Ardını oxu...
Bu gün I Liqanın XIV turunda "Şamaxı" "İrəvan"la qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı izləyənlər arasında AFFA-NIN baş katibi Sərxan Hacıyev və şəhərin icra başçısı Tahir Məmmədov da olub.

Klub rəhbərliyi qələbə sayəsində ilk pilləyə yüksələn futbolçuların əziyyətini dəyərləndirib. Oyunçulara 6 min manat mükafat verilib. Lakin bu məbləğ yalnız 1 oyun üçün deyil. Rəhbərlik "Şamaxı"da yeni sistem tətbiq edib. Belə ki, komanda ardıcıl 3 oyunda qələbə qazansa, futbolçular buna görə 6 min mükafat alacaqlar.

Qeyd edək ki, "Şamaxı" 12-ci turda MOİK-i (2:0), 13-də "Mingəçevir"i (1:0) məğlub edib. \\Offsideplus.az
 
Ardını oxu...
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub.

50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.

Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.

Bu gün yığmamızın digər üzvü Alyona Kolesnik (59 kq) də həlledici görüşə çıxacaq. O, finalda Alina Filipoviçin (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.
 

“Braqa” cütün favoritidir. Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çox çətin oyun gözləyirik. Rəqib sürətli hücumlar edən komandadır. Ancaq biz görüşə hazırıq. Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Hamı üçün maraqlı matç olacaq”.

 

Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını düşünür: “İndi Avropada futbol fərqlidir. Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. Avrokuboklarda böyük təcrübəmiz var. Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. “Braqa” böyük klubdur. Təbii ki, mövsümboyu eyni səviyyədə oynamaq, sabiqliyi qorumaq çətindir”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ardını oxu...
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında azərbaycanlı güləşçi Murad Məmmədov (63 kiloqram) qızıl medal qazanıb.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşinə 2:1 hesabıyla qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycan qitə çempionatında 25 güləşçi ilə təmsil olunur. Yarışa fevralın 18-də yekun vurulacaq. \\Metbuat.Az
 
Ardını oxu...
Madrid “Real”ı Almaniyada hava limanları əməkdaşlarının tətili səbəbindən bu ölkəyə avtobusla getməli olub.

Belə ki, fevralın 13-də Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində kral klubu “Leypsiq”lə görüşəcək.

Məlumata görə, madridlilər əvvəlcə təyyarə ilə uçmağı planlaşdırıblar, lakin Leypsiqə eniş etmək mümkün olmadığı üçün futbolçuların olduğu təyyarə Erfurtda yerə enib, oradan isə “Real” avtobusla 160 kilometr yol qət edib.

Yolda məşhur futbolçuların şəklini çəkmək istəyən sürücülərdən biri öz avtomobili ilə avtobusa çırpılıb. Hər iki nəqliyyat vasitəsi əzilsə də, insident nəticəsində xəsarət alan olmayıb.
Ardını oxu...
Mənbə: championat.com
 
 


 
Ardını oxu...
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino London klubunun azarkeşlərindən sevgi hiss etmədiyini etiraf edib.

Argentinalı mütəxəssis bunun başa düşülən olduğunu vurğulayıb.

“”Çelsi” azarkeşlərinin sevgisini hiss etməyə başlayıram? Yox, yox, düzünü deməliyəm, klub Çempionlar Liqasını, ölkə kuboklarını və Premyer Liqanı qazanmadığı üçün bunu hiss etmirəm. 6 və ya 7 ay ərzində bunu etmədikdən sonra azarkeşlər məni niyə sevsinlər?

Biz Liqa Kubokunun finalına çıxdıq, lakin Premyer Liqada çox yaxşı yerdə deyilik. Düşünürəm ki, bu mərhələdə azarkeşlərin hörmətini hiss edirəm. Mən onları küçədə görürəm. Yalan danışmayacağam, hamısı mənə qarşı mehribandır”.

“Çelsi” Liqa Kubokunun finalında “Liverpul”la qarşılaşacaq. Qarşılaşma fevralın 25-də Londonda, “Uembli” stadionunda keçiriləcək. “Zadəganlar” hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci sırada qərarlaşıb.
 
 
 
Ardını oxu...
İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vest Hem” “Arsenal”ı qəbul edib.

“Report” xəbər verir ki, London derbisini Kreyq Pousonun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Altı qol vurulduğu görüşün taleyi elə birinci hissədə həll olunub. Matçda sükut 32-ci dəqiqədə pozulub: fransalı müdafiəçi Vilyam Saliba Deklan Raysın ötürməsindən sonra topu qapıya göndərib. 41-ci dəqiqədə Bukayo Saka hesabdakı fərqi artıraraq 2:0-a çatdırsa da, bu, birinci hissəsdə vurulmuş son qol olmayıb. Cəmi 3 dəqiqə sonra braziliyalı müdafiəçi Qabriel Maqalyans hesabı darmadağın həddə çatdırıb. Ona məhsuldar ötürməni yenə Rays verib. İlk yarıya əlavə edilmiş ikinci dəqiqədə “topçular” dördüncü qollarını vurublar: bu dəfə 29 yaşlı Leandro Trossard norveçli Martin Edeqorun verimli ötürməsindən sonra qapıya dəqiq zərbə endirib.

İkinci hissədə isə hesab cəmi iki dəfə dəyişib. Qollar iki dəqiqə ara ilə vurulub: 63-cü dəqiqədə Saka Edeqorun yardımı ilə dubla imza atıb; 65-ci dəqiqədə isə Rays Ben Uaytın ötürməsindən sonra matçda son nöqtəni qoyub – 0:6.

Ev sahibləri isə passivlərinə dörd sarı vərəqə əlavə etməklə seçiliblər.

Qeyd edək ki, 24 oyundan sonra “Arsenal” 3-cü pillədə qərarlaşıb. “Topçular” “Mançester Siti” ilə eyni xal toplasa da, “şəhərlilər” əlavə göstəricilərə görə londonlulardan bir pillə yüksəkdir. Bundan başqa, “Siti”nin ehtiyatında bir oyun daha var. Turnir cədvəlində vahid lider isə “Liverpul”dur. Yürgen Kloppun yetirmələrinin 54 xalı var.

"Cebhe.info"
 
Ardını oxu...
Afrika Millətlər Kubokunun finalında “Nigeriya” və “Kot-d'İvuar” komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, qarşılıqlı qollarla yadda qalmış matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 38-ci dəqiqədə vurulub: Uilyam Troost-Ekonq Nigeriyanın hesabda irəli çıxarıb. Komandalar fasiləyə Nigeriyanın minimal üstünlüyü ilə yollanıb.

İkinci hissədə isə “Kot-d'İvuar” millisi geridönüş edə bilib: 62-ci dəqiqədə “Əl-Əhli”nin hücumçusu Frank Kessi status-kvonu bərpa edib, 19 dəqiqə sonra isə “Borussiya Dortmund”da çıxış edən Sebastyen Alle fərqlənərək yekun hesabı müəyyənləşdirib – 1:2. “Kot-d'İvuar”ın hər iki qolunda məhsuldar ötürməni 22 yaşlı Simon Adinqra edib.

Beləliklə, qərbi Afrika təmsilçisi dördüncü dəfə qitənin ən güclü komandası olub.
Qeyd edək ki, “Kot-d'İvuar” seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb.
Ardını oxu...
Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda oyun baş tutub.

Cənubi Afrika yığması Konqo yığmasını məğlub edib.

Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında (6:5) cənubi afrikalı futbolçular daha dəqiq olublar.
 
 
 
Ardını oxu...
Futbol üzrə Türkiyə Superliqasında XXV turun daha iki oyunu keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” öz meydanında “Başakşəhər”lə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən İstanbul klubu xallarını 66-ya çatdıraraq zirvəyə yüksəlib. Liderdən bir oyun az keçirən “Fənərbağça” isə 63 xalla hələlik 2-ci pillədə qərarlaşıb.

Günün digər oyununda “Karagümrük” evdə “Pendikspor”a 2 cavabsız qolla qalib gəlib.
 

Dünyapress TV

Xəbər lenti