Ardını oxu...
Türkiyədə episentri Kahramanmaraş olan zəlzələdən sonra axtarış-xilasetmə qruplarının mübarizəsi davam edir.

Vətəndaşların dağıntılar altından çıxarılması üçün saatlarla davam edən mübarizədə möcüzələr baş verir.

Zəlzələnin böyük dağıntılara səbəb olduğu Adıyamanda möcüzə xəbəri 115 saat sonra gəlib. Polşa komandası ilə Türkiyə qruplarının birgə işi nəticəsində bir vətəndaş dağıntılar altından sağ olaraq çıxarılıb.

 
Ardını oxu...
Kahramanmaraşda dağıntılar altında axtarış aparan rizəli mədənçi emosional anlar yaşayıb.

Tribunainfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, günlərdir dağıntılar altından onlarla cənazə çıxaran mədənçi zəlzələnin 102-ci saatında 11 yaşlı Məlikəni və anasını sağ-salamat çıxara bilib. O, ana və qızını xilas etdikdən sonra hönkür-hönkür ağlayıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

 
Ardını oxu...
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimova və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib.

İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.
 
Ardını oxu...
İrəvan məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyanın həbs edilməsini qərara alıb. Sarkisyan ABŞ-da yaşadığı üçün məhkəmənin qərarı hələ yerinə yetirilməyib.

Vigen Sarkisyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın yaxın ətrafından olub. 2018-ci ildə hökumət dəyişikliyindən sonra istefa verərək Amerikaya köçüb.

Keçmiş müdafiə naziri 2016-2018-ci illərdə vəzifə başında ikən hərbi qulluqçulara ev bölgüsü zamanı vəzifəsindən sui-istifadə eləməkdə, bölgünü ədalətsiz aparmaqda, nəvbədənkənar şəxslərə, hətta hərbçi olmayanalara ev verməkdə ittiham edilir.
 
Ardını oxu...
Türkiyədəki zəlzələlər nəticəsində dağılan binanın podratçıları ölkədən qaçarkən tutulub.

Teref.Az xəbər verir ki, Hatayda 2013-cü ildə “Rönesans Rezidans” adlı tikinti şirkəti tərəfindən inşa olunan bina zəlzələ zamanı tamamilə dağılıb.

Bu hadisədən sonra tikinti şirkətinin podratçıları qaçmağa cəhd göstəriblər. Onlar hava limanında saxlanılıblar.
Ardını oxu...
Ardını oxu...
Metbuat.Az
 
Ardını oxu...
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir.

Fevralın 8-də 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.

Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Allah rəhmət eləsin!

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 16 546 nəfər ölüb, 66 132 nəfər yaralanıb.

Ardını oxu...

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altında qalan gənc zəlzələdən 64 saat sonra sağ çıxarılıb.

O, Antalya Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları tərəfindən Kahramanmaraşın Bahçelievlər məhəlləsində yaşadığı binanın dağıntıları altından tapılıb.

Xilasetmə əməkdaşları gəncin huşunu itirməməsi üçün uzun müddət əlini tutaraq onunla söhbət edib.

Xilas edilən 24 yaşlı Doğan Akkökün dağıntılar altında olarkən divara “ümidini itirmə” sözləri yazdığı üzə çıxıb.

Sağ qurtulan gənc xəstəxanaya aparılıb.


Ardını oxu...
Ötən illər ərzində Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə çərçivəsində xeyli yüksək vəzifəli məmur həbs olunub. Son olaraq qandallanan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oldu. Bundan başqa, 10-dan çox icra başçısı, nazirliklərdə iri vəzifələr tutan onlarla şəxs qandallandı. Onların əksərinə ağır cəzalar verildi.

Ancaq son vaxtlar maraqlı bir proses müşahidə olunur: korrupsiya, rüşvət, dələduzluq ittihamları ilə tutulmuş məmurların çoxunun cəzası azaldılır, bəzilərinin korrupsiya yolu ilə əldə etdikləri mülklərinin əhəmiyyətli hissəsi özlərinə qaytarılır. Məsələn, Səlim Müslümov istintaq dövründə həbsə alınsa da, cinayət işinin materialları məhkəməyə daxil olandan sonra barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığına dəyişdirildi. Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesinin gedişini izləyənlər də prosesin məqsədli şəkildə uzadılmasını müşahidə edir. Azərbaycan məhkəmə praktikasına bələd olanlar da bilir ki, proses ən müxtəlif səbəblər gətirilməklə uzadılırsa, bu, nəticə etibarı ilə təqsirləndirilən şəxsin daha yüngül cəza almasına, perspektivdə isə daha yuxarı məhkəmə instansiyalarından azad edilməsinə xidmət edir. Bu baxımdan, dövlət büdcəsindən 27 milyon manat oğurlaması istintaqla sübuta yetirilən Səlim Müslümovun toyuq oğrusuna verilən cəzadan fərqlənməyən cəza alması da təəccüblü olmamalıdır.

Səlim Müslümova münasibətdə daha ağır cinayətlərə görə məhkum olunmuş Akif Çovdarovun 50 milyonluq mülkünü də özünə qaytaran Azərbaycan məhkəmələridir. Ötən gün isə belə bir məlumat yayıldı ki, Göyçay Rayon İcra Hakimiyyətinin 2022-ci ildə həbs olunmuş yüksək vəzifəli şəxslərinə - sabiq başçı Mehdi Səlimzadənin köməkçisi olmuş Vidadi İsayevə və şəhər icra nümayəndəsi olmuş Rəşad Şükürova hökm oxunub, onlardan birinə cəmi 4 il cəza verilib, digəri isə hətta şərti cəza ilə canını qurtarıb. APA-nın əldə etdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs Rəşad Şükürova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. Rəşad Şükürov CM-in 312-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinib. Lakin təqsirləndirilən şəxsə münasibətdə CM-in 70 ( şərti məhkum etmə) maddəsini tətbiq edilib. Rəşad Şükürova yekun olaraq 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Qeyd edək ki, Rəşad Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. Rəşad Şükürova qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaqın gedişi zamanı rüşvət alma ilə bağlı ittihamlar CM-in 178-ci (dələduzluq) maddəsinə tövsif edilib. Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs-qətimkan tədbiri seçilib, sonradan isə ev dustaqlığına buraxılıb. O, həbs edilərkən verilən açıqlamada deyilirdi ki, Rəşad Şükürov ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif məbləğlərdə rüşvət alıb. Cinayət əməli üzrə dəymiş ziyanın 800 min manat olduğu müəyyən edilib. Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevə qarşı isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. Vahid İsayev eyni məcəllənin 312.2-ci - rüşvət verməyə təhrik etmə maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub. Rüşvət və korrupsiyaya görə tutulan şəxslərə uzun məhkəmə proseslərinin sonunda yüngül cəzalar verilməsi digər məmurları əyri əməllərini davam etdirməsinə sövq edən amil kimi qiymətləndirilir.

Ən maraqlısı isə odur ki, korrupsioner məmurlara son vaxtlar edilən cəza güzəştlərinin sirri nədir? Onları hansı gizli əl qoruyur? Azərbaycan məhkəmələrinin korrupsiya cinayətləri ilə bağlı tutduğu mövqe ümumilikdə ölkədə aparıldığı elan edilən korrupsiya ilə mübarizəyə zidd deyilmi?

DİA.AZ-ın məlumatına görə, deputat Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Baş Prokurorluq bu faktları araşdırmalı və müvafiq addımlar atmalıdır: “Korrupsiyaya qarşı mübarizə yalnız həbslərdən ibarət olmamalıdır. Korrupsiyaya qarşı mübarizə prosesində yaranan hər bir şübhəli məqam diqqətlə araşdırılmalıdır. Bu işdə media, cəmiyyət də fəal olmalıdır. Göstərilən faktlar yenidən araşdırılmaqla, məhkəmələrdə işlərin aparılması və yekunda qəbvul edilən qərarların korrupsiya ilə mübarizəyə uyğun olub-olmaması da diqqətlə öyrənilməlidir. Əks təqdirdə, mübarizə heç bir nəticə verməyəcək. Korrupsiyaya qarşı mübarizədə hər bir şübhəli məqamı araşdırmaq üçün işlər davam etdirilməlidir”.

“Dövlət büdcəsindən 27 milyon manat oğurlaması istintaq və məhkəmə araşdırmaları ilə təsbit olunan Səlim Müslümova qarşı Bakı Ağır Cinayətlər Məhkəməsinin tutduğu mövqe normaldırmı” sualına deputat belə cavab verib: “Hər bir belə fakt araşdırılmalıdır. Bilavasitə korrupsiya ilə mübarizə aparan qurum bu məsələlərə reaksiya verməlidirlər”.

“Korrupsiyaya qarşı mübarizənin bu şəklə salınması normaldırmı” sualına Asim Mollazadə belə cavab verdi: “Bu işi peşəkarlar məndən daha yaxşı bilirlər. Hesab edirəm ki, korrupsiya ilə mübarizə aparan təşkilatlar, hüquq-mühafizə orqanları öz işlərini davam etdirməlidirlər və sadalanan faktlar ciddi araşdırılmalıdır. Azərbaycan məhkəmələrində korrupsiya cinayətlərinə dair çıxarılan hökmlər, qərarlar ədalət baxımından şübhə doğurmamalıdır. Əgər belə şübhələr varsa, hüquq-mühafizə orqanları hökm və qərarlardan protest verməli, dövlətin mənafeyini sona qədər müdafiə etməlidirlər. Hər bir hökm qanun çərçivəsində olmalıdır”.

DİA.AZ bildirir ki, tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a korrupsiya və rüşvətxorluqla mübarizə üçün şərtlərdən danışıb. Deyib ki, korrupsiya və rüşvətxorluq ilk olaraq dövlət qurumlarından yığışdırılmalıdır: “Dövlət qurumlarının korrupsiyasız fəaliyyətini təmin etmək üçün ilk növbədə şəffaflıq təmin olunmalıdır. Mümkün qədər dövlət qurumlarının fəaliyyəti haqda məlumatlar açıqlanmalıdır. Dövlət vəsaitlərinin xərclənməsi şəffaf olmalıdır. Dövlət orqanı ən azı aylıq əsasda dövlət büdcəsinin hara xərcləndiyini öz internet saytında yaymalıdır. Nə alıblar, neçəyə alıblar, kimdən alıblar bilinməlidir. Adi qələmdən tutmuş nəqliyyat vasitələrinin alınmasına qədər hər bir büdcə vəsaiti sərfiyyatı haqda məlumat ictimailəşdirilməlidir. Dövlət satınalmaları haqda qanuna əməl edilməsi vəziyyəti bərbaddır. Dövlət məmurlarının gəlir və xərc bəyannamələri də olmalıdır. Əgər gəlir bəyannaməsi tətbiq edilərsə, bu halda vəziyyət dəyişəcək”.

Əkrəm Həsənov deyir ki, məhkəmə-hüquq sisteminin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə həyati əhəmiyyəti var: “Azərbaycanda məhkəmələrdə qanuni qərar çıxarılanda bu, qeyri-adi qarşılanır. Dərhal "kiməsə, nəsə vermisiz" kimi söhbətlər yaranır. Belə şəraitdə məhkəmə hüquq islahatlarının aparılması da mümkünsüz hala gəlir. Azərbaycanda əksər dövlətlərdə olduğu kimi korrupsiya ilə mübarizə aparan qurum - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi var. Bu idarənin fəaliyyəti var, amma arzuolunan səviyyədə deyil".

Əkrəm Həsənov hesab edir ki, Azərbaycan Sinqapur modelinə üstünlük verməklə korrupsiya bəlasından qurtula bilər: “Dövlət siyasi cəhətdən sərt qalsa da, iqtisadi məsələlərə qarışmamalıdır. Dövlət məmurları, hakimlər ən yüksək maaşlar almalıdır. Bu gün hamı bilir ki, dövlət məmurunun maaşı onun dolanışığı üçün yetərli deyil. Hamı başa düşür ki, kreslo daha çox dövlətin imkanlarından istifadə üçün bu adamlara gərəkdir. Sinqapurda korrupsiyaya görə cəzalar çox sərtdir, edama qədər gedib çıxır. Azərbaycanda isə korrupsiyaya görə edam əvəzinə ömürlük azadlıqdan mərhum etmə cəzası tətbiq olunmalıdır. Eyni zamanda hakimlərin maaşı ən yüksək səviyyəyə qaldırılmalıdır. Bu gün heç kimə sirr deyil ki, hakimlərə məmurların zəng edib xeyirlərinə qərar verdirmək imkanları qalmaqdadır. Bunun özü korrupsiyadır. Sinqapurda olduğu kimi, Azərbaycanda da hakim də, məmur da bilməlidir ki, iqtisadi məsələlərdə yalnız və yalnız qanuna tabedirlər. Bu halda vəziyyət köklü şəkildə dəyişəcək, Azərbaycan korrupsiya bəlasından xilas ola biləcək”.

Hüquqşünas deyir ki, Azərbaycanda 2005-ci ildə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları barədə qanun təsdiq olunub: “Həmin qanunda xüsusi vurğulandı ki, hər ilin yanvarın 1-dən 30-dək vəzifəli şəxs nəinki özü barədə, ailə üzvləri, o cümlədən həyat yoldaşı və onunla birgə yaşayan valideynləri, uşaqları barədə də məlumatları təqdim etməlidir. Sözügedən qanunun 4-cü maddəsinə əsasən, maliyyə xarakterli məlumatlar bəyannamə formasında olmalıdır. 2005-ci ildən 18 il keçib, ancaq bəyannamənin forması hələ təsdiq edilməyib. Buna görə də heç bir məmur həmin məlumatları Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim etmir. Akif Çovdarovun da, Səlim Müslümovun da, həbsə alınan icra başçıları və onların əlaltılarının da cinayətləri o vaxtdan sonra olub. Bu şəxslər o zaman özləri və ailə üzvləri barəsində məlumatları versəydi, ilbəil əmlakları göstərməsəydi, indi istinad edə bilməyəcəkdi ki, bu, mənim filan əmlakımdır, babamdan, nənəmdən qalıb. İri ranqlı məmurlara bu sərf etmədiyi üçün 18 ildir ki, bəyannamənin formasını təsdiq edə bilmirlər”.

Hüquqşünas deyir ki, Azərbaycanda vətəndaş gedib 20 min manat ekvivalentdən çox xarici valyuta ala bilməz, alanda deyirlər, bu pul haradandır, mənbəyini göstər: “Söhbət 20 mindən gedir. Məmurlar isə milyonlar, milyardları talayıb, qohumlarının adına əmlak alırlar, banklarda milyonlarla vəsaiti əmanət saxlayırlar, amma heç kim soruşmur ki, haradandır? Adi vətəndaşdan isə soruşurlar. Hətta məmurların cinayətləri ifşa ediləndə, həbs olunanda da əmlaklarını əllərindən ala bilmirlər, deyirlər ki, filan qohumundur. Halbuki vaxtilə bunu bəyan etsəydi, biləcəkdik ki, filankəsin nəyi var. Bundan bilə-bilə yayınırlar. Bizdə qanun var, amma icra olunmur. Bu, o deməkdir ki, Azərbaycanda hüquq sistemi aldadıcıdır, bərbaddır. Buna daha nə ad verəsən? İndi hamı da baxır, deyir ki, Akif Çovdarov, Səlim Müslümov, icra başçıları taladılar, yedilər, dağıtdılar, camaatın başına min oyun açdılar, axırda da nəinki tez bir zamanda azadlığa çıxdılar, üstəlik, əmlakları da qayıtdı. Halbuki adi vətəndaş kiçik cinayət edir, onu illərlə həbsxanalarda çürüdürlər. Bu gedişlə korrupsiyaya görə həbs olunan məmurlardan üzr də istəniləcək”.
Ardını oxu...
"Kart məlumatlarımı oğurlamaq istəyən dələduz zəng etdi. Dedi ki, Kapital Bank əməkdaşıyam".

Hurriyyet.Az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Bahadur Seyidov deyib.

O bildirib ki, zəng edən şəxs bu şəkildə əlavə edib: "Bir Bank"ınıza müdaxilə olunub. Dedim, uzun müddətdir, məndə Unibankdır. Dedi ki, onda Unibank əməkdaşı sizə zəng edəcək".

Daha ətraflı videoda:

 

Dünyapress TV

Xəbər lenti