Abdin Fərzəliyev Hacı Məhərrəmdən çəkinir: Evlər sökən icra hakimiyyəti “Qurtuluş 93”-də çarəsizdir
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində inşaat işinin aparılması barədə mediada məlumat verilmişdi. Məlumata görə, İstiqlaliyyət küçəsindəki yaşıllıq ərazidə yerləşən ağacların bir qismi kəsilib və yerində yeni obyekt tikilməsi üçün dəmir dirəklər basdırılıb. May ayının 27-də Yeniavaz.com-da dərc olunan xəbərdə Abşeron Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı açıqlamasında qeyd olunurdu ki, sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb. “Söküntü işləri gedir”, – deyə həmin tarixdə İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada qeyd olunurdu.
Sözügedən ərazidə yaşayan sakinlərin sözlərinə görə, nəinki daha əvvəl quraşdırılan dəmir dirəklər sökülüb, hətta obyektin tikintisi daha da sürətlənib. Sakinlər sözügedən ərazidən lentə aldıqları görüntüləri və fotoları da redaksiyamıza təqdim ediblər.
Kadrlarda tikintinin davam etdiyi açıq-aydın görünür. Həmin görüntüləri və fotoları təqdim edirik:
1718995895_2.jpg
1718995895_3.jpg
Məsələ ilə bağlı yenidən Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Seymur Qasımbəyli bildirib ki, sözügedən əraziyə iyunun 19-u səhər saatlarında baxış keçirilib və qeyri-qanuni tikinti dayandırılıb: “Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib”. Abşeron ərazisində daşı daşı üstə qoymağa imkan verməyən, hətta hazır tikililəri belə asanlıqla sökdürən icra hakimiyyətinin bu mövqeyi təəccüb doğurur. Belə çıxır ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev “Qurtuluş-93”-ün sahibi Məhərrəm Novruzovdan çıkinir. Məlumat üçün bildirək ki, M.Novruzov “Bağçalı Evlər” MTK-nın sahibidir. Bu şirkət Abşeron rayonu Masazır ərazısində “Qurtuluş-93” adı ilə məşhur olan yaşayış kompleksini tikib. Hazırda da yeni binaların tikildiyi bu yaşayış kompleksinin tikintisində və sakinlərə istifadəyə verilməsi ilə bağlı bir çox iddialar var. Bu iddialardan bəzilərini cumhuriyyet.az olaraq diqqətə çatdıraraq bildirək ki, ərazidə pulunu tam ödəməsinə baxmayaraq yüzlərlə sakin hələ də tam əmlak sahibliyi hüququna malik deyil. Yəni burda alınan mənzillərin çıxarışı verilmir. Eyni zamanda illərlə söz verilməsinə baxmayaraq heç bir bina qazlaşdırılmayıb. Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Qeyd edək ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir. My Beach-in restoranında olan soyğunçuluq heç də çimərliyindən geri qalmır. iş adamı bəzi tənələr və tənqidlərdən yaxa qurtarmaq üçün My Beach-i türklərə icarə verdiyini desə də, demək olar ki, hər gün kompleksdən onun üçün ayrılan hamamlı, divanlı kotecdə əyləşir.Bu qalmaqallı iş adamı isə yaxında ciddi problemlərlə üzləşə bilər. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə, “Qurtuluş-93”-də yaşayan sakinlər həm hüquqi baxımdan aldanmaları, həm də qazsızlıqla bağlı problemləri artıq sakit ötürmək fikrində deyillər: “Sakinlər problemlərinin həlli ilə bağlı etiraz aksiyasına hazırlaşır”. Nəzərə alsaq ki, ərazidə minlərlə insan yaşayır onda bu aksiyanın ciddi rezonans doğuracağını və səbəbkarın cəzalanacağını düşünmək olar. Yeri gəlmişkən, cəza qərarından sonra “Qurtuluş-93” aı daşıyan ərazıdə bu adın tək müəllifi ümummilli lider Heydər Əliyevin adını əbədiləşdirən bir plakatın belə olmaması və kompleksin tikilişi zamanı yol verilən maxinasiyalar durumu daha da dramatikləşdirə bilər.(cumhuriyyet.az)

Bölmənin digər xəbərləri

24 Aprel 2025 “Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?
24 Aprel 2025 Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
24 Aprel 2025 Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"
24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
24 Aprel 2025 Əmrullayevin SON ƏMRİNİN ilginc pərdəarxası: Abşeronda TƏDARÜK VAR... - İLGİNC İDDİALAR
24 Aprel 2025 AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
24 Aprel 2025 Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür

Dünyapress TV

Xəbər lenti