Bu gün I Liqanın XIV turunda "Şamaxı" "İrəvan"la qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı izləyənlər arasında AFFA-NIN baş katibi Sərxan Hacıyev və şəhərin icra başçısı Tahir Məmmədov da olub.
Klub rəhbərliyi qələbə sayəsində ilk pilləyə yüksələn futbolçuların əziyyətini dəyərləndirib. Oyunçulara 6 min manat mükafat verilib. Lakin bu məbləğ yalnız 1 oyun üçün deyil. Rəhbərlik "Şamaxı"da yeni sistem tətbiq edib. Belə ki, komanda ardıcıl 3 oyunda qələbə qazansa, futbolçular buna görə 6 min mükafat alacaqlar.
Qeyd edək ki, "Şamaxı" 12-ci turda MOİK-i (2:0), 13-də "Mingəçevir"i (1:0) məğlub edib. \\Offsideplus.az