UFC-nin rəhbəri Dana Uayt keçmiş dünya çempionu Entoni Coşua ilə keçmiş UFC çempionu Frensis Nqannu arasında keçirilən ağır çəkidə boks döyüşünün nəticəsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Coşua ikinci raundda Nqannonu nokaut edib. Daha əvvəl isə Nqannu dünya çempionu Tayson Fyuriyə uduzsa da, britaniyalı boksçunu nokauta salaraq ciddi müqavimət göstərmişdi.
“Mən bunu sosial şəbəkələrdə gördüm. Fyuri döyüşə hazırlaşsaydı və yemiş kimi görünməsəydi, Coşua kimi qalib gələcəkdi.
Çarpaz döyüşlər haqqında mənim fikrimi bilirsiniz. Onların sonu belə olur”, – “talkSPORT” Uaytdan sitat gətirib.