Ardını oxu...
Nyu-York polisi BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədən Cobanyan Sulyanı həbs edib.

“Report”un ABŞ bürosu xəbər verir ki, polis BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirirən həmvətənlərimizə qarşı təxribat törədən erməniləri sorğuya çəkib.

Əraziyə gələn polis əməkdaşları şikayətçi tərəfləri dinləyir. Polis hadisəyə dair foto və videoları incələyir.

Aksiya iştirakçılarının sorğusu davam edir.

00:02

ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

“Report”un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla “humanitar böhran” yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.
Dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.

Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.

Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisləri gəlib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.

Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Lənkəran Şəhər İcra Hakimiyyəti şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda təmir işlərinə başlayır.

Qaynarinfo xəbər verir ki, qurumun bununla bağlı keçirdiyi tender başa çatıb. Tenderin qalibi "Mars Construction” MMC seçilib. İcra Hakimiyyəti təmir işlərinə görə şirkətə 699 284,57 AZN ödəyəcək.

"Mars Construction” MMC 10 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kamranov Kamran Bilal oğludur.

"Mars Construction” MMC təsis ediləndə adı "Mars-B” MMC olub. 20 oktyabr 2022-ci ildə şirkətin adı dəyişdirilib.

Kamran Kamranov 24 may 2023-cü il tarixdən şirkətin qanuni təmsilçisidir. Ona qədər şirkətin 4 qanuni təmsilçisi olub. Həmin şəxslər aşağıdakılardır:

Abbasov Ərşad Qniyaz oğlu
Məmmədov Elçin Əlizamin oğlu
Səmədov Elməddin Telman oğlu
Feyzullayev Anar Məzahim oğlu

Kamran Kamranov daxil bu şəxslərin heç bir haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.

"Mars Construction” MMC də sirli şirkətdir. Barəsində heç bir məlumat yoxdur.

Bununla belə şirkət tenderlərdə fəal iştirak edir. 2023-cü ilin 8 ayı ərzində "Mars Construction” MMC 5 tenderin qalibi olub. Bura indi haqqında bəhs etdiyimiz müsabiqə də daxildir.

Lənkəran Şəhər İcra Hakimiyyəti ötən il Lənləranda abadlıq, quruculuq, yenidənqurma və təmir işləri ilə bağlı 4 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin toplam maliyyə dəyəri 1 392 643, 99 AZN-dir.

Beləliklə, ötən abadlıq və təmir işlərinə milyon yarıma yaxın vəsait xərclənsə də, icra hakimiyyəti bu il yenidən tender keçirməyə ehtiyac duyub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən Lənkərana rəhbərlik edir.

Taleh Qaraşovun icra başçısı kimi karyerası isə 1996-cı ildən başlayır. O, 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub.
Ardını oxu...
"İran bölgədə problemlərini həll etmiş, bütünlüyünü təmin etmiş, güclü Azərbaycan görmək istəmir"
"İran İslam Respublikası tarixi köklərinə istinad edərək, xristian Ermənistanı qardaş elan etmiş və onun dəstəyi üçün antropoloji dəlillər axtarmağa çalışıb… Onu yaradan elementlər arasında 40 milyona yaxın Güney azərbaycanlı olmasına baxmayaraq, İranın müdafiə refleksləri bütünlüklə rejimin və ölkənin bütövlüyünün qorunması üçündür. İran uzun illər məruz qaldığı sərt embarqolar və davamlı xarici müdaxilələrlə öz təhlükəsizlik rejimini cəmiyyətdə və hətta dövlət səviyyəsində həyata keçirməyə başlayıb. Böyük küçə hadisələrindən sonra bu vəziyyətin qaçılmaz olduğunu söyləmək lazımdır".
TEREF.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına BAU ULMER müdürü, politoloq İhsan Alpargın danışıb. Politoloq qeyd edib ki,

İran ən yaxın müttəfiqi (baxmayaraq ki, vaxtaşırı onunla üz-üzə gəlirlər) Rusiya ilə olan kəsintisiz quru yolu xəttini (hər zaman onu Azərbaycandan daha təhlükəsiz görür) itirməmək və bölgədə problemlərini həll etmiş, bütünlüyünü təmin etmiş, güclü bir Azərbaycan görmək istəmir. Nəticədə İrandakı azərbaycanlıların təsir altına düşməkdən və ciddi resurs/material təminatı problemi yaşamaqdan və quruda tamamilə təcrid olunmaqdan qorxur. Bu iki səbəbə, yəni iqtisadi və sosial partlayış risklərinə görə, İran Ermənistanın yanındadır.

Alpargın hesab edir ki, İsrailin də İranın tam olaraq, bu qorxuları səbəbilə bölgədə və problemin həllində təsirli olmaq istədiyini görə bilərik. İsrail də İranı təcrid və qapanmış vəziyyətdə saxlamağa çalışır.

“İranın xüsusilə Suriya və İraq müharibəsi ilə Livandakı Hizbullahla birlikdə hər ölkədə təsirini milis qüvvələri artırması, hətta Yəmən daxili müharibəsindəki varlığı və Afrika buynuzundakı baza yaratmağa başlaması İsrailin “Şiə Hilalı” qorxusunu zirvəyə çıxaran hadisələrdir. Ona görə də bu iki dövlət Qarabağ məsələsində əks düşərgədədir”-deyən politoloq vurğulayıb ki, bəzi dairələrdə aktiv Xəzər yəhudiliyinin lobbiçilik təsiri və silah sənayesinin payı da təsdiqlənir.
 
Ardını oxu...
“Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Belə ki, “Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.

Müəssisənin ”Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.

Göstərilənlərə əsasən, AQTA insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırıb
Ardını oxu...
Bütün dünya pandemiya dövrünü geridə qoysa da Azərbaycan hökuməti karantin rejimini hələ də ləğv etməyib. Bu səbəbdən də ölkənin bütün quru sərhədləri bağlı qalıb.

Təyyarə biletlərinin fantastik qiymətə olması isə xaricdə, xüsusilə Rusiyada qalan vətəndaşların ölkəyə gəlişinə imkan vermir.
Bəzi məlumatlara görə Rusiyada imkansız duruma düşən çoxsaylı azərbaycanlı ölkəyə gələ bilmədiyi üçün küçələrdə səfil həyatı yaşayır.

Dünən Azərbaycan-Gürcüstan sərhədində baş verən bir olay isə oradakı insanlara təsirli anlar yaşadıb.

DİA.AZ Gununsesi.info-ya istinadla bildirir ki, Gürcüstanda yaşayan siyasi fəal Samirə Bayramova şahidi olduğu bu olayı sosial şəbəkədə yazıb.

Həmin qeydləri təqdim edirik:

“Dünən Qırmızı Körpü sərhəd məntəqəsində bir nəfər Azərbaycan vətəndaşı çarəsiz şəkildə əlindəki pasportunu göstərərək buradan 500 metrdə görünən vətənimə gedə bilmirəm deyib ağlayırdı. Neçə gündür aclıq və yorğunluqdan halsız vəziyyətdə qalan şəxs bir müddət də divara söykənib hüzünlü şəkildə dizlərini qucaqlayıb oturdu. Pulsuzluğun, kimsəsizliyin acısını çəkib insan yaradılışına nifrət edirdi. Yaxındakı taksi sürücüləri onu dinləyib sakitləşdirməyə çalışırdı amma nə fayda, kimsə onun dərdinə çarə ola bilməyəcəkdi. Kənardan bu səhnəni görmək ağır idi. Cəmiyyətdəki yuxarı və aşağı təbəqənin yaratmış olduğu şəraitdən əziyyət çəkən çarəsiz insanlar.

Təəssüf olsun ki, ona heç mən də kömək edə bilmirdim, ona baxıb halıma və düşdüyüm vəziyyətə şükür edirdim, ona baxıb öz dərdim yadımdan çıxdı. Mənim heç olmasa qayıtsam qalmağa yerim vardı, o hara gedəcəkdi, neynəyəcəkdi?! Bir müddət sonra baxdım ki, yoxdur. Hara getdiyini görmədim, böyük ehtimalla ordan keçən maşınlara minib özü də bilmədiyi yerlərə getmişdir. Bəzən çox çarəsiz qalırıq, əlimizdən heçnə gəlmir və adamın vicdanı sızlayır. Bütün gecəni gözümə yuxu getməyib, səhərə yaxın yalnız əlimdən gələ biləcək bir ideya ağlıma gəldi, bu və ya digər bu vəziyyətdə olan insanlara kömək üçün rəsmi müraciət, bəlkə səsimizə səs verələr.

Bundan sonrakı status imza üçün petisiya linkini və müraciəti əlavə edəcəm”.
Ardını oxu...
İtaliyada toyda ciddi qalmaqal baş verib: bəy gəlini şəhərin yüksək ictimaiyyəti qarşısında danlayıb.

Hər şey Turində 64 yaşlı bankir Massimo Seqre ilə 47 yaşlı siyasi məsləhətçi Kristina Seymandinin evlənməli olduğu mərasimdə baş verib. Cütlük evlənmədən əvvəl 3 il görüşüb.

Bəy sevgilisinin vəkillə romantikasından xəbər tutsa da, toyu ləğv etməsə də, 200 qonağın qarşısında keçirilən mərasimdə “yox” deyib. Qəzəblənmiş kişi gəlinə vəkili ilə bal ayına getməyi də təklif edib.

Şoka düşən gəlin narahatlığı və nüfuzunu itirdiyi üçün keçmiş bəyi məhkəməyə vermək niyyətindədir. (lent.az)
 
Ardını oxu...
“Təəssüf ki, bəzi məhkəmələr icra hakimiyyətinin əlində bir cəza aparatı kimi işləyir”
"Azərbaycanda söz və fikir azadlığına dözümsüzlük müşahidə olunur. Bəzi məmurlar onların qeyri-qanuni hərəkətlərini ifşa edən jurnalistlərdən özlərini qorumaq üçün hüquq-mühafizə orqanlarındakı yaxınlarından istifadə edirlər. Təəssüf ki, bəzi məhkəmələr icra hakimiyyətinin əlində bir cəza aparatı kimi işləyir. Siyasi və şəxsi sifarişlərin nəticəsində Konstitusiya pozulur, qanunsuz qərarlar çıxarılır. Halbuki klassik şəkildə məhkəmənin əsas vəzifəsi ədalət mühakiməsini həyata keçirməkdir”.

TEREF.AZ bildirir ki, bunu TNS-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu jurnalist Heydər Oğuzun 6 ay islah işlərinə məhkum edilməsinə dair məhkəmə hökmünə münasibət bildirərkən deyib.

Sərdar Cəlaloğlu vurğulayıb ki, Heydər Oğuza 6 ay ərzində islah işlərinin verilməsi ilə bağlı məhkəmə hökmünün heç bir hüquqi əsası yoxdur: “Bilirsiniz ki, Heydər Oğuz ölkədəki neqativ sosial hallara qarşı çox prinsipial mövqe nümayiş etdirən jurnalistlərdəndir. O, Azərbaycan ədəbiyyatında özünəməxsus tərzi olan şəxslərdən biridir. Onun bir çox bədii əsəri yüksək sənətkarlıq nümunəsidir.

Heydər Oğuz haqqındakı qərarla bu məhkəmə özünü ifşa edib. Qanunsuz hökmlər əslində hakimlərin vicdanlarına qarşı çıxardıqları hökm kimi dəyərləndirilməlidir. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda ədalətli, müstəqil məhkəmə sistemi formalaşacaq. Ölkəmizdə söz və fikir azadlığına görə insanların qeyri-qanuni cəzalandırılırmasına son qoyulacaq".

Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov isə TNS-ə bildirib ki, bu hökm Azərbaycanın ən peşəkar və ədalətli jurnalistlərdən biri olan Heydər Oğuzu qaralama kampaniyasının tərkib hissəsidir.
Etibar Məmmədov deyib ki, Heydər Oğuza qarşı qərəzli və şər-böhtan xarakterli bir şikayət edilib: “Çox təəssüf ki, heç bir əsas olmadan gülünc məhkəmə hökmü çıxarılıb. Heydər Oğuzun ifadə etdiyi adi sözlər böhtan kimi qiymətləndirilib. Onun haqqında əmək, islah işlərinə cəlb olunma ilə bağlı məhkəmə hökmü birmənalı şəkildə qərəzli və qanunsuzdur. Hesab edirəm ki, Azərbaycan mediasında ən ciddi jurnalistlərdən biri, cəsarətli yazar, həmçinin məntiqinə və bacarıqlarına görə çoxlarından fərqlənən peşəkar media adamı haqqında belə qərarın verilməsi qətiyyən doğru deyil. Düşünürəm ki, tezliklə bu qərəzli məhkəmə hökmü ləğv edilməlidir".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova tanınmış jurnalist Heydər Oğuzu məhkəməyə verib. Əzimova iddia edir ki, Heydər Oğuz ona böhtan atıb. Bir neçə ay davam edən məhkəmə prosesindən sonra bu il iyulun 21-də Suraxanı Rayon Məhkəməsi Heydər Oğuza 6 ay islah işləri cəzasının təyin olunmasına dair hökm çıxarıb. Tanınmış jurnalist barəsində çıxarılan hökmün sifarişli və ədalətsiz olduğunu, onun əməlində cinayət tərkibinin olmadığını bildirir. Heydər Oğuz qeyd edir ki, onu Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla bağlı kəskin tənqidi yazılarına və çıxşlarına görə kimlərsə “cəzalandırıb”. Jurnalist bəraət almaq üçün apellyasiya şikayəti verib.
 
Ardını oxu...
Azərbaycanlı nazir Rəşad Nəbiyev dünya şöhrətli milyarder İlon Maskla çəkdirdiyi fotonu özünün piarı üçün sağına-soluna geniş istifadə edir. Hətta bəziləri bunu ölkəmiz üçün böyük “uğur” kimi təqdim edir. Axı, hansısa tanınmış adamla foto çəkdirmək hər şeyi həll etmir.
Maraqlıdır ki, nazirin İlon Maskla harada, hansı şəraitdə görüşdüyü, ölkəmiz üçün hansı faydalı fikir mübadiləsi apardığı və nələrdə razılığa gəlindiyi barədə heç bir məlumat verilmir. Belə olan təqdirdə, məndə əsaslı şübhə yaranır ki, bu işgüzar səfər nəticəsində ərsəyə gələn foto deyil.
Sadəcə, nazir uğurlu bir zamanı seçərək, Maska yaxınlaşmaq fürsətini tapıb və onunla foto çəkdirməyi xahiş edib və milyarder buna etiraz etməyib.
Lətifəsi nazirdən uzaq, məlumdur ki, tanınmış adamlarla şəkil çəkdirib, sonra ondan istifadə etmək kimi praktika daha çox Azərbaycanda geniş yayılıb.
Yəqin cənab nazirimiz ölkəmizdə geniş yayılan bu praktikadan faydalanmaq istəyib. Belə deyilsə, Nəbiyevin rəhbərlik etdiyi nazirlik bu təmas barədə daha dolğun məlumat paylaşsın.
Məhəmmədəli Qəribli
Teref.az
 
 
 

Ardını oxu...
DİA.AZ: - Məlum olduğu kimi, “Yeni Klinika”nın yeni təyin olunan direktoru Barat Yusubov təhlükəsizlik xidməti şöbəsinin müdiri, Vətən müharibəsi qazisi polkovnik-leytenant Coşqun Məmmədova klinikaya gələn TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmağı tapşırıb.

DİA.AZ xəbər verir ki, Coşqun Məmmədov 27 il orduda xidmət edib, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşüb, Xocavənddə yaralanıb. Qazi bildirib ki, “Barat həkim mənə Vüqar Qurbanovun maşınının qapısını açmaq göstərişi verdi. Daha sonra isə təkid etdi. Təbii ki, mən bunu qəbul edə bilməzdim. Çünki ehtiyatda olan zabit kimi qürurum, mənliyim buna yol verməzdi. Mənim vəzifəm klinikada kiməsə qapı açmaq deyildi”.
Bundan sonra, Coşqun Məmmədov Barat Yusubovun qəzəbinə tuş gəlib, bu iyrənc mənzərəni görəndən sonra da öz ərizəsi ilə işdən çıxıb.

DİA.AZ bildirir ki, bu olay geniş rezonansa səbəb olub və müxtəlif ünvanlar baş vermiş hadisəyə reaksiya verib.

Buz isə dia.az olaraq tanınmış politoliq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclunun olaya münasibətini təqdim edirik:

"Son dərəcə cılız adam olmaq lazımdır ki, kimisə qapı açmağa məcbur etməklə özünü şəxsiyyət kimi təsdiq etmək ehtiyacın olsun. Bəli, məhz şəxsiyyət kimi, çünki mövcud siyasi sistem şəxsiyyətləri sevmir, qəbul etmir və kimisə də vəzifəyə gətirmək lazım olanda üstünlüyü şəxsiyyətsizlərə verir. Nədir bunun səbəbi?

Belə bir seçim idarəetmə modelinin mahiyyətindən və onun iş prinsiplərindən irəli gəlir. Sistemə kor-kar-lal icraçılar lazımdır, şəxsiyyəti olanlar isə bunların nəinki üçü birdən, heç biri də olmur. Ona görə də insanları vəzifələrə təyin etdikdə ya həmin tələblərə cavab verənlər seçilir, ya da öncə onlar şəxsiyyətsizləşdirilir.

Şəxsiyyətsizləşdirmənin isə ən müxtəlif sınanmış yolları mövcuddur. Məsələn, Stalin dövründə yüksək partiya və dövlət rəhbərlərinin həyat yoldaşları xalq düşməni elan edilərək sürgünə və ya həbsə yollanılırdı. Bunu qəbul edənlər mənliyini, qürurunu və şəxsiyyətini itirərək köləyə çevrilmiş olurdular. Sistemin sadiq köləsinə.

Brejnev dönəmində isə bir çox sovet respublikalarında yüksək ranqlı məmurları vəzifələrə təyin etməzdən əvvəl onları qadın ailə üzvləri vasitəsilə sındırırdılar. Bunu qəbul edənlər şəxsiyyətdə alçalaraq vəzifələrdə yüksəlirdilər. Həmin dövrdə bu, Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarında çox geniş yayılmış praktika idi.

Maksimum alçalmağı qəbul edənlər maksimum yüksək vəzifələrə yüksəlmək imkanı əldə edirdilər. Belələri həm də şəxsiyyətlərinə qarşı törədilmiş (və qəbul etdikləri) hərəkətlərin müvafiq sübutları ilə boğazlarına keçirilmiş ipdə (və ya zəncirdə) saxlanılırdılar. Bütün bunlar nə nağıl, nə də uydurma deyil. Adi bir misal.

Qorbaçov dönəmində xarici işlər naziri təyin olunmuş Eduard Şeverdnadzenin Gürcüstandakı vəzifəsinə mərkəzi komitədən iki namizəd iddia edirdi: kənd təsərrüfatı üzrə katib Cumber Patiaşvili və təşkilat məsələləri üzrə katib Soliko Xabiaşvili. Xabiaşvilini Şeverdnadze dəstəkləyirdi, amma Patiaşvilinin də güclü dəstəyi vardı.

Hələ o zaman qonşu respublikada danışlırdı ki, kimin birinci katib seçilməsindən asılı olmayaraq onun rəqibi həbsxanaya gedəcək. Belə də oldu. Patuaşvilinin mübarizədən qalib çıxmasının ardınca Xabiaşvili bütün komandası ilə bərbər həbs olundu. Amma o zaman ən maraqlı hadisələr onun məhkəməsində baş vermişdi.

Məhkəmədə Xabiaşvilinin üzünə duran partiya məmurları vəzifələr alarkən onun tərəfindən rüşvət verməyə məcbur edildiklərini iddia edəndə müttəhim bütün ittihamları rədd edərək, "zərərçəkmişlərin" vəzifəyə təyin olunmalarının qarşılığında onun yanına həyat yoldaşlarını və qızlarını göndərdiklərini bildirmişdi.

Bunun böhtan olduğunu da iddia etmək olar, amma ölkənin istər sovet, istərsə də post-sovet dövrünün ictimai-siyasi həyatına yaxından bələd olan gürcü dostlarım həmin ittihamların mütləq əksəriyyətinin həqiqət olduğunu bildirirdilər. Azərbaycana yaxşı bələd olan birisi kimi bütün bunlar mənə təəccüblü gəlməmişdi.

Bunu sadəcə misal olaraq gətirdim, əslində belə iyrənclikləri tirajlamaq prinsiplərimə ziddir. Amma fakt da öz yerində qalır: şəxsiyyəti olmayanların yüksək dövlət rəsmisi və məmuru vəzifələrinə təyin olunması praktikası bu gün də davam etməkdədir. Bu gün o formaca fərqli də ola bilər, amma mahiyyətcə dəyişməyib.

Şəxsiyyətsizlişdirmə modelinin əsasında duran prinsip isə budur ki, əvvəla, belələri sözəbaxan olurlar, eyni zamanda da özlərini təsdiq etmək ehtiyacı duyduqlarından tabeliyində olanları daim alçaltmağa çalışırlar. Çünki belələri yalnız başqalarını alçaldanda özünü yüksəkdə duya bilərlər.

Amma göründüyü kimi heç də hər kəsi alçaltmaq olmur. Daha doğrusu, əksəriyyəti. Ona görə ki, hər şeyini - əmlakını, rifahını, hüquqlarını, sağlamlığını, sabaha inamını, azadlığını və nəhayət bir tikə çörəyini itirmiş insanın yeganə itirə biləcəyi onun şəxsiyyətidir. Çünki şəxsiyyəti onun kimliyinin az qala yeganə ifadəsidir.

Onun uğrunda da insan ölümünə savaşmağa hazırdır. Belələri isə ölkədə milyonlarladır. Ona görə də təsadüfi deyil ki, Azərbaycanın müxtəlif bölgələrində baş verən ciddi etirazlar (Qubada, İsmayillıda və digər bölgələrdə) məhz insanların qürurunu və şəxsiyyətini alçaltmaq cəhdlərinə reaksiya olmuşdu. Görünür, belə də davam edəcək".
 

Dünyapress TV

Xəbər lenti