Türkiyə Super Liqasında 29-cu turun oyunları davam edir.
Gununsesi.info xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə “Konyaspor”un qonağı olub.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. 29 yaşlı qolkiper 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb
29 turdan sonra 36 xal toplayan “Adana Demirspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.