Ardını oxu...
“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 658 min 122 manat 58 qəpik olan tender müsabiqəsinin qalibi “ZN Trade” MMC (VÖEN- 2007592551) olub.
“ZN Trade” MMC Məşğulluq Agentlyinin sifarişilə regional turizmin və müxtəlif sahələrdə məşğulluğun dəstəklənməsi məqsədi ilə malların alınması və quraşdırılması işlərini həyata keçirəcək.
Nizamnamə kapitalı 10 manat olan “ZN Trade” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Oksigen, ev 3/4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Nüsəddin Yolçu oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “ZN Trade” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, “ZN Trade” MMC bugünə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə tabe olan qurumların keçirdiyi 3 tenderdə qalib olub.
İlk dəfə “Protez-Ortopedik İstehsalat və Rabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən 3 milyon 758 min 808 manat 58 qəpik dəyərində tenderin qalibi olub. Tender elanı MMC-nin dövlət qeydiyyatına alındığı tarixdən cəmi 11 gün sonra elan olunub.
Göründüyü kimi, 3,6 milyon manatlıq tenderin qalibi tender elanından 11 gün əvvəl yaranan şirkət olub.
Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 11 gün əvvəl yaranan şirkətin 3,6 miilyon manatlıq tenderi uda bilmək üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Onu da qeyd edək ki, “ZN Trade” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Milyonlarla manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.
 
Ardını oxu...
Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7,8 bal gücündə zəlzələ görünməmiş dağıntılarla nəticələnib. Ehtimallar irəli sürülür ki, qurbanların sayının çox olması bəzi binaların müvafiq təhlükəsizlik meyarlarına cavab verməməsi ilə bağlıdır.

2000-ci ildə Bakıda da 6,8 bal gücündə yeraltı təkan qeydə alınıb və onlarla tikili dağılıb, çat verib, 30 nəfər isə dünyasını dəyişib. Bu hadisədən sonra paytaxtda tikinti bumu yaşanıb, yeni tikililərin hesabına Bakıda binaların sayı xeyli artıb.

Qardaş ölkədəki zəlzələ Bakıdakı binaların zəlzələyə davamlılıq məsələsini yenidən gündəmə gətirib.

TEREF.AZ-ın məlumatına görə, seysmoloq alim Ənvər Əliyev mövzu ilə bağlıa AYNA-ya deyib ki, ölkəmiz seysmik zonada yerləşir: “Bu, kifayət qədər ciddi məqamdır. Bu səbəbdən maksimum diqqətli olmalıyıq. Xüsusən, məktəblərin, bağçaların, binaların, bir sözlə, əhalinin kompakt yaşadığı və toplaşdığı məkanların inşası zamanı müvafiq qaydalara riayət olunmalıdır. Tikililərin zəlzələyə davamlılığı diqqətli şəkildə nəzərdən keçirilməlidir. Müvafiq qurumlar bununla bağlı araşdırmalar aparmalıdır. Hansı tikililərdə risk yüksəkdirsə, həmin tikilələrə nəzarət tədbirləri gücləndirilməlidir. Eyni zamanda, maarifləndirmə işləri həyata keçirilməlidir”.

Həmsöhbətimizin sözlərinə görə, söhbət milyonlarla insanın taleyindən gedir: “Bu gün onsuz da paytaxt yüklənib. Ölkə əhalisinin yarıya qədəri Bakıdadır. Bakı şəhərində nə qədər evlər tikilir. Ən müasir binalarda belə, problemlər var. 4-5 bina yan-yana, bir metr ara məsafəsində inşa olunub. Birində fəsad olsa, domino effekti göstərib, üçünü, dördünü yıxacaq. Sovet vaxtında binanın hündürlüyü qədər məsafədə nəsə tikmək olmazdı”.

“Türkiyədə baş verən zəlzələ bir daha göstərdi ki, heç kim təbiətin şıltaqlığından sığortalanmayıb. Təbii fəlakətlərə hazır olmalıyıq. Təşvişə düşmək, panika yaymaq yox, məntiqli və sistemli şəkildə hazırlaşmaq lazımdır”, - mütəxəssis bildirib.

Əliyev vurğulayıb ki, zəlzələ ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil: “Bununla bağlı yalnız ehtimallar irəli sürmək olar. Hətta hava proqnozunu belə, bir həftə öncədən vermək mümkün deyil. Buna qədər belə iddialar mövcud idi ki, İstanbulda yeraltı təkanlar gözlənilir. Lakin digər ərazidə oldu. Aralıq dənizi sahilləri seysmik zonadır. Ona görə də orada zəlzələlər intensiv olur. Təbii ki, mülahizələr irəli sürmək mümkündür. Amma qəti fikir söyləmək doğru deyil. Seysmik zonalar daha təhlükəlidir, amma bu, o demək deyil ki, zəlzələ ancaq o ərzilərdə baş verir”.

TEREF.AZ-ın məlumatına görə, əmlak eksperti Ramil Osmanlı mövzuya dair AYNA-ya şərhində söyləyib ki, bizim paytaxtımızda vəziyyət daha risklidir: “Allah göstərməsin, Bakıda Kahramanmaraş vilayətindəki miqyasda zəlzələ baş verərsə, böyük faicələr yaşana bilər: “Allaha dua edək ki, Bakıda zəlzələ olmasın. Düzdür, keyfiyyətli, müvafiq standartlara uyğun tikilən binalar da mövcuddur. Onların bəziləri seysmik standartlara uyğundur. Digər yandan, istismar müddətini başa vuran binalar var. Onların sayı isə həddindən artıq çoxdur”.

“Bəzi ərazilərdə binaların inşası zamanı normativlər gözlənməyib. Həmin binalar tikinti standartlarına cavab vermirlər. Bir-birinə yaxın, bəzi hallarda bitişik, sosial obyektlərə yaxın ərazilərdə inşa olunub. Yola yaxın tikilib, səkilərin üzərindədir. Sabah Bakıda güclü zəlzələ baş verərsə, bunlar hamısı öz fəsadlarını göstərəcək”, - deyə müsahibimiz bildirib.

Onun dediyinə görə, binaların sökülməsi və yeniləri ilə əvəzlənməsi zaman alan məsələdir: “Bəzi binalar faktiki olaraq basımsız vəziyyətdədir. Çirkab suları ilə zirzəminin dolması, binanın bünövrəsinin məhvinə, yumşalmasına, orada bərkidilmiş knstruksiyaların əriyib yox olmasına gətirib çıxarır. Eyni zamanda, binalara olan əlavə artırmalar konstruksiya dəyişiklikləri də birbaşa binanı qəzalı vəziyyətə gətirib çıxarır, binanın tarazlığını pozur. Qəzalı binaların da sayı az deyil”.

“Yeni tikili inşa etmək üçün binaları sökən tikinti şirkətləridir. Onlar da öz maraqlarına uyğun ərazilərdə binalar inşa etməyə üstünlük verirlər. Bu məsələlərə xüsusi nəzarət olmalı idi. Təbii ki o binalar birmənalı olaraq sökülməlidir, amma sökülənə qədər bu binaları hansısa formada qoruyub saxlamaq lazımdır. Çünki orada insanlar yaşayır”, - deyə Osmanlı fikrini tamamlayıb.
 
Ardını oxu...
Şamaxıda poz qazan alıb uduzduğu üçün, lotoreya biletləri satılan köşkün şüşəsini sındıran şəxs həbs edilib.

Məlik (şərti) 06 fevral 2023-cü il tarixdə, günorta saatlarında Şamaxı şəhəri, C.Cabbarlı küçəsində lotoreya bileti alaraq, həmin bileti pozduğu anda uduzduğu üçün, əsəbləşib ünvansız söyüşlər söyüb və daha sonra lotoreya biletləri satılan köşkün şüşəsini sındırıb. Daha sonra hadisə yerinə yaxınlaşan polis əməkdaşları onu intizama dəvət etsə də, o, əsəbləşdiyindən polisin qanuni tələbinə tabe olmayıb. Şamaxı rayon Məhkəməsinin qərarı ilə, Məlik İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həhbs edilib.

32gun.az
 
Ardını oxu...
Türkiyədə zəlzələ bölgəsində yardım aparan maşınlar Konayda tıxacda qalıblar.

Tıxacın uzunluğu 10 km təşkil edib.

Bunu əks etdirən görüntüləri yerli telekanallar yayıb.

Müdaxilədən sonra 6 saat bağlı qalan yolun qismən açıldığı bildirilib. Tıxacda ambulansların da olduğu qeyd edilib.

 
Ardını oxu...
İsgəndərun limanında baş verən yanğın söndürülüb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilb ki, zəlzələdən sonra naməlum səbəbdən alışan konteynerlərdəki yanğın dünəndən başlayaraq gecə boyu davam edib və kifayət qədər böyük sahəni əhatə edib.
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınacaq.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, təyyarə və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.
Digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.
Hazırda humanitar yardım və xilasetmə qrupunun yola salınması üçün hazırlıq işləri görülür.
 
Ardını oxu...
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq və dəyişdiriləcək.
 
Ardını oxu...
Türkiyədə zəlzələdə ölənlərin sayı 2379 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat verib.

Zəlzələ nəticəsində 14 483 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 6 217 bina dağılıb.

Sağ qurtarılanların sayı isə 7 840 nəfərdir.

 
Ardını oxu...
Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinə görə həbsdən azad edilməsi tələbini rədd edib.

KONKRET.az xəbər verir ki, iclasda müvafiq qərarı hakim Giorgi Arevadze elan edib.
Bununla da Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin eks-prezidentin cəzanın icrasından azad edilməsi və ya hökmün təxirə salınması barədə vəsatəti təmin edilməyib.
 

Dünyapress TV

Xəbər lenti