Ardını oxu...
Azərbaycan hökuməti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərində yaşayan erməniəsilli vətəndaşları ilə dinc dialoqun aparılması üçün böyük səylər göstərdiyi halda, bir qrup separatçı əsassız bəyanatlar və dünya ictimaiyyətinə yanlış məlumatlar verməklə buna mane olmaqda davam edir.

Bu barədə Azərbaycanın Rus İcması Respublika Şurasının Qarabağ bölgəsinin "saxta rus icması"nın siyasi kart oynamaq cəhdinə münasibət bildirdiyi bəyanatda bildirilir.

Sənəddə deyilir ki, özlərini “rus icması” kimi təqdim edənlərin bəyanatları Azərbaycan Konstitusiyasının normalarına tamamilə ziddir: "Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu, ancaq suveren Azərbaycan dövlətinin ərazisində məskunlaşan ayrıca separatçılar qrupunun xəyallarında mövcuddur".

“Qarabağ iqtisadi rayonunun erməniəsilli sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdırlar. Azərbaycanda 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və bu gün bir rus icması var. Sayı 120 min nəfərdən çoxdur. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınır və 30 ildir fəaliyyət göstərir. Əgər Qarabağ sakinləri arasında Azərbaycanın rus icmasına qoşulmaq istəyən etnik ruslar varsa, o zaman təşkilata üzv olmaq üçün bizə müraciət etsinlər. Biz onların müraciətlərinə cavab verməyə və bunun üçün bütün lazımi məlumatları təqdim etməyə hazırıq”, - bəyanatda qeyd olunur.

“Rus icması” öz bəyanatında Qarabağdan öz əcdadlarının tarixi torpağı kimi danışır. Qarabağ həmişə Azərbaycanın bir parçası olub və belə də qalacaq.

“Ölkəmizin ərazi bütövlüyü bütün dövlətlər, o cümlədən Rusiya Federasiyası və hətta Ermənistanın özü tərəfindən tanınır. Əcdadlarının ağır taleyini bəyan edən "saxta-icma" unudur ki, Ermənistanın Azərbaycana təcavüzünə qədər bütün etnik qrupların nümayəndələri bir yerdə dinc və mehriban yaşayıblar. Azərbaycanlılar, o cümlədən milli azlıqların nümayəndələri öz doğma yurdlarından zorla didərgin salınıblar. Ermənistanın özündən də milli azlıqlar zorla qovulub. Bu gün monoetnik dövlətdir ki, burada ermənilərin özündən başqa heç kim yaşamır, Azərbaycanda isə onlarla etnik qrupların nümayəndələri yaşayır”, - məlumatda vurğulanır.

Sonda Azərbaycanın rus icması bu cür bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətinə yanlış məlumat vermək və Qarabağ ermənilərinin çoxmillətli, multikultural Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini ləngitmək cəhdi hesab edir.
 

Ardını oxu...
Dəniz neftçilərinin iş şəramtini bilməyən yoxdur. Çətindir, təhlükəlidir, ağırdır… Amma bunları nədənsə «Xəzəriaşə»nin rəhbərliyi bilmir. Elə Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı da bu qənaətdədir. Deyir: «Bu qədər yazırıq, deyirik, neftçilər özləri etiraz edirlər, yenə də xeyri yoxdur ki yoxdur… Budur, neftçilər özləri mənə yazırlar:

Ardını oxu...

-Hörmətli Mirvari xanım! «28 May» NQCI-də 14 platforma var. Hər platformada gündəlik süd payı ortalama 50 litrdən az deyil. Həmin südün də 1 litri marketlərdə 2 AZN-dən aşağı deyil. Bu da gündəlik 100 AZN, aylıq 3000 AZN. 14 platforma üzrə isə aylıq 42 000 AZN edir. Amma menyüdə göstərilənlər verilmir. Yalandır… Menyu üzrə qiymətlər: belədir- səhər yeməyi 6,1 manat, ƏDV ilə 7,20 manat. Günorta yeməyi -9man.78 qəpik, ƏDV ilə 11man. 54 qəpik. Axşam yeməyi 8man. 55 qəpik, ƏDV ilə 10 manat. Cəmi bir nəfər üçün ödəniş: 24 manat 43 qəpik, ƏDV ilə 28 manat 83 qəpik. Təkrar edirəm, «28 May» NQÇİ-nin 14 platforması var. Hər platformada isə 80-90 işçi var. Bu halda: 1 platforma üçün «Xəzəriaşə»yə ödənilən gündəlik məbləğ -2.306,4 manat!

bir aylıq məbləğ-69.180 man,14 platforma üçün ödənilən bir aylıq məbləğ- isə 968.520 manat edir. Süd üçün ayrılan məbləği də əlavə etsək, «Azneft» İB-nin «28 May» NQÇİ işçilərinə catering (iaşə) xidməti üçün «Xəzəriaşə»yə bir ayda ödədiyi məbləğ 1.010 520 AZN edir».

-Mirvari xanım, indi işçilər nəyi bilmək istəyir?

-Onlar bilmək istəyir ki, bu məbləğin neçə faizi (neçə manatı) real xidmətə yönəldilib? Yaxud, niyə bu MMC-nin üzərində və ona ödənilən vəsait, real xidmət, yeməklərin keyfiyyəti üzərində ciddi nəzarət yoxur? Diqqətə çatdırım ki, əlavə olaraq özüllərdə başqa qurumların (qazma, tikinti vəs) işçiləri də çalışır və onların da sayını nəzərə alsaq, «Xəzəriaşə»nin hesabına köçürülən məbləğin aylıq həcmi milyon yarımdan artıqdır…
 //tezadlar.az//

Ardını oxu...
Ardını oxu...
Baku TV Bakı toyları haqqında reportaj hazırlayıb. Reportajda çadır və restoran toyları müqayisə olunub, əvvəlki toy adətlərindən bəhs edilib.

Klarnet ifaçısı Şəmsi Məmmədov söyləyib ki, şadlıq saraylarındakı toylarda hər şey ssenari üzrə təşkil olunduğu üçün məclis tez bitir.

İfaçı həmçinin kənd toylarında musiqiçilərlə qonaqların arasında vasitəçi olan sərpayının vacib rolundan danışıb:

“Həmin adam kəndin, obanın ən hörmətli adamı olardı. Sənətkarlara heç kim deməzdi ki, filan muğamı mənim üçün oxu, yaxud ifa et”.

Reportajda gənc qızların toy məclislərində kişi kimi oynamasına da münasibət bildirilib: “O vaxtı oğlanlara evlənmək üçün qızları toylarda tapırdılar. İndikilər isə toyda oğlan kimi oynayırlar”.

 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.
Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.
 
Ardını oxu...
Biləsuvarda tanışlar arasında mübahisə birinin bıçaqlanması ilə nəticələnib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Mübahisə zamanı 19 yaşlı Məhəmmədəli Hüseynzadə tanışı Səməd Buludlunu bıçaqla vurub.

S.Buludlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Məhəmmədəli Hüseynov rayonda fəaliyyət göstərən “Yovşan” klinikasının rəhbəri Xoşbəxt Ağayevanın oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Ardını oxu...
Samsun şəhərində 4 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, magistral yolda təcili yardım maşını ilə avtomobilin toqquşub.

Təcili yardım maşınının xəstə məhbusu daşıdığı məlum olub.

Qəzada, avtomobil sürücüsü ilə birlikdə vasitədə olan Asiye Ş. və təcili yardım maşınında olan məhkum B.M.S.hərbçilərlə E.U. yaralanıb.

Hadisə yerinə səhiyyə və polis qrupları sövq edilib. Yaralılara aparıldıqları Vezirköprü Dövlət Xəstəxanasında tibbi yardım göstərilib.
Ardını oxu...
Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.

Şəhidin anadan olmasından 63 il ötür.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.

Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb.

Novator fikirlərə malik Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi də tanınır.

Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.

1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işləyib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyinə görə o, “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı olub.

Çingizin reportajları birbaşa cəbhədən olduğuna görə, “215 kl” studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb.

Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.

Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bildi.

Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı haqqında ilk film idi.

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
 
Ardını oxu...
Azərbaycandan ölkə xaricinə “beyin axını”nın qarşısının alınması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda öz əksini tapıb.

Bundan başqa, strategiyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi də öz əksini tapıb.
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib.
Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.
Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.
 
Ardını oxu...
     

 
Milli Məclisin vitse-spikeri Adil Əliyevlə ARS Reabilitasiya Mərkəzi arasında qalmaqal yaranıb.

Xalqxeber.az bildirir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir. Məlumata görə, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin ARS Reabilitasiya Mərkəzində prosedur zamanı kürəyinin yandırılmasıdır.

Bu hadisədən sonra əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.

Müraciətdə Leyla adlı həkimin cəzalandırılması və müəssisə barəsində hüquqi ölçü götürülməsi tələb olunub.

Nərimanov rayon Prokurorluğu isə öz növbəsində uşaq üçün ekspertiza təyin edib.

Dünyapress TV

Xəbər lenti