Rusiyalı futbolçu Aleksandr Qolovin martda “Monako”nun ən yaxşı futbolçusu olub.
32gun.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb .
Martda Rusiya təmsilçisi dörd oyun keçirib, iki məhsuldar ötürmə verib.
Fransa çempionatının turnir cədvəlində "Monako" 50 xalla üçüncü pillədə qərarlaşıb. Turnirə 62 xalla PSJ başçılıq edir. İkinci yeri “Monako”dan bir xal geri qalan Brest tutur.
Qolovin 2018-ci ilin yayında paytaxt ÇSKA-dan Monakoya keçmişdi. Onun transferi klub tarixində rekord qiymətə çevrilib. Rus futbolçu 30 milyon avroya Fransa klubuna keçib.
Bu mövsüm rusiyalı 24 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Qolovin bu mövsüm Monako azarkeşləri tərəfindən bir neçə dəfə komandanın ən yaxşı oyunçusu kimi tanınıb. O , 2015-ci ildən Rusiya millisinə çağırılıb .
Növbəti turda “Monako” “Renn”lə qarşılaşacaq. Görüş aprelin 7-də baş tutacaq. Komandalar meydana Moskva vaxtı ilə saat 18.05-də çıxacaqlar.