəqiqədə isə Ronaldu dubl edib.
Oyunun sonlarına yaxın (82) “Əl-Halic” vurulan qollardan birinin əvəzini çıxsa da, bu, nəticəyə təsir etməyib - 3:1. Beləliklə də, “Ən-Nəsr” finalda ötən gün “Əl-İttihad”ı mübarizədən kənarlaşdıran “Əl-Hilal”la yarışacaq.